Icma.az
close
up
RU
Müstəqillik Günü milli iradənin dərin qatlarından boy verən azadlıq idealının əbədi təntənəsidir ŞƏRH

Müstəqillik Günü milli iradənin dərin qatlarından boy verən azadlıq idealının əbədi təntənəsidir ŞƏRH

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 29 may, AZƏRTAC

Müstəqillik Günü Azərbaycan xalqının tarixində yalnız bir dövlətin qurulduğu gün deyil, həm də milli iradənin dərin qatlarından boy verən azadlıq idealının əbədi təntənəsi kimi yaşayır. Müstəqillik Günü özündə yalnız keçmişin deyil, gələcəyin də mayasını daşıyan mənəvi dirəniş fəlsəfəsidir. Cəmi 23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyəti, təəssüf ki, süqut etdi. Lakin xalq öz azadlıq, müstəqillik arzusunu heç vaxt unutmadı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib

O qeyd edib ki, 1990-cı illərin əvvəllərində ölkədə hökm sürən siyasi qeyri-müəyyənlik zamanı dirçəliş ilhamı Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi və milli ruhla dolu müdrikliyi ilə mümkün olub. Heydər Əliyevin prezident seçilməsi ilə dövlət idarəçiliyində yeni bir dövr başlayıb. Onun xalqın iradəsi ilə Prezident kürsüsünə oturması təkcə siyasi liderliyin deyil, həm də milli güvənin və ümumi birliyin təcəssümünə çevrilib.

Bu dövr yalnız siyasi sabitliyin deyil, həm də hüquqi, iqtisadi və ideoloji əsasların yenidən qurulmasının mərhələsidir. 1995-ci ildə qəbul olunan ilk Konstitusiya dövlətçiliyin hüquqi təməllərini möhkəmləndirib, Milli Məclisin formalaşması isə xalqın səsinə hüquqi platforma qazandırıb. Dövlət idarəçiliyi müasir prinsiplərə uyğun yenidən qurulub.

“Eyni zamanda, vahid və çevik hərbi komandanlıqla gücləndirilən Silahlı Qüvvələrin təşkili Azərbaycanın müdafiə qüdrətini xeyli artırıb. Artıq Azərbaycan yalnız siyasi sabitliklə deyil, həm də güclü müdafiə və aydın gələcək strategiyası ilə seçilirdi. Ulu Öndərin uzaqgörənliyi nəticəsində Azərbaycan qısa müddətdə uçurumun kənarından dönərək sabitliyin, tərəqqinin və beynəlxalq nüfuzun ünvanına çevrilib. O illərdən etibarən ölkə artıq sadəcə yaşamaq üçün deyil, inkişaf etmək üçün mövcud olan dövlətdir.

2003-cü ildə Prezident seçilən İlham Əliyev isə, müasir Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcını qoyub. O, Ulu Öndərin siyasi kursunu davam etdirməklə yanaşı, bu yolu zamanın sınaqlarından keçirərək çağdaş dünyanın reallıqları ilə uzlaşdırıb. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan XXI əsrə güclü addımlarla daxil olub, dövlətçiliyin təməlləri möhkəmlənib, sabitlik və inkişaf dövrü başlayıb.

Yeni liderin baxışında sabitlik sadəcə sakitlik deyil, quruculuğun və tərəqqinin başlanğıcıdır. Prezident İlham Əliyevin apardığı strateji islahatlar nəticəsində Azərbaycan regionun iqtisadi mərkəzinə çevrilib. Neft və qaz sahəsində həyata keçirilən iri transmilli layihələr – Cənub Qaz Dəhlizi, TANAP və TAP ölkənin dünya enerji xəritəsində əsas oyunçulardan birinə çevrilməsinə zəmin yaradıb. Bu layihələr Azərbaycanın iqtisadi gücünü artırmaqla yanaşı, onun siyasi çəkisini də beynəlxalq aləmdə daha da yüksəldib.

Bununla paralel olaraq, ölkənin tranzit imkanları genişləndirilib, Şimal-Cənub və Şərq-Qərb dəhlizləri vasitəsilə Azərbaycan mühüm nəqliyyat və logistika mərkəzi statusu qazanıb. Bu xəritədə Zəngəzur dəhlizi yalnız bir yol deyil, regional əməkdaşlığın, sabitliyin və qarşılıqlı asılılığın simvoluna çevrilməkdədir. İlham Əliyev təkcə yollar salmayıb, həm də qitələri, iqtisadiyyatları, mədəniyyətləri birləşdirən siyasət qurub”, - deyə Milli Məclisin deputatı bildirib.

A.Allahverənov bir zamanlar xəyallarda yaşayan Zəfər ideyasının, qətiyyətli iradə və güclü dövlət rəhbərliyi ilə reallığa çevrildiyinə diqqət çəkib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, müasir çağırışlara uyğunlaşdırılan strateji uzaqgörənliyin təcəssümüdür. Bu liderlik, sadəcə, bir siyasi kursun davamı deyil, dövlətçilik fəlsəfəsinin zamanın sınaqlarından keçmiş yeni mərhələsidir. İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin ən parlaq zirvəsi isə şübhəsiz ki, tarixə 44 günlük Vətən müharibəsi kimi adını qızıl hərflərlə yazdıran möhtəşəm Zəfərlə bağlıdır. Bu Qələbə sadəcə bir müharibənin nəticəsi deyil, illərlə qurulan güclü dövlətin, möhkəm iqtisadiyyatın və sarsılmaz xalq–dövlət birliyinin parlaq nəticəsidir.

“Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ermənistanın təxribatlarına cavab olaraq başladığı müharibədə öz torpaqlarını azad edib. Qarabağ və Şərqi Zəngəzur üzərində otuz ilə yaxın davam edən işğala son qoyulub, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü tam şəkildə bərpa olunub. Bu Zəfər yalnız silahla qazanılan uğur deyil, həm də xalqın iradəsi, milli ruhun qalibiyyəti və dövlətçilik ideyasının təntənəsidir. Bu, eyni zamanda, Heydər Əliyevin siyasi irsinin və Qarabağla bağlı vəsiyyətinin də yerinə yetirilməsidir.

Zəfərlə yekunlaşan müharibədən sonra, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə yeni bir mərhələyə – quruculuq və yenidən dirçəliş dövrünə qədəm qoyub. İşğaldan azad olunan torpaqlarda genişmiqyaslı bərpa işlərinə start verilib. “Böyük Qayıdış” çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına ləyaqətli və təhlükəsiz şəkildə geri dönüşü təmin olunmağa başlanıb. Azərbaycanın yeni mərhələdə ortaya qoyduğu nümunə, təkcə regional deyil, həm də qlobal səviyyədə güclü, müstəqil və perspektivli dövlət obrazını möhkəmləndirir”, - deyə Azər Allahverənov vurğulayıb.

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə 28 May tarixinin rəsmi olaraq “Müstəqillik Günü” kimi qəbul olunduğunu xatırladan deputat əlavə edib ki, bu qərar yalnız təqvimdəki ad dəyişikliyi deyildi. Milli yaddaşa hörmət, xalqın tarixi kimliyinə verilən dəyər və dövlətçilik ideologiyasına olan bağlılığın ifadəsidir. Bu addım, eyni zamanda, müasir Azərbaycanın ideoloji dayaqlarının möhkəmləndirilməsinə və milli həmrəyliyin gücləndirilməsinə xidmət edir. Müstəqillik Günü təkcə keçmişin anılması deyil, həm də xalqın milli birliyinin, dövlətinə olan sədaqətinin və gələcəyə olan inamının ifadəsi kimi yaşanır. Hər il keçirilən tədbirlər çərçivəsində şəhidlərin əziz xatirəsi dərin hörmətlə yad edilir, dövlətin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəmanlar unudulmur. Xidmətləri ilə seçilən hərbçilər, dövlət qulluqçuları və ictimai xadimlər yüksək dövlət təltiflərinə layiq görülür. Bütün bunlar dövlətin öz vətəndaşına verdiyi yüksək dəyərin təcəssümüdür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 May 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see405

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see387

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see337

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see300

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see300

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see294

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see271

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see258

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see234

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see232

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see224

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see152

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see140

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see138

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see128

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see124

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri