Icma.az
close
up
RU
Müğənni ilə müştəri arasında dava TƏFƏRRÜAT

Müğənni ilə müştəri arasında dava TƏFƏRRÜAT

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Bakının Sabunçu rayonunda musiqiçi ilə müştəri arasında yaranan mübahisə cinayətlə nəticələnib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin martın 7-də Sabunçu qəsəbəsində yerləşən kafelərdən birində baş verib. 
Şabran rayon sakini, 1999-cu il təvəllüdlü Ülviyyə Qurbanova həmin gün saat 23:00-da kafedə sifariş verdiyi musiqinin qısa ifa edilməsi kimi əsassız səbəbdən əyləşdiyi masaya yaxınlaşaraq irad bildirən müştəri, 1990-cı il təvəllüdlü Natiq Əsgərovun ünvanına nalayiq ifadələr işlədib. O, qəsdən masanın üzərində olan fincanla Natiqin sifət nahiyəsindən bir dəfə vurub. 
Hadisəni törədən Ülviyyənin barəsində istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ülviyyə verilən ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə günündən təxminən 5 ay əvvəl Sabunçu qəsəbəsində yerləşən restoranında  musiqiçi işləyir: “Mənim iş saatım hər gün axşam saat 18-də başlayır və gecə saatlarına qədər davam edir. Məlum hadisə günü musiqiçi kimi fəaliyyət göstərdiyim kafedə olarkən müştəri qismində əyləşmiş şəxslərdən biri yaxınlaşdı, mahnı sifariş etdi. Sifariş etdiyi musiqinin səsləndirilməsinə icazə verilmədiyinə görə mən musiqini ifa etmədim. Həmin şəxs onu tanımadığımı, Sabunçu rayonunda hər kəsin içində sözü keçdiyini, onun sifariş etdiyi mahnının anında oxunmalı olduğumu söylədi. Sonra isə üz nahiyəmə güclü şillə zərbəsi endirdi. Mən zərbənin təsirindən çətinliklə ayağa qalxmaq istədiyim zaman həmin şəxs şüşə bakal ilə baş nahiyəmə zərbə endirdi. Bunun ardınca kənarda olan şəxslər həmin şəxsi məndən uzaqlaşdırdılar. Məni isə yaxınlıqda olan xəstəxanaya apardılar”. 
Təqsirləndirilən şəxs deyib ki, hadisə zamanı orada onu vuraraq xəsarət yetirmiş şəxs, sonuncunun dostları, çalışdığı restoranın müdiri və digər müştərilər olublar. Onun ifadəsinə görə, hadisə təxminən 2-3 dəqiqə davam edib: “Mən həmin an baş verənlər çox ani olduğundan hadisəni tam olaraq xatırlamıram. Özümü müdafiə üçün fincanı ona tərəf atmış ola bilərəm. Amma bütün bunlar Natiqin məni vurduqdan sonra baş verib”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Natiqin sözlərinə görə, təqsirləndirilən Ülviyyəni vurduğu üçün çox peşmandır: “Lalənin heç bir təqsiri yoxdur. Mən özüm içkili olduğum üçün xanımı vurmuşam. İndi də onunla barışmışam, ona qarşı heç bir şikayətim yoxdur. Videoda burnumun qanadığı görünsə də, özüm qaşıyaraq qanatmışam. Bütün təqsir mənim özümdə olub. Buna görə də barəmdə hökm çıxarılıb, hazırda da cəzamı çəkirəm”.
Ülviyyə Qurbanovanın barəsində olan cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsinə tövsif edib. 
Təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasının nəzərə alan hakim onun barəsində olan cinayət təqibinə xitam verib. Ülviyyə Qurbanova cinayət məsuliyyətindən azad edilib. 
Lakın Natiq Əsgərovun barəsində olan cinayət işi ayrıca icraatda araşdırılıb. Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3 (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib. 
Həmin icraat üzrə ifadə verən Natiq Əsgərov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, qardaşı,  qonşuları Elməddin və Elşən, Elnur, dostu Elşənlə birlikdə Sabunçu qəsəbəsində yerləşən kafeyə pivə içmək üçün gediblər: “Bundan əvvəl isə qonşumuz Elşənin evində spirtli içki qəbul etmişdik. Kafedə olan zaman bir masa arxasında əyləşdik və sentezator ifaçısı masaya yaxınlaşdım. 2 manat pul ödəyərək musiqi sifariş verdim. Bundan sonra da qonşumuz Elməddin də 2 manat verdi. Sonra sifariş verdiyim musiqi qısa olduğundan musiqi ifa edən Ülviyyə xanıma sifariş verdiyim musiqinin qısa olduğunu dedik. Ülviyyə mənə “kafedə nə desə, onun dediyi olur” deyərək masadan ayrıldı. Bundan sonra masadan durdum və Ülviyyə xanımın masasına yaxınlaşdım. Ona başımın çatıb-çatmadığı cavabının yersiz olduğunu bildirdim. Bu zaman Ülviyyə məni nalayiq ifadə ilə təhqir etdi. Ətrafda tanımadığım şəxslər olduğundan Ülviyyənin üz nahiyyəsinə şillə ilə vuraraq sakitləşməsini dedim. Ülviyyə isə məni itələyərək üzərimə qəndqabı atdı. Ülviyyənin atmış olduğu qəndqabı burunumun üzərinə dəydi. Ətrafda olan şəxslər və dostları bizi araladılar. Mən də çölə çıxaraq üzümü yudum. Yenidən qayıdaraq pivə bakalını masanın üzərindən götürdüm və Ülviyyəyə tərəf zərbə ilə atdım. Bakal Ülviyyəyə dəydi, Ülviyyə yerə yıxıldı. Bundan sonra isə kafedən çıxdım”.
Bu cinayət işinə də Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Natiq Əsgərov 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 İyul 2025 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see279

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see247

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see246

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see235

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see215

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see214

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see211

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see209

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see205

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see204

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see204

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see200

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see199

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see193

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see174

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see173

Həkimlər müalicə oluna biləcək xəstəni də bıçaq altına salırlar? Əməliyyat sayındakı kəskin artımın SƏBƏBLƏRİ

02 Oktyabr 2026 14:22see169

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see167

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see162

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri