Icma.az
close
up
RU
Müstəqil Azərbaycanın banisi və inkişaf strategiyasının müəllifi

Müstəqil Azərbaycanın banisi və inkişaf strategiyasının müəllifi

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın müasir dövlətçilik tarixində müstəsna xidmətləri ilə yadda qalan Ulu Öndər Heydər Əliyev bütün sahələr kimi, təhsil sektorunun inkişafına da xüsusi həssaslıqla yanaşırdı. Xalqın savadlı, müasir düşüncəli və milli dəyərlərə bağlı olması dövlətin tərəqqisinin əsas şərti kimi dəyərləndirilir, bu səbəbdən təhsil Heydər Əliyevin fəaliyyətində prioritet istiqamətlərdən biri kimi daim ön planda dayanırdı. Onun həyata keçirdiyi ardıcıl islahatlar sayəsində Azərbaycan ən ağır və mürəkkəb dövrlərdə belə öz təhsil sistemini qoruyub saxlaya bildi.

1990-cı illərin əvvəllərində xalqı qardaş qırğını və vətəndaş müharibəsi təhlükəsindən xilas edən, ölkənin dağılmasının qarşısını qətiyyətlə alan Heydər Əliyev müstəqil Azərbaycanın siyasi sabitliyinin əsasını qoydu. Onun sarsılmaz iradəsi və dövlətçilik mövqeyi ölkəni tam süqut təhlükəsindən çıxararaq yeni inkişaf mərhələsinə gətirdi. Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmləndirilməsi istiqamətində atılan addımlar da Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsi idi. Heydər Əliyevin diplomatik fəaliyyəti ölkəmizi qlobal siyasi arenada etibarlı tərəfdaş kimi tanıtdı. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan Azərbaycanın gələcək inkişafının təməlini qoydu. Bu strateji addım ölkəmizin enerji siyasətini formalaşdırmaqla yanaşı, iqtisadi müstəqilliyini də sürətlə möhkəmləndirdi. Ulu Öndərin təşəbbüsü ilə qəbul edilən mütərəqqi Konstitusiya hüquqi dövlət quruculuğunun əsas sənədi olaraq demokratik inkişafın institusional bazasını yaratdı. Bakı–Tbilisi–Ceyhan neft boru kəmərinin istifadəyə verilməsi isə Azərbaycanın beynəlxalq enerji xəritəsində rolunu daha da gücləndirərək ölkəmizin qlobal iqtisadi sistemə inteqrasiyasını sürətləndirdi. Heydər Əliyev siyasi sistemin formalaşmasında da misilsiz rol oynadı. Onun rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası bu gün Qafqazın ən böyük siyasi təşkilatı olmaqla dövlətin inkişafında və sabitliyində mühüm rol oynayır. Ulu Öndərin bir vaxtlar sədri olduğu Azərbaycan Milli Məclisi də bu gün məhz onun qoyduğu sağlam təməllər üzərində fəaliyyət göstərərək dövlət başçısının həyata keçirdiyi uğurlu siyasətin qanunvericilik təminatını formalaşdırır. Parlament binasında Heydər Əliyevin tarixi fəaliyyətinin izləri bu gün də böyük qürurla yaşadılır. Ulu Öndərin ən böyük xidmətlərindən biri isə özündən sonra güclü, müdrik və iradəli siyasi davamçı yetişdirməsi idi. Prezident cənab İlham Əliyev bu gün məhz həmin strateji kursun varisi kimi Azərbaycanın qüdrətini daha da artırmışdır. 2020-ci il Vətən müharibəsində və 2023-cü il anti-terror tədbirlərində əldə olunan qələbə nəticəsində Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edildi və Heydər Əliyev ideyalarının tarixi təntənəsinə çevrildi.

Bu gün Heydər Əliyev Fondunun ölkə daxilində və beynəlxalq miqyasda həyata keçirdiyi humanitar, sosial və mədəni layihələr Ulu Öndərin irsinin yaşadılmasına böyük töhfə verir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Fondun fəaliyyəti Azərbaycanın qlobal aləmdə humanizm və mədəniyyət mərkəzi kimi tanınmasına xidmət edir.

Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf yolunu uğurla davam etdirərək regionun lider dövlətinə çevrilmişdir. Müstəqilliyimizin möhkəmləndirilməsi, iqtisadi gücün artırılması, hərbi qüdrətin təkmilləşdirilməsi və sosial rifahın yüksəldilməsi Heydər Əliyev ideyalarının müasir mərhələdə ardıcıl icrasının bariz nəticəsidir.

Tarixi həqiqət budur: Heydər Əliyevin müəyyən etdiyi inkişaf modeli bu gün də Azərbaycanın tərəqqisinin, sabitliyinin və uzunmüddətli strateji hədəflərinin əsasını təşkil edir.

Mehriban Vəliyeva,

Yeni Azərbaycan Partiyasının üzvü, 

Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Dekabr 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see159

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri