Icma.az
close
up
RU
Bu dərmanlardan istifadə edənlərin DİQQƏTİNƏ

Bu dərmanlardan istifadə edənlərin DİQQƏTİNƏ

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bəzi antibiotiklər, sidikqovucular, ağrıkəsicilər, mikrob əleyhinə preparatlar və aritmiya əleyhinə dərmanlar qəbul edildikdə ultrabənövşəyi şüaların dəriyə zərər vermə riski və bədxassəli şişlərin inkişafı artır.

Bu barədə onkologiya üzrə tibb direktoru Tatyana Derqaçeva məlumat verib.

Ekspertin sözlərinə görə, bu yan təsir fotosensibilizasiya adlanır. O, günəş yanığı, piqment ləkələri və uzunmüddətli perspektivdə dəri xərçəngi riskini artırır.

“Xüsusilə tetrasiklin və flüorxinolon qrupuna aid antibiotiklər, bəzi diuretiklər (sidikqovucular), qeyri-steroid iltihabəleyhinə dərmanlar, sulfanilamidlər və antiaritmik preparatlar fotosensibilizasiyanı gücləndirir. Bu dərmanların qəbul olunduğu dövrdə günəş altında qalmaqdan çəkinmək lazımdır”, – deyə ekspert bildirib.

Derqaçeva əlavə edib ki, orqan köçürülmüş xəstələr də günəşdən qorunmaya xüsusi diqqət göstərməlidirlər. Bu xəstələrə bütün ömür boyu immuniteti zəiflədən dərmanlar (immunsupressorlar) təyin olunur ki, bu da orqanların orqanizm tərəfindən rədd edilməsinin qarşısını alır, amma eyni zamanda dərinin ultrabənövşəyi şüalara qarşı həssaslığını artırır.

“Onlarda düz hüceyrəli dəri xərçəngi riski ümumi əhali ilə müqayisədə 65–100 dəfə, melanoma riski isə 8 dəfə yüksəkdir”, – deyə o vurğulayıb.

Ekspert bildirib ki, hətta çox effektiv dərmanlar qəbul edildikdə belə, günəşdə olarkən ehtiyat tədbirlərinə əməl olunmalıdır. Həkimlə birlikdə seçilən qoruyucu tədbirlər vacibdir. Günəşdən qoruyucu krem istifadəsi, uzunqollu geyimlər geyinmək və günün pik saatlarında (adətən 11:00–16:00) günəş altında olmamaq universal sağlamlıq tövsiyələridir. \\News24.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:219
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 23 May 2025 01:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see714

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see350

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see349

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see318

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see306

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see302

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see283

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see281

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see269

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see259

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see236

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see236

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see224

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see223

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see219

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see217

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see202

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri