Icma.az
close
up
RU
Mütəxəssis: Uşaqlıq travmaları şəxsiyyətin formalaşmasında mühüm rol oynayır

Mütəxəssis: Uşaqlıq travmaları şəxsiyyətin formalaşmasında mühüm rol oynayır

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 20 avqust, AZƏRTAC

Uşaqlıq travmaları insanın həyat təcrübəsinin bir hissəsidir və şəxsiyyətin formalaşmasında mühüm rol oynayır. Travmaları yalnız mənfi emosiyalarla əlaqələndirmək düzgün yanaşma deyil.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabındakı canlı yayım zamanı nazirliyin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov bildirib.

O deyib ki, travmaların insana təsiri yaş dövrlərinə görə fərqlənə bilər: “İnsan arxaya boylananda gördükləri onun keçmiş təcrübələridir. Uşaqlıqda alınan fiziki və ya psixoloji travmalar gələcəkdə insanın davranışına və düşüncə tərzinə təsir edir. Əslində travmanın özündən çox ona münasibət daha böyük rol oynayır. Eyni hadisə hər insanda fərqli nəticə yaradır. Bəzilərinin dayanıqlılığını zəiflədir, digərlərində isə gücləndirir. Şəxsiyyət həm müsbət, həm də mənfi təcrübələrin sintezindən yaranır”.

Rövşən Nəcəfov qeyd edib ki, insanın yetkinlik dövründə nitqi, davranışı və emosional reaksiyaları çox vaxt uşaqlıq təcrübələrinin təsiri ilə formalaşır: “Uşaqlıq illərində yaranan emosional izlər insanın gələcəkdə özünüifadəsinə, münasibətlərinə və streslə mübarizə bacarıqlarına birbaşa təsir edir. Bəzən bu travmalar gizli qalaraq illər sonra iş həyatında, ictimai münasibətlərdə və şəxsi əlaqələrdə çətinliklərə səbəb olur. Əgər bu izlər gündəlik həyat keyfiyyətinə mənfi təsir göstərirsə, psixoterapiya vasitəsilə həmin emosional yükü yüngülləşdirmək mümkündür. Psixoloji immunitet hadisəni inkar etmədən, onu olduğu kimi qəbul edib, onunla yaşamağı öyrənməklə formalaşır. Terapiya insana travmanı inkar etmədən qəbul etməyi, daha sağlam şəkildə yaddaşda yerləşdirməyi və həyatına davam etməyi öyrədir. Bu proses psixoloji dayanıqlılığı gücləndirir və gələcəkdə oxşar vəziyyətlərə daha sağlam yanaşmağa imkan yaradır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Avqust 2025 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see268

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see186

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see178

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see160

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see154

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see151

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri