Icma.az
close
up
RU
Musa Qasımlı: Zəngin tariximiz dirçəldilməklə müasir Ağdam tikilir

Musa Qasımlı: Zəngin tariximiz dirçəldilməklə müasir Ağdam tikilir

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Noyabrın 20-si Ağdam Şəhəri Günüdür. Prezident İlham Əliyevin ötən il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 20-də Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd edilir. Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub. Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Şəhərin erməni işğalçılarından təmizlənməsindən dörd il keçir.

Belə ki, 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusu ölkəmizin əzəli torpaqlarının azadlığı uğrunda genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayıb. Hərbi əməliyyatlar zamanı uzun illər işğal altında olan torpaqlar Azərbaycan Silahlı Qüvvələri tərəfindən kəndbəkənd, qarışbaqarış azad edilib. Azad olunan hər bir kənd isə növbəti yaşayış məntəqəsindən düşmənin qovulması üçün strateji mövqeyə çevrilib.

Azərbaycan Ordusunun hər gün qələbə qazanması işğalçı dövlətin həm ordusunda, həm də əhalisi arasında böyük qorxu yaradıb. Bununla da təşvişə düşən erməni hərbçiləri döyüş meydanından və ya ordudan qaçmaqla canlarını qurtarmağa çalışıblar. Azərbaycanın işğal olunmuş torpaqlarının böyük hissəsi 44 günlük döyüşlər nəticəsində azadlığına qovuşub. Ağdam düşmən tərəfindən bütünlüklə minalandığından, Ermənistanın işğalçı qoşunlarının əsas hissəsi bu istiqamətdə cəmləşdiyindən və ən möhkəm istehkamların burada quraşdırıldığından Azərbaycan Ordusu hərbi taktika işlədərək bu istiqamətdə geniş döyüş əməliyyatları aparmayıb. Düşmən tərəf ordumuzu ilk olaraq məhz bu istiqamətdən gözləsə də Azərbaycan Ordusu o zamankı təmas xəttinin Ağdam istisna olmaqla, digər bütün əraziləri boyunca irəliləyərək döyüş əməliyyatlarını davam etdirib.

Azərbaycan Ordusunun gücü və qüdrətinin qarşısında tab gətirməyin mümkün olmadığını, həm canlı qüvvə, həm də hərbi texnika sarıdan xeyli itkilərə məruz qaldığını dərk edən Ermənistanın hərbi-siyasi rəhbərliyi kapitulyasiya aktını imzalamağa məcbur olub. Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb. Bununla da 27 il ərzində işğal altında olan Ağdam şəhəri qəsbkarlardan tamamilə azad edilib, həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olub və orada bayrağımız ucaldılıb.

Xatırladaq ki, Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olub. İşğal zamanı rayonun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam düşmənlə döyüşlərdə 6 000 şəhid verib, onlardan 16-sı Azərbaycanın Milli Qəhrəmanıdır.



Milli Məclisin sədr müavini, professor Musa Qasımlı “Sherg.az”a açıqlamasında Vətən müharibəsi nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisinin Azərbaycana təhvil verilməsini və bununla da, əsaslı şəkildə insan tələfatının qarşısının alınmasını Azərbaycanın həm də siyasi müstəvidə qazandığı Qələbə kimi şərh edib: 


“20 Noyabr təcavüzkar Ermənistan tərəfindən 1993-cü il iyulun 23-də işğal edilmiş, tamamilə dağıdılmış, yerlə-yeksan olunmuş, Qafqazın Xirosimosu adlandırılan Ağdam şəhərinin bir patron istifadə edilmədən azad olunduğu, işğalçının rədd olub getdiyi gündür. Bu tarix həm də cənab Prezidentimiz İlham Əliyevin 2023-cü il 31 iyul tarixli sərəncamı ilə təsis edilən Ağdam şəhər günü kimi qeyd edilir. Düşmənin dinc yolla qovulmasından üç gün sonra - 2020-ci il noyabrın 23-də ölkə başçımız Ağdamda dövlət bayrağımızı ucaltdı. Qürurverici hadisə idi. 20 noyabr təkcə Ağdam rayon sakinləri deyil, bütün millət üçün bir şəhərimizin azadlığına qovuşmasının bayrama çevrildiyi gündür.

Ağdama səfər edənlər iki fərqi qabarıq şəkildə görür. Birincisi, şəhərdən barbar bir qəbilənin keçdiyinin, işğal dövründə törədilmiş erməni vəhşiliyinin, binaları, tarix və mədəniyyət abidələrini, sosial obyektləri, qəbiristanlıqları dağıtdığının şahidi olur. İkincisi, azad edilməsindən qısa müddət keçməsinə baxmayaraq, dünya mədəniyyəti yaradan Azərbaycan millətinin qurub-yaratmaq əzmini, tikilən yoları, yaşayış binalarını, məktəbləri, otelləri, sənaye parkını, kəndləri, bərpa edilən tarix və mədəniyyət abidələrini, həyata keçirilən infrastruktur layihələrini və s. görür. 

Milli-mənəvi dəyərlərimiz, qədim və zəngin tariximiz dirçəldilməklə müasir Ağdam tikilir. Cənab Prezidentimizin Ağdama indiyədək etdiyi 9 səfər yeni obyektlərin təməllərinin qoyulması və açılışı ilə yaddaşlara həkk olunub.

  Tarix boyu qurucular, yüksək mədəniyyətlilər qalib gəliblər. Necə ki, Azərbaycan qalib gəldi. Gələcək də onlarındır. İndi Ağdamı düşmən işğalından qoruyarkən həlak olmuş bütün şəhidlərimizin ruhu şaddır.

Eyni zamanda 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni terrorçuları tərəfindən vurulan Azərbaycan hərbi helikopterində həyatlarını itirənlərin də ruhları şaddır. Çünki onların da arzuları həyata keçirilib. Millətin arzularını gerçəkləşdirən, həyatına xoş günləri bəxş edən  Müzəffər Ali Baş Komandanımızı Allah qorusun!”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Noyabr 2024 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see452

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see280

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see278

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see265

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see257

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see251

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see250

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see235

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see233

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see221

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see220

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see220

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see218

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see218

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see217

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see211

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see207

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see201

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri