Icma.az
close
up
RU
Musiqili Teatrda mövsümün son yubileyi

Musiqili Teatrda mövsümün son yubileyi

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 14 iyul, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 2024-2025-ci illər mövsümünün son tamaşalarından biri – “Əliqulu bu gün evlənir” musiqili komediyası oynanılıb.

AZƏRTAC xəbər verir ki, görkəmli yazıçı-dramaturq Sabit Rəhmanın uzun illər müxtəlif teatrlarda tamaşaya qoyulan “Əliqulu evlənir” komediyası ötən il yeni ad, quruluş və janrda Musiqili Teatrının səhnəsinə qayıdıb.

Xalq artisti İlham Namiq Kamalın libretto və quruluş müəllifi olduğu, baş rolu da özünün oynadığı tamaşanın premyerası sənətkarın 75 illiyi münasibətilə 2024-cü il dekabrın 19-da keçirilmişdi.

Səhnə əsərinin musiqi müəllifi mərhum bəstəkar, Əməkdar incəsənət xadimi Oqtay Rəcəbov, musiqi mətnlərinin müəllifi Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğludur.

Quruluşçu dirijor Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeyster Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeyster Əməkdar artist Nigar Şahmuradova, quruluşçu rəssam Əməkdar rəssam Nabat Səmədova, geyim üzrə rəssam Nübar Hüseynova, konsertmeyster Fidan Əliyevadır.

Tamaşada İlham Namiq Kamalın tərəf-müqabilləri – Əməkdar artistlər Əkbər Əlizadə, İqrar Salamov, aktyorlar Səmədzadə Xasiyev, Zemfira Əbdülsəmədova, Rəsmiyyə Nurməmmədova, Gülçöhrə Abdullayeva, Əliməmməd Novruzov, Gülnarə Əzizova, Ruslan Mürsəlov, Böyükxanım Məmmədova, Mehriban Rəcəbova, Əzizəxanım Kazımova, həmçinin teatrın xor və balet artistləri iştirak edirlər...

Məşhur əsərin səhnədə yenidən tamaşaçı ilə görüşməsi sənət bayramıdır. Üstəlik, əsər həm quruluş və bədii tərtibatı, həm də aktyor oyunu ilə baxımlı alınıbsa, bu, truppa üçün də, teatrsevərlər üçün də ikiqat bayramdır.

İkihissəli musiqili komediyanın ötən şənbə nümayişi bunu bir daha təsdiqləyib.

Bütün heyətin şövqlə oynadığı tamaşa sürəkli alqışlarla qarşılanıb.

Sonra teatrın direktor müavini sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirovaya iştirakçıları salamlayaraq diqqətə çatdırıb.

Bildirib ki, budəfəki mərasimin səbəbkarı teatrın sevilən aktrisası, tamaşada Humay rolunu oynamış Rəsmiyyə Nurməmmədovadır. Aktrisa bu günlər yubileyini – 60 yaşını qeyd edir. 40 ilə yaxın yaradıcılıq həyatı olan Rəsmiyyə Nurməmmədova Musiqili Teatrda onlarla səhnə əsərində yaddaqalan rollar oynayaraq tamaşaçı rəğbəti qazanıb.

Vəfa Mühacirova yubilyara yeni sənət uğurları arzulayıb və ona teatrın, eləcə də Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin adından fəxri fərman və gül dəstəsi təqdim edib.

Rəsmiyyə Nurməmmədovaya daha bir təbrik Azərbaycan Teatr Xadimləri İttifaqı adından səslənib. İttifaqın sədr müavini İlham Namiq Kamal aktrisaya xoş sözlərini bildirib, ATXİ-nin sədri Xalq artisti Hacı İsmayılovun imzası ilə diplom və gül dəstəsi təqdim edib.

Akademik Musiqili Teatr mövsümə iyulun 13-də "O olmasın, bu olsun" (Üzeyir Hacıbəyli) tamaşası ilə yekun vurub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 İyul 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri