Icma.az
close
up
RU
Müstəqil Azərbaycanın banisi və inkişaf strategiyasının müəllifi

Müstəqil Azərbaycanın banisi və inkişaf strategiyasının müəllifi

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın müasir dövlətçilik tarixində müstəsna xidmətləri ilə yadda qalan Ulu Öndər Heydər Əliyev bütün sahələr kimi, təhsil sektorunun inkişafına da xüsusi həssaslıqla yanaşırdı. Xalqın savadlı, müasir düşüncəli və milli dəyərlərə bağlı olması dövlətin tərəqqisinin əsas şərti kimi dəyərləndirilir, bu səbəbdən təhsil Heydər Əliyevin fəaliyyətində prioritet istiqamətlərdən biri kimi daim ön planda dayanırdı. Onun həyata keçirdiyi ardıcıl islahatlar sayəsində Azərbaycan ən ağır və mürəkkəb dövrlərdə belə öz təhsil sistemini qoruyub saxlaya bildi.

1990-cı illərin əvvəllərində xalqı qardaş qırğını və vətəndaş müharibəsi təhlükəsindən xilas edən, ölkənin dağılmasının qarşısını qətiyyətlə alan Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın siyasi sabitliyinin əsasını qoydu. Ulu Öndərin sarsılmaz iradəsi və dövlətçilik mövqeyi ölkəni tam süqut təhlükəsindən çıxararaq yeni inkişaf mərhələsinə gətirdi. Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmləndirilməsi istiqamətində atılan addımlar da Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsi idi. Heydər Əliyevin diplomatik fəaliyyəti ölkəmizi qlobal siyasi arenada etibarlı tərəfdaş kimi tanıtdı. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan Azərbaycanın gələcək inkişafının təməlini qoydu. Bu strateji addım ölkəmizin enerji siyasətini formalaşdırmaqla yanaşı, iqtisadi müstəqilliyini də sürətlə möhkəmləndirdi. Ulu Öndərin təşəbbüsü ilə qəbul edilən mütərəqqi Konstitusiya hüquqi dövlət quruculuğunun əsas sənədi olaraq demokratik inkişafın institusional bazasını yaratdı. Bakı–Tbilisi–Ceyhan neft boru kəmərinin istifadəyə verilməsi isə Azərbaycanın beynəlxalq enerji xəritəsində rolunu daha da gücləndirərək ölkəmizin qlobal iqtisadi sistemə inteqrasiyasını sürətləndirdi. Heydər Əliyev siyasi sistemin formalaşmasında da misilsiz rol oynadı. Onun rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası bu gün Qafqazın ən böyük siyasi təşkilatı olmaqla dövlətin inkişafında və sabitliyində mühüm rol oynayır. Ulu Öndərin bir vaxtlar sədri olduğu Azərbaycan Milli Məclisi də bu gün məhz onun qoyduğu sağlam təməllər üzərində fəaliyyət göstərərək dövlət başçısının həyata keçirdiyi uğurlu siyasətin qanunvericilik təminatını formalaşdırır. Parlament binasında Heydər Əliyevin tarixi fəaliyyətinin izləri bu gün də böyük qürurla yaşadılır. Ulu Öndərin ən böyük xidmətlərindən biri isə özündən sonra güclü, müdrik və iradəli siyasi davamçı yetişdirməsi idi. Prezident cənab İlham Əliyev bu gün məhz həmin strateji kursun varisi kimi Azərbaycanın qüdrətini daha da artırmışdır. 2020-ci il Vətən müharibəsində və 2023-cü il anti-terror tədbirlərində əldə olunan qələbə nəticəsində Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edildi və Heydər Əliyev ideyalarının tarixi təntənəsinə çevrildi.
Bu gün Heydər Əliyev Fondunun ölkə daxilində və beynəlxalq miqyasda həyata keçirdiyi humanitar, sosial və mədəni layihələr Ulu Öndərin irsinin yaşadılmasına böyük töhfə verir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Fondun fəaliyyəti Azərbaycanın qlobal aləmdə humanizm və mədəniyyət mərkəzi kimi tanınmasına xidmət edir.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf yolunu uğurla davam etdirərək regionun lider dövlətinə çevrilmişdir. Müstəqilliyimizin möhkəmləndirilməsi, iqtisadi gücün artırılması, hərbi qüdrətin təkmilləşdirilməsi və sosial rifahın yüksəldilməsi Heydər Əliyev ideyalarının müasir mərhələdə ardıcıl icrasının bariz nəticəsidir.
Tarixi həqiqət budur: Heydər Əliyevin müəyyən etdiyi inkişaf modeli bu gün də Azərbaycanın tərəqqisinin, sabitliyinin və uzunmüddətli strateji hədəflərinin əsasını təşkil edir.

Mehriban Vəliyeva
Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Dekabr 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see170

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see152

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see146

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri