Icma.az
close
up
RU
“Music Gallery” müştərini necə süründürür? ŞİKAYƏT

“Music Gallery” müştərini necə süründürür? ŞİKAYƏT

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı şəhəri, Səbayıl rayonu, Bayıl qəsəbəsi ərazisində yaşayan Kazımova Ülviyyə Nizami qızı redaksiyamıza müraciət edərək “Music Gallery” mağazalar şəbəkəsindən qaz sobası aldığını və bu səbəbdən də ciddi problem yaşadığını bildirib.

Vətəndaş iddia edib ki, avqustun 26-da mağazadan 950 manata “Tamboy” qaz sobası alıb. O, sobanın pulunu nağd qaydada ödədiyini və məhsulun yaşadığı mənzilə 7-8 gün sonra çatdırıldığını bildirib. Onun sözlərinə görə, sobanı quraşdırdıqdan sonra məlum olub ki, qarşıdakı gözlərdən biri yanmır və soba istifadəyə yararsız, eləcə də təhlükəlidir. Bundan sonra Kazımova Ülviyyə Eynulla adlı satıcıya zəng edərək, qaz sobasını dəyişdirilməsini və ya pulun geri qaytarılmasını tələb etdiyini vurğulayıb. Şikayətçinin iddiasına görə, servisdə malın xarab olduğu təsdiqlənib.

O qeyd edib ki, soba “Electrolux” brendinə aid olub və şirkət Azərbaycanda artıq 5-6 ildir fəaliyyət göstərmir, alınan məhsul isə anbarda qalan xarab mal olub.Satıcı ona mağazaya gəlib 40 manat ödəməyi söyləyib. Əks halda pulun qaytarılmayacağını və məhsulun geri götürülməyəcəyini bildirib. Kazımova Ülviyyə isə məcburiyyət qarşısında 40 manatı ödəyib və xarab sobanı geri qaytarıb. Kazımova Ülviyyə istehlakçı hüquqlarının müdafiəsini, haqsız olaraq ödədiyi 40 manatın geri qaytarılmasını tələb edir.

Məsələ ilə bağlı “Cebheinfo.az” saytının əməkdaşş “Music Gallery” mağazalar şəbəkəsi ilə əlaqə saxlayıb.

Şirkətin satış məsləhətçisi Eynulla Məmmədov bildirib ki, müştəriyə bütün məlumatlar əvvəlcədən izah olunub:

“Xanımın özünə ətraflı məlumat verilib. 40 AZN-lik tutulma məhz şirkətin daxili qaydası ilə əlaqədardır. Əgər şirkət məişət texnikasını müştərinin evindən özü götürürsə, əlavə 40 AZN tutulur. 

Bu barədə də xanıma əvvəlcədən məlumat verilib və bildirilib ki, əgər məhsulu özü mağazaya gətirə bilirsə, onda 40 AZN tutulmayacaq. Yəni müştəri məhsulu mağazaya gətirir və şirkət onu götürüb pulu geri qaytarır. Amma şirkət onu gəlib özü götürürsə, o zaman 40 manat ödəniş edir. Bu, şirkətin daxili qaydasıdır”.

O qeyd edib ki, məhsulda heç bir “deffekt” (qüsur) yoxdur:

“Bizim ustalar müştərinin evinə gedərək məhsulu yoxlayıblar. Ustalar həm xanıma, həm də bizə məlumat verdilər ki, məhsulda heç bir qüsur yoxdur. Problemin səbəbi Bayıl qəsəbəsinə verilən qazdadır. Müştərinin evinə gedən əməkdaş 15 ildir bu işlə məşğuldur.

Əməkdaşımız bildirir ki, problem Bayıl qəsəbəsinə verilən qazdadır. Qaz sobasını göz isə işləyir, sadəcə arxadakı böyük gözlər qazın azlığı səbəbindən problem yaradır. Məhsul həm müştərinin evində, həm də servisdə dəqiq yoxlanıldı, hər hansı bir qüsur aşkarlanmadı. Həmin məhsuldan həmin gün iki ədəd satmışdım və yalnız bu məhsulda problem yarandı”.

Satış məsləhətçisi vurğulayıb ki, bu qaydalar yalnız şirkətin daxili prosedurlarına əsaslanır:

“Xanıma dedim ki, əgər məhsulu mağazaya özün gətirə bilirsənsə, gətir, bilmirsənsə, o zaman şirkət 40 AZN əlavə tutu edəcək. Buradan bir problem varsa, bu mağaza ilə bağı deyil. Hazırda “Music Gallery” mağazalar şəbəkəsinin vətəndaşlar tərəfindən daxil olan şikayətlərə baxılması üçün *1313 nömrəli "qaynar xətt" xidməti fəaliyyət göstərir. Xanım məhz bununla bağlı şirkətin “qaynar xətt”inə şikayətini bildirə bilər. Əgər xanımın şikayətini nəzərə alıb nəsə edə bilirlərsə, etsinlər.

Bir daha bildirərəm ki, əgər məhsulda həqiqətən qüsur olsaydı, şirkət onu tamamilə ödənişsiz şəkildə götürüb yenisi ilə əvəz edəcəkdi. Lakin burada problem müştəridən qaynaqlanır. Ona görə şirkət ona əlavə (40 AZN) tutulma ilə gedib məişət texnikasını götürür. Bütün bu məlumatlar hamısı xanıma izah olunub. Məhsulun qiyməti 950 AZN-dır və xanım məhsulun məbləğini tam geri alıb”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Açar sözlər: “Music Gallery” müştəri

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Sentyabr 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see572

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see420

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see296

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see295

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see289

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see268

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see235

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see231

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see219

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see215

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see212

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see210

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see208

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see202

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see199

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see199

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see189

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see187

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri