Icma.az
close
up
RU
MÜSAHİBƏ imtahanı: bəlkə buna da insan əli dəyməyə...

MÜSAHİBƏ imtahanı: bəlkə buna da insan əli dəyməyə...

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

İndi ölkəmizdə əksər sahələrdə işə qəbul vakant yerlər üzrə imtahan vasitəsilə həllini tapır. Dövlət qulluqçusu olmaq üçünsə bu, xüsusilə belədir. Lap yaxşı, çox əla. Əziyyət çəkib oxuyan, gecəsini-gündüz edən getsin imtahan versin, bal yığsın və seçdiyi işdə çalışsın. Əziyyət çəkməyən isə hələlik arzuladığı, işləmək istədiyi vəzifəyə layiq olmadığını anlasın və yenidən oxumağa, hazırlaşmağa başlasın.

Lakin gəlin görək məsələ bizim düşündüyümüz kimidirmi? Bir sahədə-dövlət qulluğuna imtahanlardan və nəticələrindən danışmaq istəyirik. Elə redaksiyamıza da tez-tez bu məsələ ilə əlaqədar müraciətlər olunur ki, bəs imtahanda yüksək bal toplamasına baxmayaraq əksər gənc nədənsə işə düzəlmir ki, düzəlmir. Həm də imtahanlara aidiyyatı olmayan suallar da salınır.

Nə üçün gənclər bu problemlərlə üzləşir? Bu, böyük bir araşdırma mövzusudur, lakin məsələnin bizə məlum olan tərəflərindən bir neçəsini qeyd etməklə, imtahanın ikinci mərhələsində gənclərin qarşılaşdığı çətinliklərdən, imtahandan sonra gözləri yolda gözləmələrindən və onların layiq olduğu halda kənarda qalmasından söhbət açmaqla, bu imtahanları həyata keçirən aid təşkilatlar və şəxslərə belə bir sual ünvanlayaq: nə üçün gəncliyi incidirsiniz? Nə üçün ən yüksək bal toplayan gənci işlə təmin etməyib onu narazı salırsınız? Nazirliklər, komitələr, baş idarələr, sözümüz sizədir: siz vəzifəyə vətəndaşları incitmək üçün, yoxsa onların məsələlərini həll etmək üçün təyin edilmisiniz?

Nə üçün bizim gənclərimizin arzularına qarşı çıxırsınız? Nə üçün onlar bir dəfə deyil, 2-3 dəfə imtahan verib, yüksək bal toplayır, müsahibə imtahanı götürənlərin “süzgəcindən” keçə bilmir, işsiz qalır? Nəticə isə bu olur ki, ailə qura bilmir, ev ala bilmir. Məcburən fəhləlik edir, kafe-restoranlarda afisant işləyirlər. Bəli, tanıdığımız gənclər var, həm ali təhsili var, həm magistratura təhsili alıb, lakin hələ də aşağı vəzifələrdə çalışır və yaxud kafe-restoranlarda nazir balalarının qarşısına çay, çörək gətirir. Gözləyir ki, yenidən imtahan vaxtı gəlsin, bəlkə bu səfər...

Sualımıza aid nazirlik, komitə, baş idarələr hansının ki, adı gənclərin işlə təminatı məsələsində bürokratik əngəl olaraq daha tez-tez hallanır, yüksək bal toplayan gəncləri görməzdən gəlir, haqqına girir, cavab verməlidir ki, nə üçün bu məsələ belədir?

Axı hər kəsin vəzifədə dayısı ola bilmir. Hər kəs imtahanın ikinci mərhələsi-müsahibə üçün özünü tapşırda bilmir. Belə olan halda nə üçün dayısı olub, lakin haqqı olmayan vəzifəyə gəlməli, bizim layiqli gənclərimiz isə kənarda qalmalıdır?

Bəzi nazirlər, komitə sədrləri, baş idarə rəhbərləri söz veriblər ki, xalqın balaları ilə bu cür davranacaqlar? Söz veriblər ki, işə yalnız bir-bir ilə əlaqəli şəkildə, bir-birinin xahişi ilə adam seçəcək, vəzifələrə layiq olanın yerinə layiq olmayanı götürəcəklər...

Bəs bu gənclərin gələcəyini necə, düşünürlərmi? Heç yadın övladı deyil, sizin övladınızdır. Övladınıza qarşı bu hərəkəti necə qarşılayardınız? Gözünüzün qarşısında uşağınızın oxumaqdan, hazırlaşmaqdan, kurslara getməkdən qabığı soyulsun, sonra gedib imtahanda yüksək bal toplasın, ancaq müsahibədən keçə bilməyib işsiz qalsın. Siz buna bir valideyn kimi necə reaksiya verərdiniz? Yoxsa heç reaksiya verməzdiniz. Axı bəziləri üçün vəzifə elə bir şeydir ki, gözləri pərdələməklə yanaşı, hisslərdən də məhrum edir.

Hansı nazir, komitə, baş idarə rəhbəri bizim gənclərimizə qarşı bu mövqedə dayanıbsa, imtahandan sonra kiminsə zəngini gözləyirsə, həmin zənglərlə savadlı, layiqli gənclərimiz kənarda qalırsa, tezliklə cəzalandırılmasını arzu edirik. Biz buna əminik.

Əslində dövlət qulluğuna işə qəbul prosesində imtahanın ikinci mərhələsinə-müsahibəyə ehtiyac varmı? Bir gənc 75-dən yuxarı bal toplayırsa, onun savadı da, məntiqi də, dünyagörüşü də demək, yüksək səviyyədədir ki, bu balı toplaya bilir. Müsahibə imtahanı nəyi müəyyən edir, heç bu barədə düşünürükmü? Bəlkə ümumiyyətlə, imtahanlara insan əli, nəfəsi dəyməsə, daha effektiv nəticələr əldə etmiş olarıq? Bəlkə bunu bir təcrübədən keçirək? Bununla həm bürokratik əngəlləri əngəlləmiş, həm də illərlə tapdanmış haqları bərpa etmiş olaraq.

Gələcəyimiz olan gənclərə qarşı belə ədalətsiz mövqe tutmaq olmaz. Çünki onlar bu Vətənin, bu ölkənin gələcəyidir. Qoy layiq olan işləsin, layiq olmayan daha da yaxşı hazırlaşsın. Nəticə etibarilə, haqqı nahaqqa verməyək ki, sabah haqq xirtdəyimizdən yapışanda gözümüz kəlləmizə çıxmasın.

Mətanət Məmmədova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:228
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Yanvar 2026 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri