Icma.az
close
up
RU
“Mutfakçı Azərbaycan” məhkəməyə verildi Detallar

“Mutfakçı Azərbaycan” məhkəməyə verildi Detallar

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İlkin Manafovun rəhbərlik etdiyi “İM” MMC (“Mutfakçı Azərbaycan”) məhkəməyə verilib.

"Unikal" Pravda.az-a istinadən xəbər verir ki, hazırda şirkət 2 vətəndaşın iddiası ilə bağlı məhkəmə qarşısındadır.

İddiaçılardan biri mebel alıcısı olmuş S.Abbasovdur. O, Nəsimi Rayon Məhkəməsinə müraciət edərək cavabdeh “Mutfakçı” mebelinə qarşı ilkin iddia üzrə pulun və dəymiş mənəvi zərərin ödənilməsi barədə tələb irəli sürüb.

İlkin iddia tələbi onunla əsaslandırılıb ki, tərəflər arasında 02 aprel 2024-cü il tarixdə müxtəlif növ mebel avadanlıqlarının hazırlanması və müqavilədə göstərilən məbləğ qarşılığında satılması barədə müqavilə imzalanıb. Həmin müqavilənin predmeti sayılan məhsulların siyahısı və qiymətləri müqavilənin ayrılmaz tərkib hissələri olan əlavə 1, 2 və 3 ilə müəyyən edilib. Müqavilənin 2.6 bəndinə əsasən müqavilə bağlanan gün 6 200 manat, mebel istehsala ötürüldükdə 3 400 manat, mebel tam təhvil verildikdə isə 2 400 manat, ümumilikdə 12 000 manat olmaqla ödəniş olmalı idi. Həmin müqavilənin şərtlərinə əsasən 40 iş günü ərzində müqavilədə göstərilən mebel avadanlıqları hazırlanıb ünvana təhvil verilməli idi. Müqavilənin şərtinə əsasən iddiaçı tərəfindən 02 aprel 2024-cü il və 22 aprel 2024-cü il tarixlərdə müvafiq olaraq 6 200 və 3 400 manat məbləğində pul ödənilib. 2024-cü ilin iyun ayının ilk on günlüyündə mətbəx mebelinin bir hissəsi ünvana gətirilsə də, onun tam qüsurlu olması səbəbindən cavabdehin əməkdaşları tərəfindən geri qaytarılıb və qüsurların tez bir zamanda aradan qaldırılmasına dair söz verilib. Lakin həmin gündən 4 aydan çox müddət keçməsinə baxmayaraq, müqavilədə göstərilən mebel avadanlıqları təhvil verilməyib, bununla da bağlanan müqavilənin şərtləri pozulub və bu da öz növbəsində həmin müqavilənin xitam verilməsinə səbəb olub.

Müqavilənin 6.1 bəndinə əsaslanaraq iddiaçı tərəfindən cavabdehə müqavilənin xitam verilməsi və ödənilmiş pulun geri qaytarılmasına dair bildiriş göndərilib. Nəticədə, müqavilə iddiaçı tərəfindən ləğv edilib.

Bildirilib ki, cavabdeh tərəfindən həmin bildirişin qəbul edilməsinə baxmayaraq heç bir nəticə olmayıb. Müqavilənin 4.9 bəndinə əsasən alıcı sifariş edilən mebelin satıcı tərəfindən gecikdirildiyi hallarda, hər gecikən iş günü üçün, mebel dəyərinin 0,1 % dəyərində kompensasiya istəmə hüququ yaranır. Bu hüququndan istifadə edərək iddiaçı tərəfindən ödənilmiş 9 600 manat və hər gecikdirilmiş günə 0,1 % hesablanmaqla (100 gün) 960 manat, ümumilikdə 10 560 manat məbləğində pulun tələb etmək hüququ yaranıb.

İddia tələbində qeyd edilib ki, ilkin olaraq qüsurlu mebelin ünvana gətirilməsi, onun qüsurların vəd edilmiş müddətdə aradan qaldırılmaması, sonradan mebel üçün ödənilmiş pulun qaytarılmaması nəticəsində cavabdeh tərəfindən iddiaçının qanunla müəyyən edilmiş istehlakçı hüquqlarının pozulması səbəbindən o və ailəsi əsəb gərginliyi, psixoloji sarsıntı və mənəvi iztirab keçirmişlər və nəhayət, hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməyə məcbur olub. Göstərilənlərə əsasən cavabdeh “İM” MMC-dən ödənilmiş 9 600 manat məbləğində pulun və 960 manat məbləğində kompensasiyanın, 1 000 manat məbləğində hüquqi yardıma görə xərcin, həmçinin dəymiş mənəvi zərərə görə 10 000 min manatın, cəmi 21 560 manat məbləğində pulun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilib.

Şirkət də qarşılıqlı iddia üzrə vətəndaşa qarşı iddia qaldırıb. Belə ki, cavabdeh S.Abbasova qarşı maneələrin aradan qaldırılması və pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Cavabdeh MMC ilə iddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə vətəndaş tərəfindən ödənilməmiş 5 200 manat məbləğində vəsaitin və tərəflərindən ödənilmiş 72 manat məbləğində məhkəmə dövlət rüsumunun cavabdeh iddiaçıdan tutularaq MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılması xahiş edilib.

Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, ödənilməmiş 2 800 manat məbləğində vəsaitin və tərəflərindən ödənilmiş 72 manat məbləğində məhkəmə dövlət rüsumunun cavabdeh iddiaçı tutularaq MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edib.

Məhkəmənin qərarı ilə ilkin iddia tələbi (vətəndaşın iddiası) qismən təmin edilib. İlkin iddia üzrə cavabdehdən 9 600 manat məbləğində əsas, 200 manat məbləğində kompensasiya borcu olmaqla cəmi 9 800 manat və hüquqi yardım xərcinin əvəzi olaraq 500 manat məbləğində pul vəsaiti tutularaq S.Abbasova ödənilməsi qərara alınıb. İlkin iddia tələbi qalan hissədə təmin edilməyib. Qarşılıqlı iddia tələbi də qismən təmin olunub. Ödənilməmiş 400 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 30 manatı qarşılıqlı iddia üzrə cavabdeh iddiaçıdan tutularaq qarşılıqlı iddia üzrə iddiaçı cavabdehə ödənilməsi qərara alınıb. Tərəflər həmin qərardan apellyasiya şikayəti veriblər. Hazırda iddia Bakı Apellyasiya Məhkəməsində araşdırılır.

Qeyd: “İM” MMC hazırda alqı-satqı müqaviləsi üzrə digər vətəndaş tərəfindən də məhkəməyə verilib. Hazırda həmin iddia üzrə işə Nəsimi Rayon Məhkəməsində baxılır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:219
embedMənbə:https://unikal.az
archiveBu xəbər 16 Dekabr 2025 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see295

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see278

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see249

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see233

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see229

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see227

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see219

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see212

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see211

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see208

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see204

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see203

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see201

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see197

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see194

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see191

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see188

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see182

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri