Icma.az
close
up
RU
Mütəxəssis: Son zamanlar Bakıda müşahidə olunan yağıntıların leysan xarakter alması ərazinin mikroiqlimi ilə bağlıdır

Mütəxəssis: Son zamanlar Bakıda müşahidə olunan yağıntıların leysan xarakter alması ərazinin mikroiqlimi ilə bağlıdır

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 15 may, AZƏRTAC

Heç kimə sirr deyil ki, dünya qlobal iqlim dəyişikliyinin fəsadlarının təsiri altındadır. İqlim dəyişmələrinə istər antropogen, istər təbii, istərsə kosmik amillər səbəb olur. Burada antropogen faktorları xüsusilə qeyd etmək yerinə düşər. Belə ki, insanların təsərrüfat fəaliyyətini, ətraf mühitə tullantıların atılmasını, nəqliyyat vasitələrinin çoxalmasını, şəhərlərin genişlənməsini, əhalinin artmasını, xüsusilə də şəhər əhalisinin sayının digər ərazilərə nisbətən çox olmasını nümunə göstərmək olar. Bunların hər biri ayrı-ayrılıqda böyük amildir, birləşdikdə isə böyük fəsadlara səbəb ola bilir.

Bunu AZƏRTAC-a 15 May - Beynəlxalq İqlim Günü ilə əlaqədar açıqlamasında Azərbaycan Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun kiçik elmi işçisi Fəridə Talıbova deyib.

Onun sözlərinə görə, dünya üzrə baza dövrü ilə, yəni 1961-1990-cı illərlə müqayisə etdikdə son 30 il ərzində temperaturun bir neçə dərəcə artıması müşahidə olunur. Hazırda dünyada qlobal istiləşmə gedir, bu da quraqlaşmaya şərait yaradır. Temperaturun yüksək olması isə ümumi atmosfer yağıntılarının miqdarını azaldır.

“İqlim dəyişmələrinin mənfi təsirləri planetin bir parçası olan Azərbaycandan da yan keçməyib. Ölkəmizdə iqlim dəyişikliyi özünü daha çox istiləşmə şəklində göstərir. Müşahidə və hesablamalarımıza görə, baza dövrü ilə müqayisədə hazırda isti dalğaların sayı çoxalıb. Baza dövründə müxtəlif ərazi üçün isti dalğaların sayı 2-5 və ya 6-10 olurdusa, 1991-ci ildən indiyə qədər olan dövrdə bu, bir neçə dəfə artıb. Qısa desək, son illərdə isti dalğaların sayının çox olması iqlim dəyişmələrinin bariz nümunəsidir.

Ümumiyyətlə, Azərbaycanda iqlim şəraitinin formalaşmasında şimaldan və şimal-şərqdən gələn siklonların təsiri də böyükdür. Son zamanlar Bakıda müşahidə olunan yağıntıların leysan xarakter alması isə ərazinin mikroiqlimi ilə bağlıdır. Əslində, Azərbaycanda daşqınların, sellərin olması yaz və payız fəsilləri üçün xarakterikdir. Yəni ötən illərə nəzər yetirsək görərik ki, leysan yağıntılar, daşqın və sel prosesləri Azərbaycanda müşahidə edilən hadisələrdir. Bu, yenilik deyil. Sadəcə, son zamanlar bir az ardıcıl olması müşahidə edilir. Hətta illər əvvəl Salyan, Neftçala kimi rayonlarda həddən artıq daşqınların olduğunu müşahidə etmişik. Yaz və payız fəslində yağıntıların çox olması Azərbaycan üçün xas bir xüsusiyyətdir. Bunu da nəzərə almalıyıq ki, müəyyən onilliklərdə anomal hadisələr müşahidə oluna bilər. Bir müddət əvvəl Bakıda yağan leysan yağışlar kifayət qədər fəsad yaratdı. Hər birimiz təbiətin bu cür şıltaqlığına hazır olmalıyıq. Ümumiyyətlə, Azərbaycan ərazisində hava şəraitinin formalaşmasına, yağıntının miqdarına və temperatura daha çox şimaldan gələn cərəyanlar təsir edir. Xüsusilə də, Xəzər dənizindən, şimaldan və şimal-şərqdən gələn siklonlar böyük rol oynayır”, - deyə mütəxəssis bildirib.

Azərbaycanda iqlim dəyişmələri ilə mübarizə istiqamətində atılan addımlardan danışan F.Talıbova fikirlərinə belə davam edib: “Elə proseslər var ki, biz onları dayandıra bilmərik, ancaq inkişafının, genişlənməsinin qarşısını ala, təsirlərini yumşalda bilərik. Mənfi təsirlərin səviyyəsini azaltmaq və prosesi müsbətə doğru dəyişmək üçün beynəlxalq səviyyədə tədbirlər həyata keçirilir. Bunlardan biri də ötən il ölkəmizin ev sahibliyi etdiyi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasıdır (COP29). COP29-da dünyamızın gələcəyi, ətraf mühitin sağlamlaşdırılması naminə yeni sazişlər, müqavilələr imzalandı, müxtəlif layihələrə imza atıldı. Bunlardan biri də Paris Sazişində həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlərin təsdiq olunmasıdır. Hazırda bütün dövlətlər üzərlərinə götürdükləri öhdəlikləri tam olaraq həyata keçirə bilsə, 2030-cu, 2050-ci illərdə daha çox yaşıl dünya, daha az tullantı görəcəyik. Atmosferdə karbon qazının azaldılması çox vacib məqamdır. Karbon qazı istixana effekti yaradan bir qazdır və onun artan miqdarı qlobal istiləşməyə gətirib çıxarır. Bunun üçün birtərəfli iş görmək yetərli deyil. Çünki ekoloji problemlər sərhəd tanımır və bununla bağlı beynəlxalq səviyyədə tədbirlərin keçirilməsi vacibdir. Buna COP29-u misal göstərmək olar. Bu,ölkəmizin uğuru idi. Ümid edirəm ki, belə tədbirlərin sayı artacaq, gələcək nəsillər üçün daha təmiz hava və daha gözəl dünya olacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 May 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see290

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see252

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see219

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see206

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see190

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see187

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see184

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see168

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see145

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see141

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see140

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see139

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see138

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see136

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see136

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see136

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see132

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see128

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see128

Napoli Qarabağ oyununun ən yaxşı futbolçusu müəyyənləşib

26 Noyabr 2025 02:27see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri