Mustafa Sandalın həyat yoldaşı ilə bağlı milyardlıq iddia
Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.
Türkiyəli müğənni Mustafa Sandalın həyat yoldaşı Melis Sütşurupun fonddan əldə etdiyi qazancın 15 milyard 793 milyon lirəyə çatdığı iddia edilib.
Axşam.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun apardığı kapital bazarı fondları ilə bağlı araşdırmada Sütşurupun maliyyə əməliyyatları ilə bağlı yeni detalların ortaya çıxdığı bildirilib.
Türkiyə mətbuatında yayılan xəbərlərə görə, Melis Sütşurup birjada əldə etdiyi 13 milyard 673 milyon lirəni Tera şirkətinin TLY fonduna yatırıb. Onun bu investisiyadan qısa müddətdə 2 milyard 355 milyon 287 min lirə xalis gəlir əldə etdiyi irəli sürülüb.
Araşdırma çərçivəsində Melis Sütşurupun atası Cihan Sütşurupun adı da hallanıb. Onun eyni əməliyyatlar çərçivəsində 639 milyon 402 min 912 lirə qazanc əldə etdiyi və gəlir sıralamasında 6-cı yerdə qərarlaşdığı iddia olunub.
Qeyd edək ki, sözügedən rəqəmlər istintaq çərçivəsində irəli sürülən iddialardır. Məsələ ilə bağlı araşdırmanın davam etdiyi bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 03 Oktyabr 2026 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















