Icma.az
close
up
RU
Müstəqillik: qazandıq və qoruyub əbədi etdik

Müstəqillik: qazandıq və qoruyub əbədi etdik

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Çoxəsrlik dövlətçilik ənənələrinə malik olan ölkəmizdə 28 may 1918-ci ildə bütün türk-müsəlman dünyasının ilk müstəqil demokratik respublikası yaradıldı. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin çoxəsrlik ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi idi. Azərbaycan xalqının müstəqillik əzmini nümayiş etdirən Azərbaycan Xalq Cümhuriyyəti öz varlığı ilə XX əsr dünya siyasi arenasına səs saldı. Ümummilli Liderimiz Heydər Əliyev cümhuriyyət tarixini “İstiqlaliyyətimizin sübhü” adlandırırdı. Artıq bizləri o sübhdən 107 illik bir zaman fasiləsi ayırır. Ötən illərdə o istiqlalın canımıza, qanımıza hopan şirinliyi bizi mübarizəyə səsləyib, xalqımıza yenidən müstəqillik bəxş edib.

“... Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq”, – deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 oktyabr 2021-ci ildə imzaladığı “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mayın 28-i Müstəqillik Günü, 1991-ci ildə ikinci dəfə müstəqilliyimizi qazandığımız gün-oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edildi. Qanunda deyilir: “2021-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir”.

Beləliklə, 1918-ci ildə əldə etdiyimiz müstəqilliyimiz istiqlaliyyətimizin sübhü olaraq ondan sonrakı illərə sübh çağında doğan günəş kimi işıq saçdı. Bu xalqın bir əsrlik salnaməsinin başlanğıcı oldu.

İstiqlal Bəyannaməsi: bir millətin çoxəsrlik müstəqillik mübarizəsinin təsdiqi

1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının Həsən bəy Ağayevin sədrliyi ilə keçirilən tarixi iclasında Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edildi. Bu tarixi sənəd türk-müsəlman dünyasında, ümumiyyətlə, bütün Şərqdə ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun – parlamentli respublikanın yaradılmasından xəbər verirdi. Həmçinin bu Bəyannamə tək bir müstəqil respublikanın yaradılması haqqında sənəd deyil, həmçinin tarixi yüzilliklərə söykənən, bu yüzilliklər ərzində dünyada dövlət quruculuğu tarixinə 40-dan çox dövlət verən bir xalqın mübarizliyinin, azadlıq duyğularının, qədim mədəniyyətinin, humanistliyinin, multikulturallığının təcəssümü idi. Bu Bəyannaməni qəbul edən dövlət özündən əvvəlkilərdən zaman, məkan, şərait, milli və müstəqillik, həm də demokratik baxımdan fərqlənən Azərbaycan Xalq Cümhuriyyəti idi. Bu dövlət mahiyyət etibarilə milli, demokratik bir dövlət olmaqla Şərq aləmində ilk avropatipli, sivil qanunlarla idarə olunan bir dövlət idi. Siyasi quruluşu dövrün tələblərinə cavab verdiyindən təqib və təzyiqlərə baxmayaraq, o, tezliklə aparıcı dünya dövlətləri tərəfindən tanınmışdı.

Müstəqilliyimizin məhvinə uzanan əllər olmasaydı...

Tarixdə həmişə mübariz və qəhrəman xalqlar yaşayırlar. Həmin xalqlar isə tarix yaradır və onun səhifələrinə şərəf salnaməsi yazırlar. Belə qəhrəman xalqlardan biri də Azərbaycan xalqıdır. Azərbaycan Xalq Cümhuriyyəti bu xalqın yaratdığı tarix, onun 23 aylıq gərgin, çətin bir şəraitində fəaliyyəti isə həmin tarixin şərəf səhifələridir. O dövrün çətinlikləri – kənardan uzanan əllər, müdaxilələr, təxribatlar, təzyiqlər olmasaydı, bu il təkcə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından deyil, 1918-ci ildə qazandığımız müstəqilliyimizdən də 107 il ötəcəkdi.

Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti ilə bağlı yaranan çətinlikləri təhlil edən Ümummilli Lider Heydər Əliyev deyirdi: “Azərbaycanın ətrafında və daxilində gedən proseslər bu respublikanın, hökumətin öz normal fəaliyyətini davam etdirməsinə imkan verməmişdir. Rusiyadakı bolşevik hökuməti keçmiş çar Rusiyasının bütün ərazisində bolşevik üsul-idarəsini qurmağa cəhd göstərərək, Azərbaycanda istilaçılıq hərəkətlərinə başlamışdı. Respublikanın daxilində o cəhdləri dəstəkləyən qüvvələr azərbaycanlı olmamışlar. Eyni zamanda, Cümhuriyyətin hökumətində və onun yaratdığı parlamentdə də daxili ziddiyyətlər, çəkişmələr onun süqut etməsinə gətirib çıxarmışdır”.

Tarixçi alimlər qeyd edirlər ki, XX əsrin əvvəllərində, dəqiq desək, cümhuriyyətin qurulmasından başlayaraq onun süqutunadək erməni silahlı birləşmələri Qarabağda, Naxçıvanda, Zəngəzurda dayanmadan Azərbaycan kəndlərini təhdid edirdilər. Qarabağda hər an üsyanlar qaldırırdılar. Yeri gəlmişkən, qeyd edək ki, 1919-cu ilin fevral ayında Qarabağ General-Qubernatorluğu da yaradılmışdı və Xosrov Paşa bəy Sultanov Qarabağ general-qubernatoru təyin olunmuşdu. O, Qarabağda ermənilərin avantürist planlarının qarşısının alınmasında çox mühüm işlər görürdü. Lakin erməni və rus təxribatçılarının nəyin bahasına olursa-olsun, cümhuriyyətin məhv edilməsi haqqındakı planları qarşısında bu müstəqillik davam edə bilmədi və cəmi 23 ay yaşayan türk-müsəlman dünyasının ilk demokratik respublikası düşmən qüvvələrin təsiri ilə 1920-ci ilin 27 aprelində iflasa uğradı. Xalq yenidən 70 il müstəmləkə rejimində yaşamaq məcburiyyətində qaldı. 70 ili də beləcə ötən XX əsr, ümumilikdə, tariximizin ən keşməkeşli səhifələrini təşkil edən bir yüzillik kimi tarixə yazıldı.

1991-ci ildə isə müstəqilliyimiz bərpa olunan respublikamızda Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dalğalanmağa başladı.

1991-ci ildə yenidən əldə etdiyimiz müstəqilliyimiz Ümummilli Lider Heydər Əliyevin sayəsində əbədilik qazandı

Dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü ildən hakimiyyətə qayıdışı ilə müstəqil dövlətimizin təməli möhkəmləndirildi, müstəqilliyimiz əbədilik qazandı. Ulu Öndərin rəhbərliyi ilə hələ 1990-1993-cü illərdə Naxçıvandan başlanan müstəqillik yolu Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrilib, milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı. Ümummilli Liderimiz tərəfindən milli dövlət strukturlarının yaradılması gündəmə gətirildi. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə muxtar respublikanın Dövlət bayrağı kimi qəbul edildi. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın Azərbaycan Respublikasının rəsmi dövlət bayrağı kimi qəbul edilməsi haqqında vəsatət qaldırdı. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq bayrağın Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etdi. Azərbaycanın yeni Dövlət gerbinin hazırlanması və təsdiqi məsələsinə də 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində baxıldı. Üçrəngli milli bayrağın bərpası və qəbulu ilə yanaşı, Dövlət gerbi və Dövlət himninin qəbul edilməsi üçün müsabiqə elan olunması qərara alındı. Bu məsələləri kompleks halda həll etmək üçün Azərbaycan Respublikasının Ali Sovetinə müraciət olundu.

Dahi şəxsiyyətin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “sovet sosialist” sözlərinin çıxarılması və digər tarixi qərarlar da müstəqillik yolunda irəliləyən Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutur.

Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanın dövlət müstəqilliyi, milli azadlığı əbədidir və əbədi olacaqdır!” fikri indi dünya dövlətləri sırasında günbəgün mövqeyini gücləndirən müstəqil Azərbaycanın simasında bir daha öz təsdiqini tapır.

Bu gün də müstəqil Azərbaycanımız etibarlı əllərdədir. Azərbaycan xalqı çox çətinliklə əldə etdiyi bu qiymətli sərvətin daimiliyi üçün, lazım gələrsə, canından belə keçməyə hazırdır.

Müstəqilliyi qorumaq onu əldə etməkdən dəfələrlə çətin imiş

Azərbaycan tarixini, xüsusilə də bu tarixin hər birimizə yaxın olan mücadilə və mübarizələrlə dolu XX əsr səhifələrini vərəqləyərkən gözlərimiz qarşısında müstəqillik yolunda axıdılan qanlar, itirdiklərimiz canlandıqca, düşünürsən ki, müstəqil olmaq heç də asan deyilmiş. Müstəqilliyi əldə etdikdən sonra yaranan vəziyyətlə tanış olduqda, ona uzanan əlləri, gözügötürməyənlərin təxribatlarını görəndə isə belə bir qənaətə gəlmək olur ki, həqiqətən də, müstəqilliyi qorumaq onu qazanmaqdan dəfələrlə çətin imiş.

Hər birimizə məlumdur, 1991-ci ildə əldə etdiyimiz müstəqillikdən sonra ölkəmiz yenə də gərgin ziddiyyətlərlə üz-üzə dayanmışdı. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin məhvi üçün hazırlanmış plan və ssenarilərlə 1991-ci ildəki müstəqilliyin iflası üçün hazırlanmış planlar tamamilə eynilik təşkil edirdi. Belə bir dövrdə müstəqilliyimizi yenidən itirmək təhlükəsi qarşısında qalmışdıq. Zaman sübut etdi ki, Ümummilli Liderimiz Heydər Əliyev o zaman Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlməsəydi, müstəqilliyimizin taleyi eynilə cümhuriyyətimizin taleyinə bənzəyəcəkdi. Məhz Ulu Öndərin uzaqgörənliyi, əzmkarlığı, məsləhətkeşliyi, ideyaları ilə müstəqilliyimiz qorundu, yaşadı, əbədiləşdi.

Artıq müstəqilliyimizin bərpasından 34 il ötür. Ötən bu dövrdə ölkəmizdə 100 ilə bərabər işlər görülüb. 2020-ci ildə əldə etdiyimiz Qarabağ Zəfəri isə bu işlərin nəticəsi oldu. Bəli, biz Qələbə qazandıq. 1990-cı illərin Birinci Vətən müharibəsi nə zamansa İkinci Vətən müharibəsinin olacağına şübhə yeri qoymamışdı. Xalq bir gün öz əzəli torpaqlarını geri alacaqdı. Həmin günün Ulu Öndərin mənəvi varisinin, hər bir azərbaycanlının ümid bəslədiyi liderinin rəhbərliyi ilə reallaşması isə Azərbaycanda müstəqilliyimizin bərpasının ilk illərindən həyata keçirilən siyasətin uğurla davam etdirildiyini təsdiqlədi. 2020-ci il sentyabrın 27-dən başlayıb noyabrın 10-da bitən 44 günlə təsdiqlədi. Tarixə meydan oxuyan, dünyaya kimliyimizi göstərən 44 günlə. Azərbaycanın döyünən ürəyinə-Qarabağına, bir parçasına qovuşduğu, 30 illik bir həsrətin, nisgilin bitdiyi anla təsdiqlədi.

10 noyabr 2020-ci il Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Milli Ordumuzun Azərbaycan tarixində yazdığı yeni salnamə ilə tarixə düşdü. 44 gündə torpaqlarımızın azad olunması ilə bağlı xəbərləri tək Ali Baş Komandandan almağımız bizim bir yumruq olduğumuzun, dövlət başçısının ətrafında sıx birləşdiyimizin sübutu oldu. Ölkəmizdə 43 gün davam edən müharibənin 44-cü günü qələbə bəxş etdi millətimizə. Şiddətli döyüşlər getdi Qarabağ torpaqlarında. Şəhidlər verdik, ürəyimiz parçalandı, qazilərimiz oldu. Lakin bir-birinin ardınca torpaqlarımızı erməni nankorlarından geri aldıq. Füzulimiz, Zəngilanımız, Cəbrayılımız, Qubadlımız, Şuşamız, Ağdamımız, Kəlbəcərimiz, Laçınımız erməni tapdağından xilas edildi, hüriyyətinə qovuşdu. Azərbaycan Milli Ordusu Ali Baş Komandanımızın rəhbərliyi ilə dünyanı heyrətə gətirən döyüş taktikası həyata keçirdi. Böyük Zəfər ərazi bütövlüyümüzün bərpasını reallaşdırdı. Deməli, müstəqilliyi qorumaq, həqiqətən də onu qazanmaqdan qat-qat çətin imiş.

Müstəqilliyimizin yaşı artdıqca, ölkəmizin inkişafı daha da sürətlənəcək. Və gün o gün olacaq ki, müstəqilliyimizin 50, 100 illik yubileylərini qeyd edəcəyik. Həmin dövrlərdə insanlar qürurla müstəqilliyimizdən, 30 ildən sonra ərazi bütövlüyümüzü bərpa etməyimizdən, bu xalqın böyük şəxsiyyətlərindən bəhs edəcəklər. İstiqlaliyyətimizin sübhü olan müstəqillik tariximizin başlanğıcı-28 May hələ neçə-neçə əsrlərə öz işığını salacaq, ölkəmizi inkişafdan, insanların rufahından doğan nura boyayacaqdır. Çünki əbədidir və əbədi olacaq.

Mətanət Məmmədova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 May 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see410

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see309

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see293

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see291

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see250

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see192

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see191

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see181

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see173

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see152

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see145

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see143

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see142

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see142

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see129

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see129

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see128

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see128

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see126

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri