Mütəxəssislərdən ağcaqanad və gənə xəbərdarlığı: Xəstəlik riski artır
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İqlim dəyişikliyi fonunda ağcaqanad və gənələrin daha erkən aktivləşməsi insan sağlamlığı üçün yeni risklər yaradır.
BAKU.WS xəbər verir ki, havaların daha isti keçməsi, yay mövsümünün uzanması və yağıntı rejimindəki dəyişikliklər bu canlıların sayının artmasına səbəb olur. Nəticədə onların yayılma arealı genişlənir, daşıdıqları xəstəliklərin yayılma ehtimalı yüksəlir.
Alimlərin sözlərinə görə, qış aylarının daha mülayim keçməsi səbəbindən əvvəllər təbii şəkildə məhv olan həşəratların sayı azalır. Bu isə ağcaqanad və gənələrin daha çox çoxalmasına şərait yaradır. Xüsusilə 20-25 dərəcə temperatur onların inkişafı üçün əlverişli hesab olunur.
Mütəxəssislər qeyd edirlər ki, bəzi bölgələrdə əvvəllər yay aylarında müşahidə olunan ağcaqanadlar artıq daha erkən dövrdə görünməyə başlayıb. Gənələrlə bağlı risklərin də artdığı vurğulanır.
Ekspertlər xəbərdarlıq edirlər ki, iqlim dəyişikliyi nəticəsində Qərbi Nil qızdırması, Laym xəstəliyi və Krım-Konqo hemorragik qızdırması kimi infeksiyaların yayılma riski yüksələ bilər.
Mütəxəssislərin tövsiyəsinə görə, həyətlərdə və yaşayış məntəqələrində durğun su yığıntıları aradan qaldırılmalı, pəncərələrdə torlardan istifadə edilməli, təbiət ərazilərinə səfərlərdən sonra isə bədəndə gənə yoxlaması aparılmalıdır.
Onlar vurğulayırlar ki, iqlim dəyişikliyinin təsirləri yalnız ekoloji deyil, həm də ciddi ictimai sağlamlıq problemi kimi qiymətləndirilməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 22 İyun 2026 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















