Icma.az
close
up
RU
Kontakt Home qadınların peşəkar və şəxsi inkişafına dəstək verir

Kontakt Home qadınların peşəkar və şəxsi inkişafına dəstək verir

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Kontakt Home şirkəti WoWoman Azerbaijan – qadınların inkişaf platforması ilə eksklyüziv əməkdaşlığa başlayıb.WoWoman – qadınların peşəkar və şəxsi inkişafı üçün yaradılmış platformadır. 4 ildən artıqdır ki fəaliyyət göstərən cəmiyyət “Facebook”a görə dünyanın “TOP 100 cəmiyyəti” arasına düşüb, cəmiyyətin təsisçisi Zara Hüseynova isə Forbes jurnalının Avropada “30 under 30” siyahısına salınıb. Fəaliyyətdə olduğu dövr ərzində 8000 nəfərdən çox qadın “WoWoman Azerbaijan”ın biznes, sahibkarlıq, proqramçılıq, “XXI əsr bacarıqları”, fərdi inkişaf və s. mövzularda təşkil etdiyi təlimlərdən faydalanıb.Məktəblər, universitetlər və cəmiyyət sürətlə dəyişən müasir dünyayla ayaqlaşmaq üçün lazım olan həm peşəkar, həm də fərdi bacarıqları, əlaqələri tam olaraq verə bilmir. Biz müxtəlif metodlarla xanımlarımızı ilhamlandırmaq, birləşdirmək və maarifləndirməyə çalışırıq. Qadınların tələbatlarına uyğun, yüksək səviyyəli layihələrin həyata keçirilməsi üçün isə biznes dəstəyi olduqca önəmlidir. Kontakt Home-un Cəmiyyətimiz üçün etdiklərini olduqca təqdirə layiqdir. Bu əməkdaşlıqdan qürur duyuruq” – Zara Hüseynova deyir.“Biz WoWoman-ın uğurlarını və qadınların inkişafı üçün verdiyi töhfələri hər zaman yüksək qiymətləndirmişik. Ümumiyyətlə, qadınların cəmiyyətdəki rolunu irəli çəkmək, onların fərdi və peşəkar məqsədlərinə çatmaqlarına dəstək olmaq şirkətimizin Korporativ Sosial Məsuliyyət siyasətinin ayrılmaz parçasıdır. WoWoman kimi cəmiyyətlərə biznes dəstəyi vermək həmin təşkilatların cəmiyyət üçün verdiyi töhfələri daha da artıra bilər. Məhz bu səbəbdən Kontakt Home WoWoman-la əməkdaşlıq etmək qərarına gəlib. Ümid edirik ki, əməkdaşlığımız öz bəhrəsini verəcək və həyatları müsbət yöndə dəyişəcək qadınların sayı dəfələrlə artacaq” – deyə Kontakt Home şirkətinin İctimaiyyətlə Əlaqələr üzrə meneceri Vəfa Rüstəmova bildirib.Qeyd edək ki, Azərbaycanın ən tanınmış yerli brendlərindən olan Kontakt Home ilk fəaliyyətinə 2005-cil ildə başlayıb. Hazırda şirkətin Bakı, Xırdalan, Sumqayıt və Gəncə şəhəri daxil olmaqla, ümumilikdə 24 mağazası fəaliyyət göstərir.Kontakt Home mağazalar şəbəkəsində müxtəlif rəqəmsal texnikanın: mobil və dekt telefonlar, televizorlar, planşetlər, kompüter və ofis texnikası, fotoaparatlar, videokameralar, audio və video texnikalar, kiçik və böyük məişət texnikasının, eləcə də mebel və ev tekstilinin geniş çeşidi təqdim olunur.Hal-hazırda Kontakt Home Samsung, HOFFMANN, LG, Gorenje, Philips, HTC, Sony, Braun, Hansa, Kenwood, Redmond, Russell Hobbs, THOMAS, GIGASET, Remington, Toyota, Delonghi, Sonorous, Wexler, Meizu, Trust, ELARI, Medisana, GGMM, Odoyo, həmçinin GALA, Adona, Calitelli, Asoda, Interdesign, Dstill, Bysehpa, Togostyle, Bellissa, SarEv kimi brendlərin rəsmi distribüteridir.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://baku.ws
archiveBu xəbər 06 Yanvar 2026 07:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see426

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see208

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see200

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see166

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see162

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see161

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see155

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see153

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see153

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see147

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see147

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see144

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see144

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see143

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see139

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see132

Maduronun xanımı özünün tam günahsız olduğunu bildirib

05 Yanvar 2026 22:29see128

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri