Musiqi məktəblərinə qəbulun nəticələri nə vaxt açıqlanacaq? RƏSMİ CAVAB
Metbuat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xəbər verildiyi kimi, 14 - 21 avqust tarixləri arasında Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən musiqi və incəsənət məktəb və mərkəzlərinə şagird qəbulu üzrə ixtisas və məktəb seçimi qeydiyyatı aparılıb.
Mədəniyyət Nazirliyindən Mətbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəbulun yekun nəticələri yaxın günlərdə elan olunacaq:
“Bu il qəbul prosesi ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikası ilə birgə tam elektron qaydada həyata keçirilib. Hazırda Nazirlik tərəfindən müraciətlər və ixtisas-məktəb seçim göstəriciləri üzrə yekun təhlillər aparılır. Nəticələrin yaxın günlərdə açıqlanacağı gözlənilir. Tədris ili hələ başlamadığı üçün bu proses təhsil fəaliyyətinə heç bir təsir göstərmir”.
Ülkər Cəlilzadə / Metbuat.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 05 Sentyabr 2025 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















