Müstəntiqlikdən nazir müavini vəzifəsinə... Dosye
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Xəbər verdiyimiz kimi, Prezidentin Sərəncamı ilə Sahib Rzayev Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib.
“Qafqazinfo” xəbər verir ki, yeni rəhbər bu təyinata qədər Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin rəisi işləyib.
S.Rzayev 1977-ci ildə anadan olub. 2001-ci ildə Bakı Dövlət Universitetini hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2011-ci ildə beynəlxalq hüquq ixtisası üzrə magistr dərəcələrini fərqlənmə diplomları ilə bitirib.
2006-cı ilədək daxili işlər orqanlarında müstəntiq, 2006-cı ildən 2008-ci ilədək Fövqəladə Hallar Nazirliyində baş müstəntiq, 2008-ci ildən 2023-cü ilə qədər Fövqəladə Hallar Nazirliyində Əməliyyat-istintaq idarəsinin İstintaq şöbəsinin rəisi, Əməliyyat-istintaq idarəsinin rəisi və Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik baş idarəsinin rəisi vəzifələrində çalışıb.
S.Rzayev 2025-ci ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəis müavini vəzifəsində çalışıb. Həmin ilin iyulunda Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəisi vəzifəsinə təyin edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 27 Oktyabr 2026 13:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















