Icma.az
close
up
RU
Müxalifət haqlıdır: Fransa Makron dövründə xarici siyasətdə ciddi problemlərlə üzləşib

Müxalifət haqlıdır: Fransa Makron dövründə xarici siyasətdə ciddi problemlərlə üzləşib

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Müxalifətin həmkarlar ittifaqları ilə birləşməsi və onların təsirli etirazları yaxın gələcəkdə seçkilər yolu ilə hakimiyyət dəyişikliklərinə gətirib çıxara bilər


Fransa siyasətində Emmanuel Makronun hakimiyyətidə ölkənin həm daxili, həm də xarici siyasətində ciddi sınaqlar yaşanmaqda davam edir. Liberalların idarəetməsi ilə bağlı yaranan problemlər və beynəlxalq arenada Fransanın mövqeyindəki zəifləmələr, həmçinin sosial sahədəki çətinliklər, ölkədə siyasi və ictimai gərginliyin artmasına səbəb olub. Son dövrlərdə isə həm sol, həm də sağ müxalifət yeni hökumətin tərkibini kəskin tənqid edərək, kabinetdə əksər nazirlərin vəzifədə qalmasını gözləntilərinin puça çıxması kimi qiymətləndirib. Hökumətə qarşı etimadsızlıq səsverməsi çağırışları səslənir, Baş nazir Sebastyan Lekornyun istefası və hökumət formalaşmasındakı çətinliklər Fransa siyasətində böhran əlamətlərini göstərir. Bu kontekstdə, Makron hökumətinə qarşı müxalifətin mövqeyi güclənir və yaxın gələcəkdə siyasi dəyişikliklərin baş verməsi ehtimalı artır.


Politoloq Hüseyn İbrahimov Sherg.az-a açıqlamasında Fransada Makron hakimiyyəti dövründə liberalların idarəetməsi nəticəsində həm Avropa İttifaqı daxilində, həm də dünyada rəsmi Parisin mövqeyində müəyyən zəifləmələrin müşahidə olunduğunu söyləyib:


"Eyni zamanda, Makronun yürütdüyü siyasət bir çox xarici ölkələrdə, xüsusilə Cənubi Qafqazda və Fransanın keçmiş koloniyalarında ölkənin imicinə mənfi təsir göstərdi. Bu, onu təsdiqləyir ki,  Fransa Makron dövründə xarici siyasətdə ciddi problemlərlə üzləşib və ölkənin sosial həyatında çətinliklər artıb. Bundan əlavə, Fransanın xarici borcları indiyədək olmamış səviyyəyə qədər yüksəlib. Bütün bunlar Makrona qarşı olan müxalifət qüvvələri üçün əsaslı arqumentlərdir. Gələcəkdə bu proseslərin gedişi müxalifət və iqtidar arasında qarşıdurmanın daha da dərinləşəcəyini göstərir. Fransanın xarici borcları, Avropa İttifaqı daxilində və ümumilikdə xarici siyasətdə Makronun səhvləri müxalif qüvvələrin güclənməsinə səbəb olacaq. Bununla yanaşı, Avropa İttifaqı ölkələrində liberalların mövqeyinin zəifləməsi müşahidə olunur və sağçı qüvvələrin hakimiyyətə gəlməsi ehtimalı artır. Qeyd etmək lazımdır ki, Fransanın siyasi mədəniyyəti Avropanın ən dəyişkənlərindəndir. Burada tez-tez konstitusiya dəyişiklikləri, hakimiyyət dəyişikləri, həmkarlar ittifaqları ilə dövlət arasındakı qarşıdurmalar və postkolonial siyasətin yaratdığı etirazlar baş verir. Bütün bunlar Makronun apardığı “liberal” siyasət ilə uyğun gəlmir".


Politoloq bildirib ki, hazırda Makron hakimiyyətinə qarşı müxalifətin mövqeyini haqlı hesab etmək olar:

"Makron dövründə liberal-demokratik yönümlü vədlər yerinə yetirilmədi. Nəticədə Fransanın xarici borcları və ölkənin dünyadakı imici ciddi şəkildə zəiflədi, bu da hökumətin uğursuz siyasətinin nəticəsidir. Bütün bu amillər: Makron hökumətinin zəifləməsi, dünyada və Avropa İttifaqında baş verən dəyişikliklər göstərir ki, hökumətə qarşı müxalif çıxışlar yaxın zamanlarda həmkarlar ittifaqları ilə birlikdə daha təsirli etirazlara, hətta ixtişaşlara səbəb ola bilər. Bu proses Fransanın Avropa İttifaqı daxilində, Avropa-ABŞ münasibətlərində və ümumilikdə xarici siyasətdə uğursuzluqları, həmçinin ölkənin artan borcları ilə bağlıdır. Nəticədə, Makron hökumətinə qarşı müxalifətin həmkarlar ittifaqları ilə birləşməsi və onların təsirli etirazları yaxın gələcəkdə seçkilər yolu ilə hakimiyyət dəyişikliklərinə gətirib çıxara bilər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Oktyabr 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri