Icma.az
close
up
RU
Menu

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

General mayor rütbəsi alan hərbçilər kimdir?

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

Bu rayona yeni polis rəisi təyin edildi

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Liqa 1: Marsel darmadağına sevindi

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

“Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir” Prezidentdən növbəti PAYLAŞIM VİDEO

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

“Müxalifət Mənsur Yavaşın ətrafında birləşməlidir” Politoloqdan AÇIQLAMA

“Müxalifət Mənsur Yavaşın ətrafında birləşməlidir” Politoloqdan AÇIQLAMA

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyədə müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) növbədənkənar qurultayı keçirilib və Özgür Özəl partiyanın sədri vəzifəsinə yenidən seçilib.

Ekspertlər vurğulayırlar ki, Rəcəb Tayyib Ərdoğanın Özgür Özəli vəzifəsindən uzaqlaşdırmaq cəhdi uğursuz olub və hakimiyyətin təşkil etdiyi bütün prosedurlara baxmayaraq, Özəl partiya rəhbərliyində qalmağı bacarıb.

Gununsesi.info-ya danışan  politoloq Zaur Bayramlı mövzunu belə şərh edib:

“Cümhuriyyət Xalq Partiyasının növbədənkənar fövqəladə qurultayı 21 sentyabrda keçirildi. Qurultayda Özgür Özəl tək namizəd olaraq iştirak etdi və əksəriyyətin səsi ilə partiya sədrinə seçildi. Bu nəticə gözlənilən idi.
Çünki hakim AKP partiyası və onun koalisiya ortağı MHP Cümhuriyyət Xalq Partiyasına qarşı bir əməliyyat həyata keçirməyə çalışırdılar. Bu əməliyyatda əsasən iki variant ön plana çıxırdı:

1. Hüquq mühafizə orqanları vasitəsilə, yəni hüquqi yollarla Cümhuriyyət Xalq Partiyasını bağlamaq.
2. Əgər birinci variant mümkün olmasa, partiyanın 2024-cü ildə keçirilmiş və Özgür Özəlin başqan seçilməsinə gətirib çıxarmış qurultayın nəticələrini ləğv edərək, Kemal Kılıçdaroğlunu yenidən partiyanın başına gətirmək.
Bu birinci variant idi. Cümhuriyyət Xalq Partiyasının tamamilə bağlanması variantı Türkiyənin ən azı yarısına ciddi təsir göstərə bilərdi. Çünki Cümhuriyyət Xalq Partiyası Atatürkün əmanətidir və Türkiyə Respublikasının qurucu partiyasıdır. Bu reallığı yaxşı başa düşmüşdülər.

İkinci variantın məqsədini isə partiya rəhbərliyi pozdu. Sentyabrın 15-nə qurultayın nəticələrini ləğv etməyə yönəlmiş məhkəmə təyin edilmişdi. Lakin Cümhuriyyət Xalq Partiyasının rəhbərliyi dərhal hərəkət edərək, məhkəmədən yalnız 6 gün sonra, yəni 21 sentyabrda növbədənkənar fövqəladə qurultay keçirilməsini təmin etdi və beləliklə, bu oyunu pozdu”.

Politoloq qeyd edib ki, hətta hüquq mühafizə orqanlarının əli ilə Kemal Kılıçdaroğlu yenidən Cümhuriyyət Xalq Partiyasının başına gətirilsəydi belə, o yalnız 6 gün bu posta qala bilərdi:

“Bu müddətdə Kılıçdaroğlunun cəmiyyətdə qazanmış olduğu bütün hörmət də itiriləcəkdi. Ona görə də bu oyun da pozuldu və hər iki variant uğursuz oldu.

Amma əslində Özgür Özəlin partiyanın başında qalması da AKP üçün ciddi bir problem yaratmır. Hazırkı vəziyyətdə, yəni Əkrəm İmamoğlu, Mansur Yavaş və Özgür Özəl prezidentliyə namizəd olsa, AKP və Ərdoğan üçün ən rahat namizəd məhz Özgür Özəl olar. Çünki Özgür Özəl gənc və aktiv, dinamik bir şəxs olsa da, liderlik baxımından kifayət qədər güclü xüsusiyyətlərə malik deyil. CHP-nin son aylarda anketlərdə artan səsləri də mənim fikrimcə, Özgür Özəlin fövqəladə liderlik qabiliyyətlərinin nəticəsi deyil.

Bu, xalqın getdikcə AKP-dən və onun koalisiya ortağı MHP-dən narazılığının artması ilə bağlıdır. İqtisadi göstəricilər xeyli dərəcədə aşağı düşür, qiymətlər isə fantastik səviyyədə yüksəlir. Bundan əlavə, terörist başı Öcalanın məclisə dəvət edilməsi və onun azadlığa buraxılması yönündə atılan addımlar da xalqda hakimiyyətə və MHP-yə qarşı ciddi qəzəb yaradıb. Nəticədə onların səsi və nüfuzu azalır və alternativ olaraq CHP ön plana çıxır”.

Zaur Bayramlının sözlərinə görə, CHP-nin ən layiqli namizədi Mansur Yavaş ola bilərdi və bu şans hələ də qalır:

“Düzdür, iqtidar daha çox Əkrəm İmamoğludan çəkinir kimi görünür. Amma fikrimcə, Əkrəm İmamoğlunun Ərdoğandan xeyli ortaq nöqtələri var. Mən onlara hətta “bir medalın iki üzü” və ya “bir almanın iki üzü” deyərdim.
Mansur Yavaş isə tamamilə təmiz reputasiyaya malik, çox çalışqan və bacarıqlı bir şəxsdir. O, şəxsiyyət olaraq da təmiz bir keçmişə sahibdir. Əkrəm İmamoğlundan fərqli olaraq, Yavaş günlük siyasi polemikalara qarışmır, başını aşağı salıb işinə fokuslanır. Mən hesab edirəm ki, Azərbaycan üçün də Mansur Yavaşın Türkiyənin başında olması ən məqbul variant olardı.

Çünki o, millətçi düşüncəyə malikdir və türk dünyasında, xüsusilə Azərbaycana yönəlik həm fəaliyyətləri, həm də müsbət fikirləri var. Türkiyə həm qardaş ölkə olduğu üçün, həm də bir çox sahələrdə Azərbaycana təsir gücünə malik olduğu üçün, oradakı proseslər təbii ki, bizi maraqlandırır”.

Politoloq bildirir ki, Cümhuriyyət Xalq Partiyası və bütün müxalifət Mansur Yavaşın namizədliyi ətrafında birləşməlidir.

“Təbii ki, bunu AKP iqtidarı da bilir. Bütün anketlərdə Mansur Yavaşın Ərdoğanı əzərək keçdiyi göstərildiyi üçün, bu gün Türkiyə mediasında xəbərlər yayılmağa başladı ki, Mansur Yavaşın başçılıq etdiyi Ankara Böyükşəhər Bələdiyyəsində prokurorluq tərəfindən korrupsiya iddiası ilə cinayət işi başlanıb.

Amma təbii ki, buna Türkiyədə inanan yoxdur; bu, siyasi bir əməliyyatdır. Məqsəd Cümhuriyyət Xalq Partiyasının qalib gələ biləcək namizədlərini gələcək seçki üçün indidən sıradan çıxarmaqdır. Amma buna nail olub-olmayacağını zaman göstərəcək”-deyə politoloq fikirlərini yekunlaşdırıb.

Şəbnəm Rəhimova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 24 Sentyabr 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see197

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see194

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see186

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see162

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see141

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see130

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see130

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see128

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see128

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see127

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see127

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see126

“Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir” Prezidentdən növbəti PAYLAŞIM VİDEO

07 Noyabr 2025 23:10see126

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see126

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see125

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see125

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see124

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri