Icma.az
close
up
RU
Müşavirlə partiyanın sabiq sədri arasında savaş qızışdı: Bu partiya ailə marketdir PA da neçənci mərtəbəyə çıxmısan, kiminlə razılaşmısan, ayıbdır

Müşavirlə partiyanın sabiq sədri arasında savaş qızışdı: Bu partiya ailə marketdir PA da neçənci mərtəbəyə çıxmısan, kiminlə razılaşmısan, ayıbdır

Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vəhdət Partiyasında Baş Məclisin sədri Tahir Kərimli və politoloq Cümşüd Nuriyev qalmaqal böyüyür.

Mia.az xəbər verir ki, partiya sdərinin müşaviri Cümşüd Nuriyevin sabiq sədr Tahir Kərimli haqda paylaşım edərək, onu ittiham etməsindən sonra birincinn partiyadan xaric olunması məsələsi gündəmə gətirilib.

Mia.az xəbər verir ki, Cümşüd Nuriyev isə nəinki geri çəkilib, əksinə, partiyanı "ailə marketi" adlandırmaqla savaşa açıq olduğunu nümayiş etdirib.

O, Pravda.az-a açıqlamasında deyib: / “Vəhdət Partiyası mənim barəmdə bəyanat verirsə, gərək, Tahir Kərimli düşünərdi. Onun "Feysbuk" səhifəsində Qələbənin beş illiyi ilə bağlı çıxışı var. Mən həmin çıxışa cavab vermişəm. Tahir Kərimli qaziləri "şikəst" adlandırır. Bu adam on il parlamendə oturub. Qazilər şikəst deyil, onlar bədənlərinin əzalarını dövlət üçün fəda etmiş insanlardır. "Şikəst" adi şəraitdə zədə alan adamlara deyərlər. Tahir Kərimli deyir ki, Azərbaycanda əxlaqsızlıq var. On-on beş nəfərə görə bütöv bir Azərbaycanı əxlaqsızlıqda, ədalətsizlikdə, nankorluqda günahlandırmaq olmaz. Milləti bu qədər sevən idisə, on il parlamendə oturdu, niyə bu məsələləri orada qaldırmırdı? Beş il bundan əvvəl çalınan zəfər üçün bu gün sağlıq deyirsə və belə məsələləri gündəmə gətirirsə, kimsə ona cavab verməlidir də. Tahir Kərimli mənim dostumdur, yerlimdir, münasibətimiz yaxşıdır. Mən Vəhdət Partiyasında müşavirəm. Onların deməsinə nə verirlər ki?

Birincisi, bu qədər uzağa gedirlərsə, Partiya yoxdur. Bu, "ailə marketdir", partiya deyil. Bir partiyanın ki, Siyasi Şurasının üzvlərinin 60-70%-i bir ailəyə mənsubdur, hansı partiyadan söhbət gedir? Özlərini müxalifət kimi təqdim edirlər, amma üzdə başqa şeydir. Mənimlə bağlı bəyanat yaymırlar, nə yayırlar, yaysınlar, onlar heç mənim marağımda da deyillər. Söhbət Vəhdətdən gedirsə, milli birlikdən söhbət getməlidir. İdeyanın özünü də bu şəkildə gündəmə gətirirlərsə...

Mən demişəm ki, Azərbaycanın Zəfərindən bir haylar narahat olub, bir də bəzi adamlar. Necə olur, heç vaxt tapılmayan MNTK-lar bir günün içində yığılır? Çünki ailə MNTK-sıdır. Partiyanın adını "vəhdət" yox, elə "Tahir Kərimli Partiyası" qoyardılar. Onun qardaşları - bütün nəsli partiyada vəzifə tutub. Mən də tənqid etmişəm ki, bu partiya deyil. Adam bir az özünə baxar, etdiyi səhvlərə görə başqasını ittiham etməz. Mən onları ermənilərə tay tutmamışam. Şəhidlik zirvəsi birdir, bunun kasıbı, varlısı olmur. Tahir Kərimli isə deyir ki, kasıblar şəhiddir. Prezident Administrasiyasında işləyən dostum var. Onun oğlu Vətən Müharibəsi Qəhrəmanıdır. Şəhidlərin içində prokuror, alim oğlu var. Hətta Bakı şəhər prokurorunun oğlu belə Vətən Müharibəsi Qəhrəmanıdır. Qohumlarım arasında nə qədər övladı şəhid olanlar var. Onlar çox etiraz etdilər ki, bu nədir, Tahir Kərimli niyə belə çıxış edir. Mən də onların fikrinə əsasən Tahir Kərimliyə etirazımı bildirdim. Fikirlərimi Vəhdət Partiyasının "Votsap" qrupuna yazmışdım. "Feysbuk"da da ona cavab vermişdin. Mən nə Tahir Kərimliyə, nə də heç kimə tabe deyiləm. Məni Partiyanın sədri dəvət edib. Sədrin əmri var və Vəhdət Partiyasının "Votsap" qrupunda çap olunub. Nə deyirlərsə, məni o qədər də maraqlandırmır. Sənə kim ixtiyar verib ki, şəhidləri qruplaşdırasan, təsnifatını aparasan, qazilərə "şikəst" deyəsən, Azərbaycan xalqını "nankor" adlandırasan? Necə parlamentə düşmüsən?

İki dəfə parlamentdə kimin yanında olmusan, bunu da bilirəm. Prezident Administrasiyasında neçənci mərtəbəyə çıxmısan, kiminlə razılaşmısan... Ayıbdır! Səndən ötrü 2020-ci ildə Heydər Əliyev Fondunun adamını belə geri çəkdilər. Gör sənin adamın nə qədər güclüdür. Sən hansı düzgünlükdən, ədalətdən, vəhdətdən danışırsan? Dövlətin bütün güzəştlərindən sən yararlanmısan. Sən də, ailə üzvlərin də. Hansı demokratiyadan danışırsan? Necə olur, mən də sənin kimi olmuşam, amma 260 manat pensiya alıram, sən isə 5 min... Şəhərin neçə yerində evin var, mən 37 kvadrat metrlikdəyəm. Ağzımı açdırmasınlar, özlərini yığışdırsınlar. Bəyanatları özlərinə qalsın. Gör nə gündədirlər ki, yığışıb belə bir bəyanat verirlər. Mən adicə tənqidi fikir söyləmişdim. Demokratiyadan danışan adam bu tənqidi fikrə dözməlidir. On milyonluq xalqı, Azərbaycanı on-on beş nəfər tərbiyəsizə görə "əxlaqsız" adlandırırsan. Fikirlərimi dedim, bundan sonra onlara cavab verməyəcəyəm. On il parlamentdə oturanda bunları düşünərdi. Beş-altı nəfər qohum-əqrəbasını yığıb mənə hücum etməklə deyil ki”.

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:37
embedMənbə:https://mia.az
archiveBu xəbər 21 Noyabr 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see208

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see173

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see167

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see162

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri