Icma.az
close
up
RU
Mütəxəssis: Bel yırtıqlarının əksəri fizioterapiya ilə sağalır, əməliyyata tələsmək lazım deyil

Mütəxəssis: Bel yırtıqlarının əksəri fizioterapiya ilə sağalır, əməliyyata tələsmək lazım deyil

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

"Bel yırtıqlarının 90 faizi normal halda konservativ müalicə edilir. Azərbaycanda belə bir dəb var. Adətən, deyirlər ki, "mənimi bel yırtığım neçə millimetrdir".

Əslində bu, millimetrlə ölçülən bir şey deyil. Hər hansı sinir kökcüklərinə basqı yoxdursa, həmin yırtığın neçə millimetr olmasının önəmi yoxdur".

E-tibb.az bildirir ki, bunu Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Travmatologiya və ortopediya şöbəsinin müdiri, uzman həkim Cəfər Nəsirli deyib.

C. Nəsirli bildirib ki, bel yırtığı müəyyən fizioterapevtik hərəkətlərlə tamamilə sağalan bir xəstəlikdir. Bunun üçün cərrahi əməliyyata tələsməmək lazımdır: "Sadəcə, bir az səbrli olmaq, müəyyən fizioterapevtik üsullardan istifadə edərək, bunun qarşısını almaq olur.

Bel yırtığının ən böyük səbəblərindən biri çəkinin çox olmasıdır. Digər tərəfdən, bəzən insanlar normal səviyyədən çox yük qaldırırlar. Ya da bəzi insanlar 50 yaşına çatır, ağlına gəlir ki, gedib idmanla məşğul olsun. Əlbəttə, idmanla məşğul olmaq yaxşıdır, amma 50 yaşında gedib ağırlıq qaldırmaq olmaz. 50 yaşında insan yürüş edə, üzməyə gedə, tennis oynaya bilər. Yəni yüngül idman növləri ilə məşğul olmaqla bədəninin sağlamlığını qoruya bilər. Düşüncəsiz şəkildə idmanla məşğul olmaq insana ancaq zərər verə bilər".  

Mütəxəssis vurğulayıb ki, bel yırtığı probleminin aradan qaldırılmasında üzgüçülüklə məşğul olmağın yetərincə əhəmiyyəti var: "Üzmək bel əzələlərinin güclənməsində böyük rol oynayır. Digər tərəfdən, üzgüçülük təbii su masajı kimi bir şeydir. Üzgüçülüyün insana böyük faydası var və burada zədələnmə riski də çox aşağıdır".

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 18 Noyabr 2024 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp: Putinə səbrim çox tez tükənir

13 Sentyabr 2025 00:33see207

Bu ölkələr İsrailə görə Avroviziyadan imtina edəcək

12 Sentyabr 2025 18:39see181

Bakı metrosunda sərnişinləri sevindirəcək YENİLİK: Sentyabrın 15 dən...

12 Sentyabr 2025 10:54see158

İntihar etdiyi deyilən türk aktrisadan xəbər var

12 Sentyabr 2025 13:37see151

Ukraynalılar Bakı Bulvarında Rusiyaya etiraz etdi Bizə qardaş deyirlər, sizə dost deyirlər

12 Sentyabr 2025 22:54see139

İpoteka ilə alınan evlərin satılmasına icazə verilir? Əgər bu şərtlər varsa… KONKRET

12 Sentyabr 2025 19:03see137

Amerikada qızılcaya yoluxan uşaq ölüb

12 Sentyabr 2025 15:13see137

Tailandda quduzluq epidemiyası yayılır

13 Sentyabr 2025 01:25see135

Liqa 1: Marsel darmadağına sevindi

13 Sentyabr 2025 01:51see133

Yaşmada sex yandı

13 Sentyabr 2025 10:49see133

Paketadan ayrılıq qərarı

12 Sentyabr 2025 14:29see129

Uşaqda məktəbdən sonra baş ağrısının 5 SƏBƏBİ

12 Sentyabr 2025 16:09see127

Kanelo Dana Uayt haqqında danışan spikerin sözünü kəsib

13 Sentyabr 2025 00:18see126

Model 100 min dollara ər axtarır

12 Sentyabr 2025 18:57see123

Yaponiya bu ölkələrə “F 15” döyüş təyyarələri göndərəcək

12 Sentyabr 2025 16:19see122

Araz Naxçıvan Kəpəz ə qalib gəldi

12 Sentyabr 2025 19:42see122

Elbrusda kanat yolu qırıldı, ölənlər var

13 Sentyabr 2025 00:27see122

“Millət vəkili” anlayışı kimi “ekspert” sözü də cəmiyyətdə formalaşır Fazil Mustafa

12 Sentyabr 2025 19:38see121

KİV: Mossad Qətərdə HƏMAS rəhbərlərinə qarşı yerüstü əməliyyatdan imtina edib

14 Sentyabr 2025 01:26see120

Gizli tarix üzə çıxdı: Girişi torpaqla örtülübmüş

14 Sentyabr 2025 02:07see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri