Ölkədə qeydiyyatda olan BYD lərin sayı açıqlandı
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanda BYD markalı avtomobillərin sayı açıqlanıb.
Modern.az-ın Dövlət Statistika Komitəsinə sorğusuna cavab olaraq bildirilib ki, 2026-cı il yanvarın 1-nə ölkədə 19 min 799 BYD markalı minik avtomobili qeydiyyatdadır.
Bununla da BYD Azərbaycanda ən çox istifadə olunan Çin avtomobil markalarından birinə çevrilib. Rəsmi statistikaya görə, yalnız Changan markası daha yüksək göstəriciyə malikdir. Hazırda ölkədə 38 min 784 Changan markalı avtomobil qeydiyyatdadır.
Qeyd edək ki, BYD (Build Your Dreams) 1995-ci ildə Çində yaradılıb. Şirkət son illərdə elektrik və hibrid avtomobil satışlarına görə dünyanın ən iri istehsalçıları sırasında yer alır və bir çox bazarlarda Tesla ilə rəqabət aparır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı il yanvarın 1-nə Azərbaycanda ümumilikdə 1 milyon 676 min 80 minik avtomobili qeydiyyatda olub. Bu isə BYD markalı avtomobillərin ölkənin avtomobil parkının təxminən 1,2 faizini təşkil etdiyini göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 23 İyun 2026 09:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















