Icma.az
close
up
RU
Mütəxəssis: Miqren dünyada əzabverici və əlilliyə gətirib çıxaran baş ağrıları növlərinə aiddir

Mütəxəssis: Miqren dünyada əzabverici və əlilliyə gətirib çıxaran baş ağrıları növlərinə aiddir

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 19 aprel, AZƏRTAC

Aktual problem olan miqren və baş ağrıları dünyada ən çox yayılmış xəstəliklər siyahısındadır. Miqren digər baş ağrılarından çox fərqlənir. İlkin fərq ağrının birtərəfli olmasıdır. Yəni əksər hallarda ya sağ, ya da sol tərəfdə ağrı müşahidə edilir.

Bunu AZƏRTAC-a müsahibəsində "Azərbaycan Miqren Mütəxəssisləri" İctimai Birliyinin təsisçilərindən biri, Azərbaycanın ilk miqren və baş ağrıları mütəxəssisi Sərxan Əmirquliyev deyib.

Mütəxəssisin sözlərinə görə miqren 75 faiz hallarda ürək döyüntüsü kimi döyünmə verir: "Xəstələr alın ya gicgah nahiyəsində döyüntülərdən şikayətlənirlər. Ağrı artan templə başlayaraq dözülməz hala gəlir. O həddə çatanda insanlar artıq heç bir iş görə bilmir, əmək fəaliyyətlərini itirirlər. Ağrı o qədər güclü olur ki, insan konsentrasiyasını itirir, özünü idarə edə bilmir. Sakit mühit axtarır, işığa, səsə həssaslığı yaranır. Eyni zamanda, ürəkbulanma, qusma da qeydə alınır. Bəzən ağrı o qədər güclü olur ki, xəstə ağrıkəsicilərlə onun qarşısını ala bilmir və yataqda qalmaq istəyir. Səs-küylü məkandan, insanlardan qaçır, tənhalığa meyil edir. Həmin ağrılar 4 saatdan 72 saata qədər davam edə bilir. Uzun müddət davam edən güclü ağrılara görə miqren dünyada əzabverici və əlilliyə gətirib çıxaran baş ağrıları növlərinə aiddir. Miqrendən başqa digər baş ağrıları belə bir əlilliyə gətirib çıxarmadığı üçün bu gün dünyada miqren cəmiyyətləri fəaliyyət göstərir. Hətta xəstələr üçün miqren klubları da mövcuddur. Orada miqren xəstələrinə tövsiyələr verilir. İrəlidə cəmiyyət olaraq çalışacağıq bu məsələyə də təkan verək və pasiyentlər üçün klub yaradaq. Həmin klubda miqren xəstələri ilə görüşüb onlara tövsiyələrimizi verək, maarifləndirici tədbirlər keçirək".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Aprel 2025 04:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see272

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see208

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see192

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see182

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see150

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see149

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see148

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see144

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see139

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri