Icma.az
close
up
RU
Musiqi müəllimlərinin peşə bacarıqlarının qiymətləndirilməsi ilə bağlı sessiya keçirilib FOTOLAR

Musiqi müəllimlərinin peşə bacarıqlarının qiymətləndirilməsi ilə bağlı sessiya keçirilib FOTOLAR

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Musiqi və incəsənət məktəbləri müəllimlərinin peşə bacarıqlarının qiymətləndirilməsi ilə bağlı Sumqayıtda məlumatlandırma sessiyası keçirilib.
Bu barədə Demokrat.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu gün Sumqayıt şəhərindəki "Kimyaçı" Mədəniyyət Sarayında bununla bağlı məlumatlandırma sessiyası keçirilib.
Mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərində təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı sistemli islahat yönümlü işlərin həyata keçirildiyindən, Nazirliyin “e-Culture” Rəqəmsal İnkişaf Strategiyası çərçivəsində 2024/2025-ci tədris ili üçün məktəblərə təhsilalanların qəbulu prosesinin ilk dəfə olaraq elektron qaydada həyata keçirildiyindən danışıb. Eyni zamanda qeyd edib ki, bu il Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil ocaqlarına 158 müəllim işə qəbul edilib. Qəbul prosesi ilk dəfə olaraq “my.culture.az” vahid şəxsi kabinet vasitəsilə aparılıb. İşə qəbul olunanların ilk dəfə olaraq 65 faizi ali təhsillidir.
Müəllimlərin peşə bilik və bacarıqlarının qiymətləndirilməsi prosesinin 2025-ci il fevralın 3-də başlayacağını bildirən nazir müşaviri söyləyib ki, ilk olaraq 2025-ci ilin fevral ayı ərzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin (RMİ) tabeliyində olan məktəblərdə, həmçinin Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə fəaliyyət göstərən müəllimlərin attestasiyadan keçirilməsi nəzərdə tutulur. Daha sonra Mil-Muğan, Şirvan-Salyan və Quba-Xaçmaz regional mədəniyyət idarələri üzrə ilin sonunadək prosesin yekunlaşdırılması planlaşdırılır. İlkin mərhələdə ümumilikdə 4100 müəllimin peşəkarlıq bacarıqlarının qiymətləndirilməsi nəzərdə tutulur.
Diqqətə çatdırılıb ki, hər bir ixtisas üzrə attestasiya proqramı hazırlanıb. Proqramlar artıq nazirliyin culture.gov.az rəsmi səhifəsində də yerləşdirilib.
Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini Eldar Qocayev attestasiyanın hüquqi əsasları, habelə attestasiyası keçirilməyən işçilər haqqında məlumat verib.
Sonda Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyindəki təhsil ocaqlarının direktor, direktor müavinləri və müəllimləri müəssisələrin maddi-texniki bazasının genişləndirilməsi, yeni dərslik və dərs vəsaitlərinin nəşri və s. məsələlərlə bağlı təklifləri dinlənilib, sualları cavablandırılıb.
Qeyd edək ki, musiqi və incəsənət məktəbləri müəllimlərinin peşəkar bilik və bacarıqlarının ölçülməsi ilə bağlı ilk məlumatlandırma dekabrın 6-da Bakıdakı Muzey Mərkəzində keçirilmişdir, növbəti həftə Xırdalan şəhərində müəllimlərlə görüş keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində müəllimlərin peşə səriştə və bacarıqlarının ölçülməsi, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi və optimal müəllim heyətinin formalaşdırılması məqsədilə 2025–2026-cı illər ərzində attestasiya keçiriləcək.










 
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Dekabr 2024 08:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see169

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri