Müxalifət İspaniyada Fransa ilə dostluq müqaviləsini blokladı
Turkstan.az saytına istinadən Icma.az xəbər verir.
İspaniya Senatında 2023-cü ildə Barselonada imzalanmış İspaniya-Fransa Dostluq Müqaviləsinin təsdiqlənməsi ilə bağlı səsvermədə sənədin əleyhinə səs verilib.
Turkustan.az xəbər verir ki, əsas müxalifət partiyası olan sağçı Xalq Partiyasının (PP) “xeyr” səsi müqavilənin təsdiqlənməsinə mane olub.
İspaniyanın Baş naziri Pedro Sançez müqavilənin təsdiqlənməməsinə görə Fransadan üzr istəyib. Fransa Prezidenti Emmanuel Makronun Madridə rəsmi səfəri zamanı baş verən səsvermənin iki ölkə arasındakı münasibətlərə təsir etdiyi bildirilir.
Sançez və Makron tərəfindən 2023-cü ildə Barselonada imzalanan Dostluq Müqaviləsi əsasən simvolik xarakter daşıyırdı.
Xalq Partiyası hər iki ölkədən bir nazirin digər ölkənin Nazirlər Şurasının iclasında qonaq qismində iştirak etməsinə imkan verən müddəaya qarşı çıxıb. Partiya bu bəndi İspaniya Konstitusiya Məhkəməsinə çıxarıb.
Konstitusiya Məhkəməsi müqavilənin müddəalarında Konstitusiyaya zidd hər hansı məqamın olmadığını bildirib və müraciəti rədd edib. Buna baxmayaraq, Xalq Partiyasının Senatdakı mövqeyi müqavilənin təsdiqlənməsinə mane olub.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 30 Sentyabr 2026 21:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















