Icma.az
close
up
RU
Müşahidəçi missiya yox adı altında CƏSUSLUQ

Müşahidəçi missiya yox adı altında CƏSUSLUQ

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Hansısa qüvvələrin, xüsusən də, avropalıların iki ölkənin şərti sərhəddində yerləşdirilməsi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin reallaşdırılmasına birbaşa mənfi təsir edir. Sərhədə “doluşan” avropalılar hər mənada sülhə mane olurlar, çünki onlar sülh istəmirlər, öz maraqlarını qoruyurlar və məhz öz maraqlarına görə Azərbaycanla Ermənistan arasında olan şərti sərhəddə yığılıblar. Üstəlik, bunun yolverilməz olduğunu bilə-bilə yenə də beynəlxalq normalara məhəl qoymurlar və Cənubi Qafqaz ölkələrini, xüsusən də Azərbaycanı davamlı şəkildə izləmək üçün, cəsusluq etmək üçün iki qonşu ölkənin şərti sərhəddindən getmək fikrində deyillər. Məsələ burasındadır ki, Ermənistandan başqa regionun heç bir ölkəsi avropalıların belə cəsusluq missiyalarını qəbul etmir, amma məhz Ermənistanın köməyi ilə onlar hələ də öz yerlərini “bərkitməkdə” davam edirlər.

Aİ missiyası adı altında şərti sərhəd deyilən əraziyə yerləşdirilənlər ancaq cəsus kimi kimlərə isə lazımdırlar

Bilirik ki, Azərbaycanla Ermənistanın şərti sərhədində olan və Avropa İttifaqı missiyası adı altında əslində, cəsusluq edənlər üçün “ödənişlər” də “fərqlidir” və onların maliyyələşdirilməsi də diqqəti cəlb etməyə bilməz. Diqqəti cəlb edən məhz onların, yəni həmin cəsusların əmək haqlarının, onların sığorta və bir sıra müavinət xərclərinin ikiqat ödənilməsidir. Bu məqam özü belə sual doğurur. Nəyə görə məhz onların ödənişləri ikiqat artıq olmalı idi və hansı səbəbə bu qədər “fərqli” yanaşma var? Aİ missiyası adı altında sərhədə doldurulanlar hansı “imtiyaz” sahibidirlər ki, onlara bu qədər “üstünlük” verilir? Hansı fəaliyyətlə məşğuldurlar ki, bunun digərlərindən “üstünlüyü” nəzərə alınır? Məhz bu suallar bir çox qaranlıq məqamlara aydınlıq gətirilməsi üçün kifayət edir.

Aİ missiyası adı altında məhz iki ölkənin şərti sərhəddində yerləşdirilən, əslində isə “cəsus” kimi fəaliyyət göstərənlərin maliyyələşdirilməsinin növbəti ilin fevral ayında başa çatacağı barədə də məlumatlar var. Bu məqam özü də bir çox məsələlər barədə qənaətə gəlməyə kömək edir. Ortaya yenə də bir sıra suallar çıxır. Məsələn, belə bir sual yaranır ki, niyə məhz ilin əvvəlində, növbəti ilin birinci ayında yox, ikinci ayında, fevral ayında onların maliyyələşdirilməsi başa çatır? Yəqin ki, bu özü də səbəbsiz ola bilməz. Bəlkə avropalılar həqiqətən də missiya adlandırdıqlarının fəaliyyətinə daha “don geyindirə” bilmirlər? Yaxud, bu məqam, bəlkə onların həmin o “missiya” adında hansısa fəaliyyətinə daha ehtiyac olmadığının etirafıdır? Amma çətin ki, belə bir etiraf ola.

İki ölkə arasındakı şərti sərhəddə atəşkəs hökm sürürsə, Azərbaycanın yaratdığı reallıqlar fonunda qarşı tərəf, Ermənistan tərəfi hansısa təxribat xarakterli addımlar ata bilmirsə, deməli, həmin o dırnaqarası “Aİ missiyası” deyilənə qətiyyən ehtiyac qalmadığı ortaya çaxır. Belə bir məqamda onların öz fəaliyyətlərinə, daha doğrusu, “özfəaliyyətlərinə” ehtiyac qalmır deyə, görünür bu şəkildə, maliyyənin başa çatdırılması görüntüsündə daha bir “gediş” edilir. Həqiqətən də maraqlıdır ki, görək bundan sonra nə olacaq? Doğrudanmı onların maliyyələşdirilməsi başa çatacaq? Bundan sonra, daha doğrusu, gələn ilin fevral ayından sonra “təmənnasız” işləyəcəklərmi? Əlbəttə ki, bu fikir hər kəsdə bir şühbə, hətta gülüş belə doğurmaya bilməz və qeyd olunan həmin o “təmənnasız” fəaliyyət heç də real görünmür və mümkün də deyil. Deməli, ya maliyyələşmə rəsmi şəkildə davam etdiriləcək, ya da hansısa yolla, hansısa şəkildə, özü də çox gizli olaraq maliyyələşdiriləcəklər. Bax bu zaman çox maraqlı, daha doğrusu, sərt bir sual ortaya çıxacaq ki, hansı məcburiyyət onların saxlanmasını və onlara ödənişlərin edilməsini tələb edir? Sözsüz ki, onlar boyunlarına almasalar belə, məntiqi şəkildə belə məlum olur ki, Aİ missiyası adı altında şərti sərhəd deyilən əraziyə yerləşdirilənlər ancaq cəsus kimi kimlərə isə lazımdırlar. Hər halda, gözləmək lazım gəlir ki, görək bundan sonra nə olacaq?

Qondarma və dırnaqarası missiya heç bir şəkildə “köməklik” etmir, əksinə, münasibətlərin gərginləşməsinə xidmət edir

Avropa İttifaqında və digər Avropa strukturlarında Ermənistan-Azərbaycan sərhədində bu missiyanın mövcudluğunun artıqlığını başa düşmək üçün ən azından həmin sərhəddə tam sakitlik hökm sürdüyünü görmək kifayət edir. Amma belə çıxır ki, nə görmək, nə də başa düşmək kimi bir niyyət yoxdur. Əks halda, fransız polislərinin, kəşfiyyatçılarının orda gəzib-dolaşmasına, durbinlə Azərbaycan sərhədinə baxmasına, vaxtaşırı deputatların, müxtəlif ölkələrin prezidentlərinin gəlib Ermənistanla həmrəylik nümayiş etdirməsinə heç bir əsas olmadığı qənaətinə çoxdan gələrdilər. Heç olmasa onu da olsa başa düşərdilər ki, onların həmin o şərti sərhəddə yerləşdirdikləri qondarma və dırnaqarası missiya Ermənistana heç bir şəkildə kömək etmir, əksinə, Ermənistan-Azərbaycan münasibətlərində gərginlik yaratmağa xidmət edir. Belə olan halda da sülh uğrunda hansısa fəaliyyətdən, dırnaqarası “canfəşanlıqdan” da hətta söhbət belə gedə bilməz.

Sözsüz ki, Ermənistan sülh müqaviləsinin bəndləri ilə tam razılaşa bilər və Avropa qüvvələrinin Ermənistan-Azərbaycan şərti sərhədindən çıxarılması qərarını da bəyan etməyi məntiqi olar. Ona görə ki, nə Ermənistanda olan avropalıların, nə də Ermənistanın özünün hazırda Azərbaycanla sərhəddə hansısa missionerlərin, Aİ missiyasının, əslində isə, cəsusların olmasına xüsusi ehtiyacı ola bilməz və yoxdur da. Bunun da səbəbləri təkcə haylara deyil, elə hər kəsə yaxşıca məlumdur. Lakin hesab edirik ki, bunu bir daha xatırlatmağa dəyər, çünki başa düşməkdə çətinlik çəkənlərə xatırlatmanın faydası olduğu qənaətindəyik.

Toqquşma üçün səbəb və şərt mövcud deyilsə, kənardan müşahidəyə ehtiyac qalmır

Bilirik ki, şərti Ermənistan-Azərbaycan sərhədində hər hansı genişmiqyaslı toqquşmaların yaranması üçün artıq çoxdandır heç bir səbəb və ya ilkin şərtlər belə mövcud deyil. Əgər toqquşma üçün səbəb və şərt mövcud deyilsə, o zaman kiminsə kənardan müşahidə etməsinə nə ehtiyac qalır? Təbii ki, belə bir ehtiyacın olmadığı, qalmadığı təqdirdə həmin o qondarma və dırnaqarası missiyanın qalması, hətta maliyyələşməsi mövcud şəraitin fonunda bir paradoksallıqdır. Paradoks odur ki, avropalılar sərhəddə olduqları müddətdə bu qədər müddət ərzində bir dənə də olsun atışma qeydə almadıqları halda hələ də guya müşahidə edirlər. Belə bir məntiqi sual yaranır ki, bəs onlar nəyi müşahidə edirlər?

Təbii ki, avropalı müşahidəçilər iki ölkə arasındakı şərti sərhədə nəzarətlə bağlı olmayan fəaliyyətlə məşğul olduqları ortaya çıxan məntiqi suallardan da bəlli olur. Bəlli olur ki, onlar yalnız öz məqsədləri üçün və bir də ifadə vermək üçün gəlirlər və elə bir görüntü yaratmağa çalışırlar ki, guya missiyanın göstərişini yerinə yetirməkdə, müşahidə etməkdədirlər. Amma nəyi “müşahidə” etdikləri aydındır. Məsələ burasındadır ki, heç bir toqquşma baş vermədiyi halda bunun adı müşahidə deyil, cəsusluqdur.

