Icma.az
close
up
RU
Müştəri satıcının burnunu sındırdı TƏFƏRRÜAT

Müştəri satıcının burnunu sındırdı TƏFƏRRÜAT

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakının Nəsimi rayonunda mağazalardan birində dava düşüb. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 25 iyul 2024-cü ildə “Mobi Home” telefon satışı mağazasında baş verib. 
İmişli rayon sakini, 1989-cu il təvəllüdlü Allahverən həmin mağazada satıcı işləyən Elşən ilə telefon alış-satışı ilə bağlı aralarında yaranmış sözlü mübahisə zamanı onu söhbətlərini davam etdirmək adı ilə mağazanın qarşısına çıxarıb, orada kənar şəxslərin olmadığı şəraitdə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə sifət nahiyyəsindən qəsdən yumruq zərbəsi vurub. Ona burun sümüyünün yerdəyişmiş sınığı, burun tənəffüsünün pozulması ilə müşayiət olunan xəsarətlər yetirib. 
Hadisəni törədən Allahverənin barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, ona 2000 manat maddi ziyan ödəniləcəyi təqdirdə şikayəti geri götürəcəyini bildirib. 
Bu cinayət işinə Nəsimi Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Allahverən 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası alıb. 
Təqsirləndirilən şəxsin yaşadığı ünvanı axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb. 
Təqsirləndirilən şəxsin üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulub. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilib.
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 May 2025 21:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see695

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see656

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see391

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see245

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see241

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see237

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see220

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see212

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see201

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see197

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see197

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see188

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see188

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see183

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see181

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see180

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see165

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see165

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see165

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri