MÜTDA: Yaşayış yerinə uyğun vakansiya seçimi yalnız rayon mərkəzindən kənarda yerləşən məktəblərə aiddir
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Faktiki yaşayış yerinə uyğun yerləşdirmə mexanizmi yalnız həvəsləndirici vakansiyalara – yəni rayon inzibati mərkəzindən 5 km və daha artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrinə aid edilir".
APA xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) şöbə müdiri Nurlan İsmayılbəyli APA-ya müsahibəsində deyib.
"Rayon mərkəzlərindəki vakansiyalar bu kateqoriyaya daxil deyil. İlk seçim hüququ həmin ərazilərdə faktiki yaşayan namizədlərə verilir. Bu yanaşma yerli şəraitə bələd olan müəllimlərin işə başlamasını asanlaşdırır, vakant yerlərdən imtina hallarını azaldır və həmin bölgələrin müəllimlə təminatında mövcud çətinlikləri aradan qaldırmağa imkan verir. Bu istiqamətdə müşahidə olunan göstəricilər kifayət qədər müsbətdir. Belə ki, faktiki yaşayış yerinə uyğun seçim mərhələsində təqdim edilən 3668 müddətsiz vakansiyadan 1519-u namizədlər tərəfindən tutulub. Agentlik bu addımı ümumi təhsil müəssisələrinin kadr təminatının optimallaşdırılması baxımından uğurlu hesab edir”, - Nurlan İsmayılbəyli bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 21 Noyabr 2025 16:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















