“Nils” fırtınası Fransa və İspaniyada ölümə səbəb oldu
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Fransa və İspaniyanı cənginə alan şiddətli “Nils” fırtınası hər iki ölkədə ciddi dağıntılara və insan itkilərinə səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, meteoroloqların “qeyri-adi dərəcədə güclü” kimi xarakterizə etdiyi təbii fəlakət nəticəsində azı 3 nəfər həyatını itirib.
Məlumaata görə, fırtınanın ən ağır zərbə vurduğu ölkə Fransa olub. Güclü külək ağacları və elektrik xətlərini aşırıb, intensiv yağışlar isə yollarda ciddi su basqınlarına yol açıb. Hökumət sözçüsü iki nəfərin öldüyünü təsdiqləyib. Fəlakət nəticəsində 900 000 ev təsərrüfatı da işıqsız qalıb.
İspaniyada da vəziyyət ürəkaçan deyil. Barselona şəhərində anbarın damının uçması nəticəsində bir qadın vəfat edib. Təbiət hadisəsi həmçinin kənd təsərrüfatına ağır zərbə vurub.
Qeyd edək ki, hazırda hər iki ölkədə fövqəladə vəziyyət elan edilib, xilasetmə və infrastrukturun bərpası işləri davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 13 Fevral 2026 20:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















