Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Müstəqillik dövründə adı bir neçə dəfə dəyişdirilən UNİVERSİTETLƏR

Müstəqillik dövründə adı bir neçə dəfə dəyişdirilən UNİVERSİTETLƏR

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru müsahibəsi zamanı bildirib ki, universitetin hazırkı rəsmi adını saxlanılmaqla, universitetin gələcəkdə “AZİ Universiteti” adı ilə tanınmasını planlaşdırılır. Buna səbəb isə, ali təhsil mərkəzlərinin ad və rebrendinqi onun ölkə və beynəlxalq aləmdə tanınmasına və qəbul edilməsində mühüm rol oynamasıdır.

Modern.az müstəqillik dövründə adı dəyişdirilən universitetləri araşdırıb. 

Bakı Dövlət Universiteti
1991-ci ildə Bakı Dövlət Universitetinə Məhəmməd Əmin Rəsulzadənin adı verilib. 2001-ci ildən isə hazırkı - Bakı Dövlət Universiteti adı ilə təsdiqlənir və bu ad altında universitetin fəaliyyəti davam edir.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Hazırda ADNSU kimi tanıdığımız Neft və Sənaye Universiteti 2015-ci ilə qədər Azərbaycan Dövlət Neft Akademiyası adı ilə fəaliyyət göstərib. Prezidentinin 2015-ci ildə imzaladığı sərəncamına əsasən isə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılıb. Yaxın gələcəkdə “AZİ Universiteti” rebrendinq edəcək. 

Azərbaycan Dövlət Pedoqoji Universiteti
Müstəqil Azərbaycan yarandıqdan sonra 9 il müddətinə bu universitet Nəsrəddin Tusi adını daşıyıb. 2000-ci ildən indiyədək isəAzərbaycan Dövlət Pedaqoji Universiteti adı ilə fəaliyyət göstərir. 

Azərbaycan Aqrar Universiteti
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 1991-ci ilin iyun ayından Azərbaycan Kənd Təsərrüfatı Akademiyası, Nazirlər Kabinetinin 2009-cu il 4 aprel tarixli 53 nömrəli qərarı ilə Azərbaycan Dövlət Aqrar Universiteti adlanır.

Azərbaycan Dövlət İqtisad Universiteti
1991-ci ildən  2000-ci ilə qədər bu universitet Azərbaycan Dövlət İqtisad İnstitutu kimi fəaliyyətə göstərib.
Prezidentinin 2000-ci ildə imzaladığı fərmanı ilə Azərbaycan Dövlət İqtisad İnstitutunun, Bakı Əmtəəşünaslıq və Kommersiya İnstitutunun bazasında Azərbaycan Dövlət İqtisad Universiteti yaradıldı.
Universitet rəhbərliyi 2015-ci ildə rebrendinq etmiş və "UNEC" (UNiversity of EConomics) abbreviaturasını brend kimi patentləşdirib.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
1999-cu ilə dək idman sahəsində ixtisaslaşan bu akademiya Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu adı altında çıxış edib. 1999-cu ildən bu günə dək isə indiki adı - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası kimi fəaliyyət göstərir.

Gəncə Dövlət Universitet
1943-cü ildə H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutu kimi fəaliyyət göstərən universitetin adı 2000-ci ildə dəyişdirilərək Gəncə Dövlət Universiteti olub.

Bakı Slavyan Universiteti
13 iyun 2000-ci ilə dək M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutu adlandırılır, 2000-ci ildə isə Prezidentin fərmanı ilə bazası genişləndirilməklə Bakı Slavyan Universiteti adı altında fəaliyyətə başlayır.

Sumqayıt Dövlət Universiteti
1975–1992-ci illərdə isə Ali Texniki Təhsil Məktəbi adı altında fəaliyyət göstərən bu region universiteti 1992-ci ildən Azərbaycan Sənaye İnstitutu adlandırılıb. Azərbaycan Respublikası Prezidentinin 2000-ci ildə imzaladığı fərmanı ilə Azərbaycan Sənaye İnstitutunun bazasında Sumqayıt Dovlət Universiteti yaradılıb.

Azərbaycan Dillər Universiteti
Müstəqilliyin ilk illərində Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu adı ilə tanınan universitet 2000-ci ildən Azərbaycan Dillər Universiteti kimi fəaliyyətə başlayır. 

Azərbaycan Memarlıq və İnşaat Universiteti
1992-ci ildən Azərbaycan İnşaat Mühəndisləri Universiteti adı ilə fəaliyyət göstərir. 2000-ci ildən isə Prezidentin fərmanı ilə bu ali təhsil mərkəzi Azərbaycan Memarlıq və İnşaat Universiteti adlandırılıb.

Milli Aviasiya Akademiyası
1992-ci ildə Milli Aviasiya Mərkəzi adı ilə yaranan ali məktəb 1994-cü ildən Milli Aviasiya Akademiyası adlandırılıb.

Dövlət İdarəçilik Universiteti
Mərkəzi Sovet Partiya Məktəbi kimi fəaliyyətə başlayan, indiki DİA 1992- 1999 illərdə Bakı Dövlət Sosial İdarəetmə və Politologiya İnstitutu adı altında fəaliyyət göstərir, 1999-cu ildə isə hazırkı adını - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası - alır.
Turizm və Mencment Universiteti
2005-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılan bu universitet ilk illərdə Azərbaycan Turizm İnstitutunun adı altında fəaliyyətə göstərir. 2014-cü il ildən isə Prezidentin fərmanı ilə Azərbaycan Turizm və Menecment Universiteti adlanır.

Göründüyü kimi, son 30 ildə bir çox universitetin adı dəyişib, hətta bəziləri bir neçə dəfə bu prosesdən keçib. Rəsmi izahlar dəyişikliklərin struktur təkmilləşməsinə, tədris sahələrinin genişlənməsinə və müasir standartlara uyğunlaşmağa yönəldiyini göstərsə də, problem burada bitmir.

Əsl məsələ ondadır ki, universitet adlarının tez-tez dəyişdirilməsi təhsil ocaqlarının kimliyini və akademik brendini zədələyir. Çünki universitetin adı onun elmi ənənəsinin, tarixi irsinin və ictimai nüfuzunun ifadəsidir.

Dünyanın ən nüfuzlu universitetləri - Oksford, Harvard, Sorbonna, Tokyo Universiteti və digərləri - onilliklər, bəziləri isə əsrlər boyu eyni adla fəaliyyət göstərirlər. Bu sabitlik həmin universitetlərin adını qlobal brendə çevirib. Məzunlar on illər sonra belə, diplomlarını tanıdanda heç bir izahata ehtiyac duymurlar. Universitetin adı simvol, etimad və güvən formasına çevrilir.

Azərbaycanda isə bu sabitlik yoxdur. Universitetlər struktur baxımından ciddi dəyişiklik keçirmədən adlarını dəyişir. Bu isə cəmiyyətdə və akademik dairələrdə formanın dəyişdiyini, amma məzmun eyni qaldığı təsəvvürün yaradır.

Ad dəyişikliyi ilə universitetin yeni titul qazandığını düşünsək də, əksinə, onun əvvəlki mərhələlərinin elmi və sosial yaddaşı zəifləyir. Məzunların diplomları yeni nəsil tərəfindən birmənalı qarşılanmır, akademik nəşrlərdə ad qarışıqlığı yaranır, beynəlxalq tərəfdaşlıqlarda isə qeyri-sabit imic formalaşır.

Hər dəfə ad dəyişikliyi həm də universitetin brend gücünü sıfırdan yenidən qurmaq deməkdir. Bu isə resurs, zaman və güvən itkisi yaradır.

Beynəlxalq təcrübədə universitet adları yalnız ciddi struktur birləşməsi, beynəlmiləlləşmə və ya akademik tədqiqat istiqamətinin radikal şəkildə dəyişməsi zamanı dəyişdirilir. Üstəlik, bu proses ictimai müzakirələr, akademik şura qərarları və rəsmi razılaşmalarla həyata keçirilir. Dünyada ali təhsil mərkəzlərinin ad dəyişiklikləri simvolik deyil, konseptual dəyişikliyin göstəricisi hesab olunur.

Universitetin adı onun keçmişini, bu gününü və gələcəyini ifadə edən ən güclü simvollardan biridir. Bu adı dəyişmək məsuliyyət tələb edir. Əgər akademik məzmun, idarəetmə modeli və strateji baxış dəyişməyibsə, sadəcə adın dəyişməsi elmi inkişaf yox, formal yanaşma təsiri bağışlayır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:323
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Avqust 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see334

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see328

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see327

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see325

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see322

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see319

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see308

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see259

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see258

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see243

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see234

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see229

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see213

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see209

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see205

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see203

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see203

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see203

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see202

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri