Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Səhiyyə Nazirliyində yeni təyinat

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Mütəmadi qəlyandan istifadə edənlərin DİQQƏTİNƏ!!!

Mütəmadi qəlyandan istifadə edənlərin DİQQƏTİNƏ!!!

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tanınmış qəlyan mütəxəssisi Murad Tağıyevin SİA-ya verdiyi müsahibəsini təqdim edirik:

- Bilirsiniz ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bütün tədbirlərinə baxmayaraq tütün və tütün məmulatlarından istifadə edənlərin sayı ildən-ilə artır. Amma son günlərin dəbi isə qəlyan çəkənlərin üstünlük təşkil etməsidir. Necə düşünürsünüz, qəlyan bugünümüzə necə gəlib çıxıb? İstərdik bir qədər bunun tarixinə nəzər salaq.

- Qəlyanın tam yaranma yerini bir çoxları ərəb ölkələri bilir. Amma qəlyan Hindistanda yaranmışdır. Yaranma səbəbi isə bəzi xəstələrdə xəstənin ağrısını uyuşdursun deyə, yəni, o vaxtlar kokosun, hind cevizinin içərisinə tünbəkini salırdılar və fayda olmadığı üçün kömürü üstünə qoyub trubka ilə çəkirdilər. Həmin an ağrısı olan adam nikotini yüksək dozada bədəninə aldığı üçün o dozadan həmin ağrısı uyuşurdu. Bu məqsədlə yaranmışdı.

Daha sonra bugünümüzə gəlib çıxana kimi biraz daha formalaşdı və tütün də həmçinin aroma, aromaterapiya olaraq yəni, müasir formaya düşdü. Bu günümüzdə olan qəlyanlarda isə əvvəlkilərə nisbətən nikotin faizi azdır. Yəni 100 qram tütündən 0.05 faiz nikotin var, 100-də 70 faizi isə qliserindən ibarətdir. Bir saxsıya çəkimlik qəlyan 27-30 qram gedir. O demək deyil ki, bir paket siqaret qədər zərərlidir və həmçinin onu da demək istəyirəm ki, mən özüm də şəxsən bunu test vermişəm. Siqaretlə qəlyanı qoşmuşam elektrikli süpürgə ilə yoxlamışam. Onun şaxtasında, seliyində kirəci görüm deyə. Yəni qəlyanla siqaretdə fərq var. Çox adam qarışdırır. Deyir ki, qəlyan bir paçka siqaret qədər zərərlidir. Amma tövsiyyə edirəm ki, keyfiyyətsiz, aksiz markasız tütünlərdə bunlara diqqət yetirsinlər.

- Murad bəy, siz məşhur məkanlarda işləyirsiniz, mütəmadi qəlyan hazırlayırsınız. Ümumiyyətlə, gün ərzində neçə ədəd qəlyan hazırlayırsınız və özünüzü necə qoruyursunuz? Bu barədə istəyərdik insanlarımız da maariflənsinlər. Bəziləri iddia edir ki, biz ağartı məhsullarından istifadə edirik, süd içirik, qatıq yeyirik. Bəs, siz?

- Biz müştəridən çox özümüz istifadə edirik. Gün ərzində 60-70 qəlyan və yaxud da çox olur. Yəni 100 civarı da olur. Bu qəlyanı biz hazırlayıb veririk. Bunun xodlama prosesi də var. Qorunmaq üçün ilk növbədə zəncəfildir və bu təbii antibiotik sayılır. Zəncəfilli-darçınlı çaydan istifadə edirik. Həmçinin, ağartı məhsulu içsək də qaraciyərə toksin yığılma ehtimalı kimi düşünülür. O baxımdan mütəmadi özümüz bəhməzdən istifadə edirik. Lakin onu da bildirim ki, keyfiyyətli məhsuldan istifadə edilən halda belə olmur. Əvvəl qəlyan falqada çəkilirdi. Bəzi insanlarda baş ağrısı, mədə bulantısı olurdu. Bunu almanlar icad etdi və beləcə tütünlə kömürün arasında falqa ləğv olundu. Təmas olmayanda da baş ağrı olmur.

- Tutaq ki, sadə bir vətəndaş hansısa bir məkanda əyləşib çay içir qəlyan sifariş edir. Necə bilməlidir ki, bu zəif tütündən hazırlanıb və yaxud qeyd etdiyiniz kimi yağ keyfiyyətsiz yağdır. Yəni necə müəyyən etmək olar?

