Icma.az
close
up
RU
“Mustafa Topçubaşovun nailiyyətləri ona dünya səviyyəsində böyük şöhrət qazandırıb” İsa Həbibbəyli

“Mustafa Topçubaşovun nailiyyətləri ona dünya səviyyəsində böyük şöhrət qazandırıb” İsa Həbibbəyli

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

"Mustafa Topçubaşov qeyri-adi fitri istedada malik insan, böyük nüfuza malik, xalqın inandığı, təbabətin bütün sirlərini bilən və bir çox istiqamətdə fəaliyyət göstərən, cərrahiyyənin loğmanı olmuşdur. Praktiki cərrahlıq elmi məktəbinin yaradıcısı kimi alimin nailiyyətləri ona Azərbaycanda, həm keçmiş SSRİ-də, həm də dünya səviyyəsində böyük şöhrət qazandırıb".

525.az xəbər verir ki, bu sözləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli oktyabrın 8-də AMEA-nın Rəyasət Heyətində akademik Mustafa Topçubaşovun 130 illiyinə həsr olunmuş yubiley tədbirində deyib.

Akademik İsa Həbibbəyli ölkə Prezidenti İlham Əliyevin “Akademik Mustafa Topçubaşovun 130 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələrək Azərbaycan Milli Elmlər Akademiyası və AR Səhiyyə Nazirliyinin birgə tədbirlər həyata keçirdiyini söyləyib. Qeyd edib ki, ilkin olaraq iyul ayında hər iki qurumun birgə təşkilatçılığı ilə elmi konfrans keçirilib, bu günlərdə isə Səhiyyə Nazirliyi tərəfindən beynəlxalq elmi-praktik konfrans baş tutub. Həmçinin Tədbirlər planına uyğun olaraq, AMEA tərəfindən akademik Mustafa Topçubaşovun biblioqrafiyasının yenidən nəşr edildiyini diqqətə çatdırıb.

Mustafa Topçubaşovun praktiki cərrahiyyə fəaliyyəti ilə yanaşı, həm də elmi tədqiqatlarla dərindən məşğul olduğunu deyən AMEA rəhbəri alimin beş cildlik “Xüsusi cərrahlıq” kitabının bu gün də ali təhsil müəssisələrində tələbələrin dərs vəsaiti kimi istifadə edildiyini bildirib.

Akademik Mustafa Topçubaşovun elmi-təşkilati fəaliyyətindən danışan akademik İsa Həbibbəyli bildirib ki, o, 1945-ci ildə AMEA-nın təsisçilərindən biri olub və akademik seçilib, Biologiya Elmləri Bölməsinin akademik-katibi, Azərbaycan SSR EA-nın vitse-prezidenti vəzifələrində çalışıb. Həmçinin Mustafa Topçubaşovun həyatını tibb elminə həsr edərək 50 ilə yaxın bir müddətdə Azərbaycan Tibb Universitetinin cərrahiyyə kafedrasının müdiri kimi peşəkar kadrların hazırlanmasında müstəsna xidmətləri olduğunu diqqətə çatdırıb.

Alimin Azərbaycan SSR Ali Sovetinin sədri və üzvü kimi ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etdiyini deyən akademik İsa Həbibbəyli qeyd edib ki, xaraktercə sülhsevər, insani dəyərləri yüksək olan alim həm də Respublika Sülhü Müdafiə Komitəsinin sədri olub.

AMEA rəhbəri görkəmli alimin yubileyinin qeyd olunmasının həm də Akademiyanın 80 illiyi çərçivəsində keçirilən silsilə tədbirlərə töhfə olduğunu deyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://525.az
archiveBu xəbər 08 Oktyabr 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see126

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see122

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri