Icma.az
close
up
RU
Mütəxəssis rəylərinə istinadən oğlumun Nəzrin Mansurlunun ölümündə təqsirli olmadığını asanlıqla isbat etmək olar Sənan Mehdiyevin anası

Mütəxəssis rəylərinə istinadən oğlumun Nəzrin Mansurlunun ölümündə təqsirli olmadığını asanlıqla isbat etmək olar Sənan Mehdiyevin anası

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hamıya məlum olduğu kimi 03.01.2025-ci il tarixdə üzərində rinoseptoplastika əməliyyatı aparılmış Nəzrin Mansurlunun vəziyyətinin ağırlaşması, bir neçə gün sonra vəfat etməsi, ardınca isə Nəzrin Mansurlunun ölümündə həmin əməliyyatı etmiş cərrah Sənan Mehdiyevin təqsirli bilinərək həbs edilməsi ictimaiyyətdə böyük rezonans yaratdı, fikirlər qütbləşdi və bu cəmiyyətdə cavablardan çox yeni suallar doğurdu.

Əməliyyatı aparmış həkim-otorinolarinqoloq Sənan Mehdiyev istintaq başlayandan özünü təqsirkar bilməsə də, təqsirini təsdiqləyən heç bir sübutun olmadığını bildirsə də, onun barəsində həbs qəti-imkan tədbiri seçilmişdir.

Bu gün həkim-otorinolarinqoloq Sənan Mehdiyevin anası, uzunillik müəllimlik təcrübəsinə malik Nəzmirə Mehdiyeva redaksiyamızın qonağıdır.

Onunla müsahibəni diqqətinizə çatdırırıq.


- Nəzmirə xanım, sizinlə redaksiyamızda görüşməyə şadam.

- Xoş gördük. Sizi və oxucularımızı salamlayıram. 


- Mərhum Nəzrin Mansurlunun ölümü hamını sarsıtdı, cərrah Sənan Mehdiyevin həbs edilməsi isə cəmiyyətdə birmənalı qarşılanmadı. Məlumat aldıq ki, Sənan Mehdiyevin hüquqlarını artıq bir neçə vəkil müdafiə edir. Məsələ ilə bağlı fikrinizi bilmək istərdik. Hazırda işin istintaqı hansı mərhələdədir?

- İlk növbədə cavan gəlin, körpə anası Nəzrin Mansurlunun ölümü hamı ilə bərabər bir ana kimi məni də, Sənanın özünü və ailəsini də çox sarsıtdı. Onun əzizlərinin, yaxınlarının hansı istirabları keçirdiyini hiss etmək çox çətindir. Nəzrin Mansurlunun vəfatı onun yaxınları üçün əvəzssiz itkidir. Ona Allahdan qəni-qəni rəhmət, yaxınlarına səbr diləyirik. Həmçinin Sənan Mehdiyevə qarşı biganə qalmayan hər bir kəsə ana kimi öz dərin minnətdarlığımı bildrirəm. O da hazırda bir həkim kimi, insan kimi baş verənlərdən çox təsirlənmişdir. Sualınızın cavabında isə deyə bilərəm ki, doğrudur, həqiqətən Sənan Mehdiyevin müdafiəsini gücləndirmək məqsədi ilə bu sahədə ixtisaslaşmış peşəkar vəkillər Hikmət Babayevi və Aydın Abdullayevi işə cəlb etmişik. Bildiyiniz kimi vəkilin vəzifəsi və məqsədi müvəkkili olduğu şəxsi müdafiə etməkdir. İttiham tərəfinin vəzifəsi isə cinayəti törətməkdə təqsirkar şəxsin müəyyən edilərək məsuliyyətə cəlb edilməsini təmin etməkdir. Dövlətin və ictimaiyyətin məqsədi isə ədalətin bərqərar olmasıdır. Məhz bu səbəbdən də hesab edirəm ki, işin obyektiv gedişatı hər üç tərəfin məqsədinin ümumilik təşkil etdiyini göstərəcəkdir. Onu da qeyd edim ki, Sənanın müdafiəçilərinin verdiyi məlumata əsasən istintaq hələ ilkin mərhələdədir, Sənan Mehdiyev Nəsimi Rayon Məhkəməsinin müvafiq qərarı ilə həbs edilib, hazırda ibtidai istintaq tərəfindən isə məhkəmə tibbi komission ekspertiza təyin edilmişdir. Ümid edirəm ki, onun nəticələri çox məsələyə aydınlıq gətirəcəkdir. 


- Axı bir dəfə ekspertiza olmuşdur, demək istəyirsiniz ki, əvvəlki ekspertiza rəyi doğru deyil?

- Dəqiqləşdirim. Birincisi qeyd etdiyiniz məhkəmə tibbi ekspertiza rəyi meyitin müayinəsi rəyidir. Onun həqiqəti əks etdirib-etdirmədiyi növbəti tədqiqatlarla müəyyən ediləcək. Lakin onu qeyd edə bilərəm ki, həmin rəydə ekspertin gəldiyi nəticə elmi-metodiki göstəricilərə əsaslanmadan, zəruri tədqiqatlar tam və dolğun aparılmadan, eləcə də zəruri sahə ekspertlərinin rəyləri nəzərə alınmadan bir qədər tələsik qəbul edilmiş sənəddir. Sənanın vəkillərinin verdiyi məlumata əsasən həmin rəy onunla bir gündə və rəydən əvvəl tərtib edilmiş meyitin baxış protokolu ilə ziddiyyət təşkil edir. Nə üçünsə istintaq Məhkəmə Tibbi Ekspertiza Patoloji Anatomiya Birliyinin ekspertlərinin belə kobud səhvinə əhəmiyyət verməmişdir. Hətta vəkillər qeyd edirlər ki, işdə belə ziddiyyətlər olduğu təqdirdə o, təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir.

- Bir dəqiqə, cavabınız mənə tam aydın olmadı. Düşünürəm ki, bu fikir oxucularda da sual yaradacaq. İzah edə bilərsinizmi ziddiyyətlər nədən ibarətdir?

- Bildiyin və anladığım qədərini izah edə bilərəm ki, meyitin baxış protokolunda alın və xəlbir sümüklərində hər hansı çat və ya sınıq və ümumiyyətlə, xəsarət olmadığı təqdirdə baxışı və ekspertizanı həyata keçirən ekspert Ceyhun Allahverdiyev baxışda görmədiyini rəydə aşkarlayaraq mərhumun burun, xəlbir və alın  sümüklərinin ön kəllə çuxuru ilə əlaqəli sınığını müəyyən edib. Bu ziddiyyət çox təəccüblüdür. Eyni zamanda o da maraqlıdır ki, həmin rəydə mərhumun vəfat etdiyi klinikada ölümündən əvvəl başında edilmiş Kompüter Tomoqrafiyanın nəticələrində heç bir çat və ya sınıq aşkarlanmadığı halda 70-dən artıq yaşı olan, eynəyin köməyi ilə vizual tədqiqat aparan ekspert Ceyhun Allahverdiyev necə olubsa tədqiqat nəticəsində Kompüter Tomoqrafiyanın görə bilmədiyini aşkarlayıb. Ümumiyyətlə, yeri gəlmişkən qeyd edim ki, bildiyim qədər əmək qanunvericiliyinə əsasən dövlət müəssisələrində 65 yaşı tamam olmuş şəxslər vəzifə tuta bilməz. Lakin C.Allahverdiyev hələ də ekspert olmaqla yanaşı el arasında "təknəfərlik” şöbənin müdiri kimi də fəaliyyət göstərir. Məncə elə bu faktlar qeyd edilən rəyin sübutlardan çıxarılmasına tam əsas verir. Həmçinin ekspert rəyində ölümün səbəbini meninqoensefolit göstərsə də bununla bağlı heç bir tədqiqat aparmır, yalnız mərhumun vəfat etdiyi klinikanın tərtib etdiyi xəstəlik tarixinə istinad edir. Deməli, ekspert özü-özlüyündə müəyyən qənaətə gəlmiş, doğru desək, nəticəyə özünü inandırmış və bunu rəydə əks etdirmək üçün ona lazım olan sənədlərə istinad etmiş, lazım olmayanlara göz yummuş və bununla da rəydə ciddi ziddiyyətlər yaratmışdır. Unutmamış onu da qeyd edim ki, sözügedən rəyin tədqiqatı cəmi 40 dəqiqə davam etmişdir. Bu isə mütəxəssis həkimlərin, o cümlədən neyrocərrahların verdiyi məlumatlara əsasən heç kəllə sümüyünün patoloji anatomik yarılması üçün kifayət etmir, nəinki, kəllə beyin və meyitin tam xarici və daxili müayinəsinin keçirilməsinə belə.

- İctimaiyəti çox maraqlandıran bir sual vermək istəyərdim. Həkim otorinolarinqoloq Sənan Mehdiyev mərhum Nəzrin Mansurlunun ölümündə həqiqətən günahkardırmı?

- Sənanın müdafiəçiləri tərəfindən qısa zaman ərzində aparılan araşdırmalar oğlumun təqsirsizliyini isbat edir və onun bu istiqamətdə hüquqlarını müdafiə etmək üçün kifayət qədər əsaslar verir. Lakin istintaq orqanının hazırki mərhələdə gəldiyi nəticə tamamilə fərqlidir və ümidvaram ki, Sənanın müdafiəçilərinin köməyi ilə istintaq gedişatında həqiqət müəyyən ediləcəkdir.



- Əgər həkim Sənan Mehdiyev mərhum Nəzrin Mansurlunun ölümündə təqsirli deyilsə, əməliyyatın nəticəsi ölümə səbəb deyildirsə, onda ölümün səbəbi nədir və onun ölümündə təqsirkar kimdir? 

- Suallarınızla istintaq prosesini qabaqlamağa çalışırsınız, düşünürəm bir qədər tələsirsiniz. Bir daha qeyd edim ki, Sənan Mehdiyevin Nəzrin Mansurlunun ölümündə günahkar olmadığına əminəm. Lakin bu ölümdə kimin təqsirli olmasını istintaq müəyyən edəcək. Müdafiəçilərin vəzifəsi isə sadəcə olaraq Sənan Mehdiyevin təqsirsizliyini isbatlamaqdan ibarətdir. Təqsirkarı axtarmaq isə ümumiyyətlə, bizim səlahiyyətlərimiz daxilində deyil.

- Artıq bir neçə sualıma cavab olaraq Sənan Mehdiyevin mərhum Nəzrin Mansurlunun ölümündə təqsirli olmadığını qeyd edirsiniz. Yəqin ki, bunu deməyə sizdə mötəbər əsaslar var. Bu barədə ictimaiyətlə fikirlərinizi bölüşə bilərsiniz?

- Bir az əvvəl qeyd etdiyim kimi müdafiə tərəfinin də Sənan Mehdiyevin təqsirsizliyini isbat edən və ən başlıcası istintaq sirri olmayan bir sıra dəlilləri var. Məsələn, sıralarında tibb elmləri doktoru, tibb elmləri üzrə fəlsəfə doktoru olan "Azərbaycan Rinoplastika Cərrahları” İctimai Birliyinin 50-dən artıq üzvündən ibarət həkim konsiliumunun, eləcə də Azərbaycan Tibb Universitetinin professoru Vəfa Pənahianın vəkillərin təqdim etdikləri suallar əsasında apardıqları tədqiqatın nəticəsi kimi tərtib etdikləri mütəxəssis rəylərinə istinadən Sənan Mehdiyevin Nəzrin Mansurlunun ölümündə təqsirli olmadığını asanlıqla isbat etmək olar. Rəylərdə həkimin düzgün anamnez topladığı, yəni əməliyyat öncəsi tibbi protokollara uyğun olaraq müvafiq müayinələri təmin etdiyi öz təsdiqini tapır. Hətta Anestezi vərəqəsinə əsasən rinoseptoplastika əməliyyatından əvvəl həkim-anestezioloq-reanimatoloq tərəfindən Mansurlu Nəzrin Aydın qızının əməliyyata buraxılmasının məqbul hesab edilməsi bunun bariz nümunəsidir. Eyni zamanda, həkimlərin yekdilliklə gəldikləri fikirlərə əsaslanaraq, bir daha qeyd edim ki, rinoseptoplastika əməliyyatında istifadə edilən "osteotom” tibbi alətin tam standartlara uyğun olmasını nəzərə alaraq Sənan Mehdiyev tərəfindən Nəzrin Mansurlunun üzərində edilmiş rinoseptoplastika əməliyyatı zamanı texniki cəhətdən qüsurlu əməliyyat keçirməsi və xəstəyə xəsarət yetirilməsi qeyri-mümkündür. Bundan əlavə, mütəxəssislərin rəyində o da öz əksini tapmışdır ki, ambulator nəzarətdə olduğu dövrdə Nəzrin Mansurluya AR Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş aktların tələblərinə uyğun ixtisaslı tibbi xidmət göstərilsə idi, onun həyatda qalması mümkün olardı.


- Sizin qeyd etdiyiniz "ixtisaslı tibbi xidmət göstərilsə idi” nə deməkdir? Bunu açıqlaya bilərsinizmi?

- Əlbəttə. Həkim mütəxəssislərin rəyinə əsasən ixtisaslı ambulator və reanimatoloq tibbi xidmətlərinin göstərilməsi dedikdə ərazi üzrə ambulator xidmətlər və bu zaman aşkarlanan hər hansı kəskinləşmə hallarına görə isə artıq ixtisaslaşmış tibbi xidmət, yəni reanimatoloji xidmət nəzərdə tutulur. N.Mansurluya bu xidmət göstərilməli idi. Ambulator şəraitdə olan Nəzrin Mansurluya Sənan Mehdiyev tərəfindən ixtisaslı ambulator və reonimatoloji tibbi xidmətlərin göstərilməsi tibbi ptokolların tələblərinə zidd olduğu üçün yolverilməz idi. Müsahibəmin sonunda məsələyə diqqət yetirdiyinizə və ictimaiyəti məlumatlandırdığınıza görə sizə öz dərin minnətdarlığımı bildirirəm. 


- Müsahibəniz üçün təşəkkür edirik və bu istiqamətdə aparılan gələcək işlərdə sizə uğurlar arzulayırıq.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 13 Mart 2025 09:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsaril Səudiyyə Ərəbistanının və İordaniyanın razılığını alıb Siyasi şərhçi

10 Sentyabr 2025 17:57see253

İsrailin növbəti hədəfi Türkiyədir? III Dünya müharibəsinin əlamətləri görünür

10 Sentyabr 2025 17:33see216

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see146

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see136

Netanyahu: HƏMAS liderlərinə zərbə Qəzzada müharibəyə son qoya bilər

09 Sentyabr 2025 21:07see127

Toral Bayramov: İslandiya ilə matçdan sonra çox pis vəziyyətdəydik

10 Sentyabr 2025 13:55see126

“Rus ordusu Dobropolye yaxınlığında mühasirəyə düşə bilər” Ukraynalı ekspert

09 Sentyabr 2025 15:57see122

Kosmosda başqa ulduzları yeyən ulduz peyda oldu

10 Sentyabr 2025 15:40see119

Neft strategiyası Azərbaycanın dövlət gəlirlərinin artmasına imkan yaratdı ŞƏRH ETDİ

10 Sentyabr 2025 16:03see119

Anasını WhatsApp mesajına görə bıçaqlayan kişi HƏBS EDİLDİ

09 Sentyabr 2025 09:04see119

Kaya Kallas: Moskva Ukrayna ilə danışıqlar masasına oturmalı olacaq

09 Sentyabr 2025 15:13see119

Ukrayna gecə Polşaya Rusiya PUA larının uçuşu barədə məlumat verib

10 Sentyabr 2025 13:56see119

Bu qərarı mən yox, o verdi Tramp

10 Sentyabr 2025 01:04see118

Nigar Fərhad ilk dəfə qızını GÖSTƏRDİ söz savaşı na çıxdılar VİDEO

10 Sentyabr 2025 16:01see117

Xronika: Böyük Ermənistan xülyası Hitlerlə ermənilərin gizli planı idi

11 Sentyabr 2025 01:12see116

Eminin yeni evindən Video

09 Sentyabr 2025 20:40see115

Polşa hava məkanına daxil olan Rusiya pilotsuz təyyarələrinə cavab verdi NATO

10 Sentyabr 2025 12:22see115

Toral Bayramov: Əlimizdən gələni yox, gəlməyəni edirdik

10 Sentyabr 2025 01:33see115

Mirzoyan Azərbaycanla delimitasiya prosesindən danışdı

10 Sentyabr 2025 21:44see114

İcbari Tibbi Sığorta Agentliyi ƏƏSMN ya birləşdirilir?

10 Sentyabr 2025 21:42see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri