Musiqi və incəsənət məktəblərində tədris proqramları yeniləndi
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Mədəniyyət Nazirliyi tərəfindən musiqi və incəsənət məktəblərində tədris olunan fortepiano, tar və violin ixtisaslarının tədris proqramı yenilənib.
Nazirlikdən Modern.az-a verilən xəbərə görə, bu yenilənmə müasir təhsil standartlarına uyğunlaşdırılaraq, şagirdlərin tədbiqi və nəzəri biliklərinin daha səmərəli şəkildə artırılmasını təmin etməyi hədəfləyir. Bu proqramlarda əsas yeniliklərdən biri Azərbaycan bəstəkarlarının əsərlərinə xüsusi yer ayrılaraq, onların əsərlərinin öyrənilməsinə üstünlük verilməsidir.
Yeni proqram çərçivəsində musiqi ifaçılığı, texnika və yaradıcılıq bacarıqları daha geniş və əhatəli şəkildə tədris ediləcək. Fortepiano, tar və violin siniflərində tətbiq olunacaq bu metodika, gənc istedadların potensialını daha da inkişaf etdirməyə, onları peşəkar musiqi təhsili ilə təmin etməyə istiqamətlənmişdir.
Yaxın gələcəkdə digər ixtisas siniflərinin də tədris proqramlarının yenilənməsi nəzərdə tutulur.
Linkə daxil olaraq, yenilənmiş tədris proqramlarını yükləyib ətraflı tanış olmaq mümkündür.
Baxış sayı:119
Bu xəbər 05 Noyabr 2024 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