Gördükləri işlər, fəaliyyət sahələri və görəcəkləri işlər barədə bir hesabat versinlər görək, kimə lazımdırlar

Doğrudur, Avropa qüvvələrinin bu cür yerləşdirilməsi ilə Ermənistan öz ərazisində Avropa İttifaqı ilə bağladığı bəzi sövdələşmələrin “əvəzini” ödəyir. Əlbəttə ki, hansı maraqların ortada olmasına baxmayaraq istər Ermənistan, istərsə də Brüssel Azərbaycanla sərhədə xarici müşahidəçi göndərməyi dayandıra bilərdi. Amma dayandırılmırsa, deməli, burada bir cəsusluq fəaliyyəti var. İndi heç də sirr deyil ki, İrana, Gümrüdəki Rusiya bazasına casusluq etməyə, Türkiyəni izləməyə “ehtiyac” duyurlar.

Ermənistan özü də bir dövlət olaraq alətə çevrilir, Paşinyan və hakimiyyət komandası da marionet kimi görünür. Bax elə bu şəkildə alət olmağı da, marionetliyi də, cəsusluğa “yol açmasını” da zəhmət çəkib rəsmi İrəvan təkcə qonşu ölkələrə, region ölkələrinə deyil, bütün dünyaya izah etsin. Yəni, bir izahat, bir hesabat versin görək cəsusluğa rəvac verməkdə niyyəti nədir? Yeri gəlmişkən bu hesabatı elə Avropa İttifaqı da verməlidir və bu vaxta qədər gördükləri işlər, fəaliyyət sahələri və görəcəkləri işlər barədə bir hesabat versinlər görək, kimə lazımdırlar və nə fikirdədirlər. Bir sözlə, İrəvan və Brüssel hələ də Avropa qüvvələrinin Ermənistanda olması, iki ölkə arasındakı şərti sərhəddə qalması ilə bağlı yeni konsepsiya hazırlasınlar ki, niyyətlərini bilək. Yox əgər hansısa konsepsiya hazırlamadan, hansısa hesabat belə vermədən qondarma və dırnaqarası müşahidəçi missiya rolunda çıxış etməkdə davam edəcəkləri fikrindədirlərsə, onda bilməlidirlər ki, onların işinin adı ancaq cəsusluqdur.

Cənubi Qafqazda söz sahibi olan Azərbaycan qarşı hiyləgərcəsinə cəsusluq edilməsinə görə cavab verilməlidir

Görünən odur ki, Avropa İttifaqının missiyasında sözün əsl mənasında Qərb dövlətlərinin casuslarının olmasından, Ermənistanın qonşu dövlətlərinə qarşı casusların işləməsindən Ermənistan qətiyyən narahat deyil. Əksinə, “rahat” kimi görünməyə çalışır. Amma bu işğalçı ölkə hakimiyyəti və ictimaiyyəti bilməlidir ki, onların bu “rahat görünmək“ istəkləri heç kimin xoşuna gəlmir və ən azından qıcıq doğurur, hansıki, bunun ağır nəticəsi ola və zərbəsi də elə İrəvana dəyə bilər. Ən azından Rusiya qıcıqlanmaqdan bezdiyi təqdirdə, hayların başları bərk “ağrıya” bilər. Ümid edirik ki, Kremlin sona qədər səbr edib dözəcəyinə haylar özləri də inanmırlar və bilirlər ki, Qərbin marioneti olmalarına, rusların rəqiblərinin xeyrinə “oynamalarına” görə kəskin cavab almalı olacaqlar.

Doğrudur, Azərbaycana qarşı edilən casusluqdan etməkdən imtina etmək kimi avropalıların bir niyyətləri yoxdur və haylar da onların dəyirmanına bilərəkdən su tökməkdədirlər. Hətta Ermənistanla Azərbaycan sülh danışıqları ilə bağlı hansısa razılığa gəlsə belə, ölkəmizə qarşı casusluğun davam edəcəyini qətiyyən təkzib etmək olmaz. Çünki avropalılar yaxşı bilirlər ki, Cənubi Qafqazda söz sahibi məhz Azərbaycandır və hiyləgərcəsinə bu cəsusluğu etmək onların planındadır. Ölkəmizdə nələr olduğunu, ən azından ümumi mənzərəni durbinlə izləyənlər hələ çox ola bilər və onlar sadəcə cəsus hesab olunurlar. Hər halda, rəsmi İrəvan bunun fərqində olmalıdır və bunun qarşısının alınması üçün lazımi tədbirlər görməyəcəyi təqdirdə qarşılaşacaqlarını mütləq indidən nəzərə almalıdır...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 Dekabr 2024 20:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri