Icma.az
close
up
RU
Müsəlman xilafətinin mərkəzi şəhəri: Roma, ərəb və Avropa mədəniyyətlərinin heyrətamiz qarışığı

Müsəlman xilafətinin mərkəzi şəhəri: Roma, ərəb və Avropa mədəniyyətlərinin heyrətamiz qarışığı

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Kordoba tez-tez "ən isti" və "ən ucuz qiymətli" şəhər adı uğrunda yarışır. Əndəlüsün mərkəzində yerləşən bu tarixi şəhər Roma, ərəb və Avropa mədəniyyətlərinin heyrətamiz qarışığıdır. "Kordobanı ziyarət etməyin üç səbəbi var: incəsənət, tarix və qastronomiya.

Bundan əlavə, bu şəhərdəki qadınlar bütün Əndəlüsün ən gözəlləridir" deyilir.

Oxu.Az "Kaspi" qəzetinin Kordobadan hazırladığı reportajı təqdim edir:

Müsəlman xilafətinin mərkəzi şəhəri

Vaxtilə Kordoba Avropada mövcud olan yeganə müsəlman xilafətinin mərkəzi idi. X-XI əsrlərdə Əl-Əndəlüsün çiçəklənən şəhəri dünyanın hər yerindən filosofları, astronomları, həkimləri və musiqiçiləri cəlb edir. Kordobada nəinki elm və incəsənət inkişaf edirdi, hətta üç dinin - İslam, xristianlıq və yəhudiliyin təmsilçiləri dinc şəraitdə yanaşı yaşayırdı: "Kordoba xilafəti güclü islam dövləti idi. Avropanın ən böyük və ən inkişaf etmiş şəhərlərindən biri hesab edilirdi. Kitabxanaları, universitetləri, tibb elmi ilə məşhur idi. İslam dünyasından, eləcə də xristian Avropasından alimlər burada təhsil alırdılar. Şəhəri "elm məskəni" adlandırırdılar. Burada demək olar ki, bütün əhali, hətta qadınlar da savadlı idi", - deyə tur bələdçisi məlumat verir.

Kordoba ustalarının sümük, keramika və qızıldan nəfis məmulatları dünyada məşhur idi.

Müsəlmanların sıxışdırılması və Kordobanın tənəzzülü

1236-cı ildə - şəhər III Ferdinandın qoşunları tərəfindən tutulandan sonra müsəlmanlar kütləvi şəkildə Kordobadan çıxarılır. Alimlər, sənətkarlar, tacirlər şəhəri tərk edir və iqtisadiyyat geriləməyə başlayır: "Əhali kəskin şəkildə azalırdı. Təbii fəlakətlər, aclıq və epidemiyalar şəhərin tənəzzülünə səbəb oldu. 18-ci əsrdə şəhərdə cəmi 20 min insan qalır. İqtisadiyyatın bərpası və əhalinin artımı yalnız 20-ci əsrin ilk illərində başlayır".

Məscid-kilsə ansamblı

Ərəb mədəniyyəti bu gün də Kordobanın ayrılmaz tərkib hissəsidir. Hər il minlərlə turist məhz bu izləri görmək üçün Kordobaya gəlir. Kordoba məscidi - "Mesheti" şəhərin simvoludur. Bu binanın qeyri-adi tarixi var. 785-ci ildə tikilən məscid bütün dünyada məşhur olub.

Kordoba əmirliyinin hakimi II Əbd-əl-Rəhman məscidin, onun həyətinin genişləndirilməsi və minarəsinin tikilməsi haqda göstəriş verib. Kordoba əmirliyinin süqutundan sonra - 1236-cı ildə məscidin sütunları arasında heyvan və insan təsvirləri ilə bəzədilmiş katolik kilsəsi peyda olur. Burada kilsə tikilməsi ilə bağlı ciddi mübahisə yaşanır. Şəhər əhalisi bu tikintiyə qarşı çıxır. Uzun mübahisələrdən sonra Kordoba arxiyepiskopu imperator V Çarlza müraciət edir və o, məscidin içərisində kilsə tikməyə icazə verir.

Abidəyə sintez edilən kilsə minarəyə birləşdirilir. Həyətə baxan 19 qapı bağlanır, binanın daxili divarları boyunca ibadətgahlar tikilir, minarə zəng qülləsinə çevrilir. Lakin imperator Kordobaya səfər edərkən verdiyi razılığa görə peşman olur. "Siz hər yerdə tikilə biləcək bir şey tikmisiniz və dünyada bənzəri olmayan bir binanı məhv etmisiniz", - deyir. Memar R.Ruiz binanın ilkin görkəmini qoruyub saxlamağa çalışsa da, kilsənin divarları məscidin damından hündür olur.

Binanın tağ və sütunlarının sayı 850-dən çoxdur. Divar və günbəzlərdə ərəbcə yazılar diqqəti çəkir. "Mesheti" bu gün də dünyanın bir çox ölkələrindən gəlmiş səyyah və turistləri cəlb edir. Məscid-kilsə kompleksinə giriş biletinin qiyməti 13 avrodur.

30 min nəfərlik saray şəhər

Kordobada mütləq ziyarət ediləsi abidələrdən biri də şəhərdən 6 km aralıda yerləşən "Mədinə-əl-Zəhra" arxeoloji kompleksidir. İspaniyanın və ümumən Avropanın ən mühüm orta əsr arxeoloji abidələrindən olan bu kompleks özündə ərəb-islam mədəniyyətini əks etdirir. Bu, 10-cu əsrdə ərəb hökmdarı tərəfindən sevimli arvadı üçün tikilmiş saray şəhəridir. Rəvayətə görə, saray o qədər böyük idi ki, 30 min nəfəri rahatlıqla qəbul edə bilirdi. Bu maddi-tarixi abidə İkinci Dünya müharibəsi illərində tamamilə dağılır və xarabalığa çevrilir. Hazırda İspaniya tarixi kompleksdə arxeoloji qazıntı işləri ilə bərabər, bərpa işləri də aparır.

Bu gün Kordobaya gələn turistlər "Qala divarı", "Mersed Sarayı", "Xəlifə hamamı" "Korrida muzeyi", "Yəhudi məhəlləsi", "Roma körpüsü" və s. turistik məkanlara da səfər edirlər.

"Ən yaxşı veranda" adı uğrunda

Kordoba festivallar şəhəridir. "Çalışın, bu şəhərə yaz aylarında gəlin. Onda Kordobanın bütün gözəlliyin daha aydın görəcəksiniz", - deyə məsləhət görürlər.

Hər il may ayının əvvəlində şəhərdə "Veranda festivalı" keçirilir. Bu zaman şəhərin tarixi hissəsində bu tədbir üçün xüsusi hazırlanmış və bəzədilmiş çoxlu həyətlər turistlərin ziyarəti üçün açıq olur. Festivalda sakinlər "Ən yaxşı veranda" adı uğrunda yarışırlar. Verandalar heykəllər, divarlardakı rəngarəng qablar, antik mebellər, arxeoloji tapıntılar, çiçəklərlə bəzədilir. Festival zamanı həyətlərə giriş pulsuz olur. Bəzi ev sahibləri girişdə ianə qabı qoyurlar.

Qruplar halında xüsusi qapalı həyətlərə bələdçi ilə turlar da təşkil olunur. Turlarda qiymət adambaşına 5 avrodan 20 avroya qədər dəyişir. Yeri gəlmişkən, şəhərin müxtəlif yerlərində öz verandalarına qulluq edən şəhər sakinlərinə həsr olunmuş üç heykəltəraşlıq kompozisiyası quraşdırılıb.

Şəhərdə hər il keçirilən "Flamenko" festivalında isə bu sənətin klassik nümunələri təqdim olunur. Festival günlərində bütün şəhər gecələr də oyaq olur. Kordoba qonaqlarına öz ənənələrini - musiqisini, mətbəxini və tarixini təqdim etməkdən zövq duyur.

Bu gözəl şəhəri ziyarət edib oradan yadigar olaraq nə isə aparmamaq mümkün deyil...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 Sentyabr 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see164

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see161

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see127

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see127

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri