Mustafayevlə Qriqoryan videokonfrans formatında görüşdü
Icma.az, Yeniavaz-ə istinadən, məlumatı açıqlayır Mustafayevlə Qriqoryan videokonfrans formatında görüşdü.
Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın görüşü keçirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının Katibliyi məlumat yayıb.
Qeyd olunub ki, bu gün Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya çərçivəsində videokonfrans formatında işçi görüş keçirilib.
Görüşdə tərəflər delimitasiya işlərinin həyata keçirilməsi üçün tələb olunan təlimat layihələrini müzakirə edib, həmçinin komissiyaların növbəti əyani görüşünün təşkili ilə bağlı məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Tərəflər növbəti görüşün tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.

Şahin Mustafayevlə Mher Qriqoryan sərhəddə
04 Noyabr 2024 18:36
Şahin Mustafayevlə Mher Qriqoryan arasında görüş keçirilib
04 Noyabr 2024 18:29
AZƏRBAYCANLA ERMƏNİSTAN SƏRHƏD XƏTTİNDƏ ANLAŞDI Şahin Mustafayevlə Mher Qriqoryan görüşdü
16 Yanvar 2025 18:47
Azərbaycan Ermənistan arasında növbəöti razılıq əldə olunub Şahin Mustafayevlə Qriqoryan müzakirə aparıblar
14 Fevral 2025 23:43
Adil Kərimli Şahin Mustafayevlə görüşdü FOTOLAR
08 Fevral 2025 11:52