- Məsələn, bizdə sulu qəlyandır. Biz müştərilərə təklif edirik ki, bizdə bir dəfəlik trubkalardır, şlanqlardır. Əgər müştəri istəyirsə ondan veririk və gün ərzində onsuz da gələn aparatlar yuyulur. Qəlyan yumaq üçün təmizləyici vasitələr var və həmçinin onu limon duzu, çay sodasından da istifadə olunur ki, steril olsun. Bütün bunlara baxmayaraq yenə də bir dəfəlik şlanqdan istifadə daha məsləhətlidir. Biz özümüz də tövsiyə edirik. Əgər qəlyan keyfiyyətsizdirsə bu müştəriyə baş ağrı verə bilər, ürəkbulanma ola bilər və yaxud da halsızlıq yarada bilər. Amma sırf qəlyan çəkdim deyə başım ağrıdı deyə bir şey yoxdur.

Məsələn, bir qapalı otaqda 2-3 saat otursam mən çölə çıxanda istər-istəməz özümü gümrah hiss edəcəm. Çünki beyinə oksigen axını zəif gedirdi deyə küçəyə çıxanda daha çox oksigen qəbul etdim və ona görə də özümü gümrah hiss etdim. Oturduğunuz məkanın havalandırması da qaydasında olmalıdır. Bunlar vacib amildir. Qəlyan istifadə edərkən maye içməyi tövsiyə edirəm. Yaponiyada qəlyanın belə bir mədəniyyəti var ki, çayla bərabər qəlyan təklif edilir, hətta qonaq qəbul etməsəydi bu böyük hörmətsizlik sayılırdı.

- Amma qiymətlər də rekord səviyyədədir, hətta mən istəyərdim ki, saxsı qabda və meyvələrdən hazırlanan qəlyana toxunaq. Onun üstünlüyü nədən ibarətdir? Bəzən bahalı, hətta 500 manata yaxın qəlyanlar olur. Bunun üstünlüyü nədir? Tütün məhsuludursa, bunun önəmi nədən ibarətdir? Saxsı qabda da çəkəndə tüstü çıxır, bu birisində də tüstü çıxır.

- Bu qısaca pul tələsi kimi bir şeydir. Biz şəxsən özümüz klassik düzəldirik qreypfrutda və saxsıda. Yəni başqa bir fantaziya etmirik. Çünki klassikadır, klassikanın da ənənələrini korlamırıq. Bu abartılı şeylər düzəltmək hamısı göstəriş üçündür. Başqa böyük bir fərqi yoxdur. Eyni şəkildə həm də işlədiyimiz yerdə biz müştəridən çox özümüz qəlyan çəkirik deyə şlanqların dəyişimini də müəyyən vaxtdan sonra dəyişirik. Həmçinin, sağlamlıq kağızı almaq üçün analiz veririk, həm də işdə tələb edirlər. Mənim valideynim də həkimdir deyə tibbdən yetəri qədər anlayışım var. Mütəmadi olaraq 3 aydan bir, maksimum 6 aydan bir analiz verib nəticələrə baxırıq. Əgər yüngül bir şey varsa, vaxtında üstünə düşürük. Elə bir problem hələ olmayıb.

Bir mif də var ki, qəlyan çəkəndə ağciyər disfunksiyası da olur. Bu el arasında yayılıb ki, ağciyərə su yığıldı. Mən 7 ildən çoxdur bu sahədə işləyirəm, heç bir problem də olmayıb və 30 ilə yaxındır ki bunu çəkən adam da tanıyıram ki, Azərbaycana ilk gətirən adamlardan biridir. Qəlyanı 2 saatdan çox çəkmək məsləhət deyil.

Avropalı bir müştəri ilə işləmişəm. Biz həmişə mərkəzi yerlərdə işləmişik. Yəni adam gəlir maksimum 40 dəqiqə çəkir deyir ki, bitdi. Bizim millətin isə çoxu deyir ki, tüstü çıxsın, buğ çıxsın. Nə etmək istəyirsən? Qəlyanı çəkirsən zövq almaq üçün, söhbət etmək üçün yəni başqa bir şey gözləmək olmaz.

- Bəzi restoranlar qeyd edirlər ki, bizdə xanımlara qəlyan pulsuzdur. Bu bir növ hiylədir, yoxsa burada hər hansı bir maraq dayanır? Hətta bəzi restoranlar qeyd edir ki, bizdə içkilər də xanımlara pulsuzdur.

- Bu marketinq kimi gedir. Bizim işimiz sırf qəlyandır. Amma bunu quran menecerdir. Bu nə qədər pulsuz olsa da qəlyançı ilə restoran arasında anlaşmamız qaydasındadır. Biz ona görə keyfiyyəti salmırıq. Pulsuzdur, deyə gedim keyfiyyətsiz bir şey gətirim xanıma verim çəksin? Biz müştərini də seçmirik. Hər bir müştəriyə eyni səviyyədə qulluq edirik.

Ayşən Vəli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:379
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Noyabr 2024 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see488

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see459

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see333

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see267

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see250

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see247

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see241

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see233

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see229

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see228

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see221

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see214

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see212

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see209

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see206

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see197

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see189

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see180

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see180

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri