Icma.az
close
up
RU
İqtisadi müstəqillik bəyannaməsi, yoxsa...

İqtisadi müstəqillik bəyannaməsi, yoxsa...

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-ın yeni idxal tarifləri kimə və nəyə xidmət edir?

ABŞ Prezidenti Donald Trampın xarici ticarət tərəfdaşlarına  tətbiq etdiyi idxal rüsumlarının parametrləri məlum olub. İdxal tariflərinin tətbiqinə dair fərmanı Müstəqillik Aktına bərabər sənəd kimi təqdim edən Amerikanın dövlət başçısı bu addımı Amerika tarixində ən mühüm günlərdən biri kimi qiymətləndirib. “Bu fərman bizim iqtisadi müstəqillik bəyannaməmizdir” deyən Tramp bununla da ölkəsinin ticari siyasətində yeni dövrün başlayacağına əminliyini ifadə edib.

İdxal rüsumları 2 kateqoriya üzrə təsnifləşdirilib. Birinci kateqoriya üzrə Avropa İttifaqı (Aİ) və digər region ölkələri üzrə tarif dərəcələri müəyyənləşib. Aİ üzrə idxal olunan məhsullar üçün orta 20 faizlik idxal rüsumu dərəcəsi nəzərdə tutulur. Digər region ölkələri üçün bütün malların idxalı üçün minimum baza rüsumu 10 faiz həddində müəyyənləşdirilib. Buraya Böyük Britaniya, Braziliya, Argentina, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Ukrayna və bir çox post-sovet ölkələri daxildir. Belə ki, Azərbaycan, Ermənistan, Gürcüstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistanda eyni rüsum dərəcəsi qüvvədə olacaq. Post-sovet regionundan yalnız Moldova 31 faiz, Qazaxıstan isə  27 faizlik rüsumla ticarət rejiminə cəlb edilib. İdxal məhdudiyyətləri siyahısında Rusiya yer almır.

ABŞ-ın idxal rüsumları üzrə müəyyənləşdirdiyi ikinci kateqoriyaya Çin, uzaq Asiya və Afrika bölgəsi daxildir. Bu tarif siyasətinə əsasən, Çindən ABŞ-a idxal olunan bütün məhsullara 34 faiz idxal rüsumu tətbiq olunacaq. Asiyanın digər ölkələrindən Vyetnama 46 faiz, Kambocaya 49 faiz, Laosa 48 faiz rüsum  tətbiqi planlaşdırılır.

Neoproteksionizmə və yeni ticarət müharibəsinə doğru

Trampın bu qərarları faktiki olaraq proteksionizm siyasətinin bariz təzahürləri kimi qiymətləndirilir. Xarici mallara yüksək gömrük tarifləri, bir sıra xarici malların idxalına məhdudiyyətlər və ya qadağalar qoymaqla, valyuta məhdudiyyətləri, qeyri-tarif maneələri neoproteksionizmdir. Bu sıraya milli sənayenin və yaxud kənd təsərrüfatının idxalına yardımı, daxili ticarətdə lisenziya sistemin istifadə edilməsinin təmin edilməsini, idxal vergilərinin təyin edilməsini də aid etmək olar. Bir sözlə, mövcud ticari qaydalar xarici ticarət tərəfdaşlarının bloklanması tendensiyası kimi səciyyələndirilə və az qala yeni ticarət müharibəsi də adlandırıla bilər. Eyni zamanda,  neoproteksionizmin qlobal ticarətin renatabelliyini, xarici tərəfaşlar arasında iqtisadi zənciri pozmaqla dünya iqtisadi böhranı yaradacağı da gözləniləndir. Xüsusilə də iki nəhəng qütbün - Aİ və Çinin xarici ticarətdə bloklanması qlobal iqtisadiyyat üçün ürəkaçan proqnozlar vəd etmir. Çin dünyanın ən güclü iqtisadi qütblərindən biridir və ABŞ-ın xarici ticarət tərəfdaşları arasında ilk 5-likdə dayanır. Bu ölkəyə qarşı sərt idxal “sanksiyası” ABŞ-la yanaşı, qlobal ticarətin ritmini də poza bilər. Eləcə də dünyanın ən böyük ticarət bloklarından biri olan və qlobal miqyasda üçüncü ən böyük iqtisadiyyat kimi sıralanan Aİ ilə ABŞ-ın iqtisadi əlalərində qırılmaların baş verməsi bütün regionlarda iqtisadi hərarətləri aşağı salacaq.

Tariflər Azərbaycana necə təsir edə bilər?

ABŞ-ın idxal tarifləri siyahısı faktiki olaraq Azərbaycanı da əhatə edir və ölkəmiz üçün minimal 10 faiz dərəcədə gömrük rüsumu müəyyənləşib. Bu qərarın Azərbaycanın ixrac potensialına ciddi təsirləri o qədər də gözlənilən deyil. Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsinin həcmi 2024-cü ildə 1,6 milyard dollar olub. Ticarət balansında Azərbaycanın ixracı cəmi 135 milyon dollar təşkil edir, idxal isə 1 milyard 480 milyon dollardır. Yəni ABŞ Azərbaycandan məhsul idxalından daha çox, 10-11 dəfə ixrac edən ölkədir. Ona görə də, yeni tariflər qeyri neft-qaz ixrac məhsullarına cüzi təsir göstərə bilər.

ABŞ-ın qazancı nə olacaq?

ABŞ hökuməti bu strateji baxışı ilə milli iqtisadiyyatın stimullaşdırılmasına, daxili bazarın xarici rəqabətdən qorunmasına nail olacağını düşünür. Bu siyasətin daxili bazarın xarici mal və əmtəə “hücumlardan” qorunacağına əminlik olsa da, əslində, qlobal azad rəqabətin pozulması sayəsində Amerikanın ticarət balansında disbalansın yaranacağı baş verə bilər. Belə ki, ABŞ-ın illik sənaye və nəqliyyat, avadanlıqları, məişət texnologiyaları və s. mallara olan ehtiyacının təxminən 40 faizi xarici ölkələrdən gətirilir. Mineral yanacaqlar, elektrik və elektron avadanlıqları, maşınlar, nüvə reaktorları, avtomobillər üzrə idxalın əsas sütunları Çin, Böyük Britaniya, Rusiya, İsveçrə, Aİ ölkələridir. Xüsusən də maşın və avadanlıqlar, o cümlədən avtomobil idxalında həmin ölkələrin ticari balansda payı 50 faizdən çoxdur. Həmin malların yerini daxili istehsal və sənaye potensialı ilə doldurmaq üçün ABŞ-ın yerli istehsal imkanları məhduddur. Rusiyadan yüksək idxal pəncərəsi açılması mümkündür, ancaq Rusiyanın həmin balansı doldurması və rəqabətli əmtəələr ixracı məhduddur.

Belə olan halda, ölkəyə həmin malların idxalı yeni rüsumlar sayəsində bahalaşa bilər. Dövlətin yeni idxal tarifləri hesabına gömrük yığımlarından daxilolmalarının artması mümkündür, ancaq bunun  daxili bazarda qiymət artımlarını və inflyasiyanı da cilovlandıracağı gözləniləndir. 

Sösüz ki, Tramp administrasiyasının bu addımına Avropa İttifaqı və Çin tərəfindən cavab tədbirlərinin veriləcəyi istisna deyil. Həm Aİ, həm də Çin hökumətinin adekvat addımlar atacağı, xarici ticarət nomenklaturası üzrə mal və xidmətlərin idxal dərəcələrində dəyişikliklər layihəsinin hazırlanacağı barədə ilk anonslar da verilib. Yaxın günlərdə hər iki mərkəzdən ciddi əks-proteksionizm cavab tədbirlərinin görülməsinin şahidi olacağıq.

E.CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Aprel 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see360

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see343

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see303

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see272

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see247

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see216

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see206

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see201

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see198

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see195

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see190

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see183

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see179

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see173

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see172

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see170

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see167

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see167

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see165

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri