Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Müvazinətini itirən “lider”lərin sayı artır

Müvazinətini itirən “lider”lərin sayı artır

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

İttifaq MİRZƏBƏYLİ
[email protected]

Biri Trampdan qaçır, biri trapda aşır, o biri nə danışdığını bilmir...

Beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər dünyanın müxtəlif xalqlarını təmsil edən müdriklərin fərqli formada söylədikləri, fəqət eyni məramı ifadə edən “Ədalətsiz insanlar nə zamansa ədalətli cavab alacaqlar” məntiqinin haqq olduğunu sübut edir. Biz bunu işğalçı Ermənistanın 30 il müddətində viranəyə çevirdiyi torpaqlarımızı azad edib, yurdlarımızın yaralarını sarıyanda da gördük, on illər boyu Suriya ərəblərinə min bir əzab, işgəncə vermiş Əsədlər rejiminin yerlə-yeksan edilməsində də...

Biz bunu Xocalı qatili Serj Sarkisyanın rüsvaycasına məğlub edilib rəzil günə salınmasında da gördük, hər iki çıxışından birində Azərbaycana meydan oxuyan Robert Koçaryanın tarixin zibilliyinə atılmasında da. Biz bunu ötən əsrin doxsanıncı illərində işğala məruz qalan Azərbaycana qarşı “907-ci düzəliş” adlı məkrli sənədin təşəbbüskarlarından olmuş Cozef Baydenin dünya ictimaiyyətinin gözü qarşısında “həftə səkkiz, mən doqquz” kəllə-mayallaq aşması zamanı da gördük, cənab Donald Trampın onu tapdalaması prosesində də.

Biz bunu həqiqətən dünya mədəniyyətinə və demokratiyasına misilsiz töhfələr vermiş fransız xalqını və bu ölkənin tarixi dövlətçilik ənənələrini ayaq altına atılacaq dərəcədə hörmətsiz, urvatsız etmiş yelbeyin Emmanuel Makronun üzünə tüpürüləndə də gördük, başına yumurta çırpılanda da. Bütün bunlar bir tərəfə, öz müvazinətini itirmiş Makron artıq normal danışığını da itirib. Gündə bir ünvanı təhqir etdiyinə görə daha onun qulağına “barmaq eləməyən” kimsə qalmayıb. Bu zat ötən ay öz müstəmləkələrində ağa kimi yox, qatil kimi qarşılanmışdı. Ötən həftə isə Haiti liderlərini “axmaq” adlandırdığına görə diplomatik qalmaqala səbəb olub. Təbii ki, Karib ölkələrinin daxili işlərinə qarışmaq ona baha başa gələcək. “Açığı, Haitini məhz narkotik alveri ilə məşğul olmağa yol açan haitililər məhv ediblər” – deyən Makronun bu ifadələrin altından çıxa bilməsi çətin olacaq.

Yeri gəlmişkən, Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova verdiyi müsahibədə Makron hakimiyyətinin “vəsfi”nə xüsusi yer ayırmışdır: “Onlar Yeni Kaledoniyada iğtişaşlar zamanı 13 insanı qətlə yetirdilər, 100-dən çoxunu yaraladılar, 1000-dən artığını həbs etdilər. Həm də xalq etirazlarının liderlərini Fransaya apardılar, həbsxanalarda saxlayırlar. Yəni bu, Makronun diktaturasıdır. Bu, Makron rejimidir. Mən bu barədə danışdıqda, təbii ki, qeyri-hökumət təşkilatları, yaxud media qismində öz “zəncirli köpəkləri”ni üzərimə salırlar. Yəni biz yenidən, – mən Azərbaycan ictimaiyyətini nəzərdə tuturam, – bu məsələni cavab qismində gündəlikdə saxlamağa başlayandan sonra indi vəziyyət daha ciddi olub. Təbii ki, biz hüquqları olmayan bu xalqlara ürəkağrısı ilə yanaşırıq”.

Maraqlıdır ki, müvazinətini itirənlər bu gün Avropada daha sürətlə artır. Rusiya – Ukrayna mühariibəsini bəhanə edərək, Kremlin Avropa banklarındakı yüz milyardlarla vəsaitini ( həmin məbləğin nə qədər olduğunu dəqiq bilən olmasa da əlli milyard deyənlər də var, yüz milyardlarla deyənlər də İ.M.) mənimsəmiş Avropa ölkələrinin liderləri indi o pulu bölüşdürmək üstündə didişirlər. Bir rus məsəlində deyildiyi kimi, hələ öldürə bilmədikləri ayının dərisini bölmək üstündə boğuşurlar.

Almaniya Kansleri Olaf Şolts isə Kremlin pulu üstündə didişənləri toxtamağa çağırır: “Biz həmin vəsaiti öz aramızda bölsək və ya xərcləsək, “Avro” pis günə qalacaq. Öz əlimizlə öz iqtisadiyyatımıza zərbə vurmayaq!”

Sonda bir daha Suriyanı qara günə qoyaraq “ağ gün” dalınca qaçmış Bəşər Əsədin “hünər”lərinə qayıdaq. Dünya mətbuatı yazır ki, 1970-ci ildən Suriyada hakimiyyətdə olan Əsəd ailəsi 54 ildən sonra süquta uğrasa da, geridə böyük dağıntılar və xoş olmayan xatirələr qoydu. Aralarında uşaq, qoca və qadın da daxil olmaqla minlərlə insanı işgəncə, sürgün, bombardman və kimyəvi silahlarla məhv edən Əsəd ailəsinin məşhur Sednaya həbsxanası isə sözügedən rejimin zülmünün simvolik ünvanlarından birinə çevrilmişdi. Paytaxt Dəməşqdə, Əsədin sarayının 33 kilometrliyində yerləşən bu həbsxanada saxlanılan 70 mindən çox ərəbin həftədə 25 nəfəri edam edilirdi. 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayan zaman bütün müxaliflər bu həbsxanaya gətirilmişdi. Ali Baş Komandan Bəşər Əsədin fərariliyindən sonra ölkədəki həbsxanalardan ümumilikdə 100 mindən çox məhbusun azad edildiyi bildirilir.

Həbsxananın təhlükəsizlik kameralarında məhbusların olduğu otaqlar görünsə də, gizli bölmələrə salındıqları üçün onların bəzilərini tapmaq mümkün olmur. Çünki 4 mərtəbəli gizli yeraltı həbsxananın bütün qapıları betonla bağlanıbmış. Betonların sındırılması ilə digər mərtəbələrə keçidin olduğu həbsxananın tək bir mərtəbəsindən minlərlə məhbusun çıxarıdığı deyilir.

Bəs sonra nə oldu? “Göstərən saətdə dövrani fələk bir inqilab, həm özü fani oldu, həm ləşgəri, həm kişvəri”. Milyonlarla soydaşının qanı bahasına topladığı milyardlarla dollar vəsaiti indi yadların əlindədir. Rusiya mətbuatı yazır ki, Bəşər öz vəsaitindən istifadə edə bilmir. Qocalar evinin sakinləri kimi Rusiya dövlət qurumlarının “qayğısı ilə əhatə olunub.” Di get!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Dekabr 2024 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see338

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see281

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see248

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see202

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see201

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see198

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see195

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see190

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see190

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see189

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see188

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see187

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see186

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see186

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see184

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see183

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see183

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see182

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see181

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri