Icma.az
close
up
RU
Müxalifət Paşinyanı məğlub etməyə çalışır

Müxalifət Paşinyanı məğlub etməyə çalışır

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Parlasment seçkiləri heç də asan keçməyəcək

7 iyunda Ermənistan parlamentinə keçiriləcək seçkilər indidən vəziyyəti gərginləşdirib. Müxalifət baş nazir Paşinyana qarşı birləşmək qərarına gəlib. Yerli politoloqların fikrincə, seçkilər heç də asan keçməyəcək, rəqabət güclü olacaq və hətta iğtişaşlar da istisna edilmir. "Güclü Ermənistan" partiyasının lideri, milyarder Samvel Karapetyan Rusiya ilə “iqtisadi müharibə” risklərinin olduğunu iddia edib. Ermənistanın rusiyayönlü media qurumları Karapetyanın ötən ilin noyabrında partiya təsis etdiyini, ancaq təsis qurultayı haqda mediaya geniş informasiya verilmədiyini xatırladıb. Bildirilib ki, İrəvandakı “Dvin” otelində keçirilən təsis qurultayında partiyanın necə adlandığı da açıqlanmayıb.

Karapetyan parlament seçkilərini Ermənistan üçün “seçim şansı” kimi qiymətləndirib.

"Paşinyan hakimiyyəti seçkidə qalib gələrsə, Rusiya ilə “iqtisadi müharibə” yaşana, nəticədə Ermənistan iqtisadiyyatı çökə bilər", - Karapetyan bildirib. O, Paşinyanın Rusiya ilə münasibətlərdə davranışlarını ağlasığımaz adlandırıb: "Ermənistan hakimiyyəti ölkəni geosiyasi qarşıdurma meydanına çevirir. Dost ölkəni bölgəmizdən sıxışdırmağa çalışmaq nə üçün lazım idi? Onun mövcudluğu Ermənistanın digər güc mərkəzləri ilə əməkdaşlığına və ticarətinə mane olmayıb, əminəm ki, gələcəkdə də mane olmayacaq. Rusiya bizi ucuz qazla təmin edir, mövsümi işçilərimizə iş verir və kənd təsərrüfatı məhsullarımızın əhəmiyyətli hissəsini alır. Bütün bunlara son qoyulsa, xalq daha da yoxsullaşacaq. Gürcüstan və Ukraynanın başına nə gəldiyini gördük. Bizə yeni müharibələr lazım deyil, Nikola səs verməklə ruslarla düşmənçilik, qütbləşmə, yoxsulluq və iqtisadi çöküş əldə edəcəksiniz”. Karapetyan erməni seçiləri seçkidə ona səs verməyə çağırıb.

“Samvel Karapetyanla Güclü Ermənistan” bloku məlumat yayıb ki, bir gün ərzində 4 siyasi qurum “Samvel Karapetyanla Güclü Ermənistan” blokuna qoşulub: Azadlıq, Sabitlik, İrs və Ermənistan Liberal Demokratik İttifaqı. Qeyd edək ki, 1 apreldə Kremldə Nikol Paşinyanla görüş zamanı Rusiya lideri Vladimir Putinin “Rusiya pasportu olanlar da seçkiyə qatılmalıdır” sözlərini deyərkən, rusiyalı milyarder Samvel Karapetyanı nəzərdə tutmuşdu. Çünki görüşdə “o, sizdə həbsdədir və biz buna bir söz demirik, daxili işinizdir” deyərək, Karapetyanın həbsini də vurğulamışdı.

Paşinyan isə Rusiya pasportu olan insanların seçkilərdə iştirakını Ermənistan konstitusiyasının qadağan etdiyini bildirməklə, birbaşa Kremldə Putinə qarşı açıq mövqe nümayiş etdirmişdi. Bunun ardınca Ermənistanda Samvel Karapetyanın təbliğatı güclənib və “ona qoşulanlar”la bağlı müzakirə artıb.

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan da baş nazirliyə namizəd olub.

Politoloq Elşən Manafov qəzetimizə aşıqlamasında deyib ki, Paşinyanın geosiyasi seçim etməsində tərəddüd etməsi, Ermənistanın mövcud iqtisadi durumuna Rusiya ilə münasibətlərin təsir imkanlarını ciddiyə almaması, üstəlik Avropa Birliyinin yanlış siyasətə görə Ukrayna bataqlığında ilişib qalması, rəsmi İrəvanın ümid etdiyi ABŞ-ın İsrailin sifarişi ilə İrana qarşı müharibəyə cəlb olunması Ermənistan müxalifətinin parlament seçkiləri ərəfəsində toparlanmasına əlverişli şərait yaratmış olub. Artıq ABŞ Ukraynaya əvvəlki dəstəyi vermir, bu isə Ukrayna müharibəsinin maliyyə məsrəflərinin əhəmiyyətli hissəsinin Avropa Birliyinin üzərinə düşməsinə səbəb olub, nəticə etibarı ilə Ermənistanın AB-nə inteqrasiyası ilə bağlı məsələlər gündəmdə qalsa da, bu Ermənistan iqtidarına ciddi siyasi dividentlər gətirmir, çunki Ermənistanın sosiaı iqtisadi problemlərinin həlli reallıqda Rusiyadan asılıdır: “Ermənistanın enerji təhlükəsizlində Rusiya faktoru həlledicidir. Avropa qazın hər min kub.m üçün Rusiyaya 600 dollardan yuxarı məbləğ ödədiyi halda, Ermənistan Avraziya İqtisadi Birliyinin uzvü kimi qazı guzəştli şərtlərlə Rusiyadan 177 dollara alır, Rusiya qazı Ermənistana Avropaya nəql etdiyi tariflərlə satmaq qərarına gəlsə Ermənistan iqtisadiyyatı duruş gətirə bilməyəcək.

Paşinyanın Ermənistanı KTMT-dən uzaqlaşdırmaq və bununla da, Qərbdəki havadarlarlnı məmnun etmək üçün avantürist siyasəti təbii ki, rəsmi Moskvanı narazı salır, bununla belə, Kreml hələlik "yumşaq guc"un tətbiqi ilə kifayətlənir, nəticə etibarı ilə Ermənistanın Rusiya ilə ticari münasibətlərinin illik dövriyəsi 11 milyard dollardan 6 milyard dollara qədər düşür, uduzan tərəf isə təbii ki, Ermənistan şirkətləri, ölkənin iş adamları və sıravi vətəndaşları olur”.

O, qeyd edib ki, Ermənistan dəmir yolları da, Rusiyanın nəzarətindədir, Paşinyanın bu istiqamətdə atmaq istədiyi addımlar hələlik bir effekt verməyib.

Seçkilər ərəfəsində Paşinyanın Rusiya ilə münasibətlərin genişləndirilməsinin tərəfdarı olan erməni müxalifətinə qarşı həyata keçirdiyi tədbirlər, əslən erməni olan Rusiyalı milyarder Karapetyanın həbs edilməsi, erməni apostol kilsəsinin nüfuzlu şəxslərinin Paşinyana opponentlik etdikləri üçün azadlıqdan məhrum edilmələri Ermənistanda iqtidara qarşı olan etiraz elektoratının sıralarının artmasına səbəb olur, nəticə etibarı ilə müxalifətin sosial bazası genişlənir.

Ermənistanda Rusiya bazarları ilə bağlı qastarbayterlər də, Paşinyanın Rusiya ilə bağlı siyasətindən narazılıq edənlərin cərgəsindədirlər, sayları da 1 milyona yaxındır, bu isə seçkilərdə Paşinyan əleyhinə olan müxalif qüvvələrin xeyrinə işləyə biləcək faktordur.

Parlament seçkiləri ərəfəsində Paşinyanın Moskvaya səfəri də, baş nazirin Rusiyanın seçkilərə dolayısı da, olsa müdaxiləsinin qarşısını almaq, ehtimal olunan məğlubiyyətdən sığortalanmaq istəyindən irəli gəlmişdi. Rusiya prezidenti Putinin mövqeyi isə sərt və birmənalı olmuşdur: Ermənistan öz seçimində müstəqildir, o Avropa Birliyinə inteqrasiya ilə baglı siyasətinə davam edə bilər, lakin bu zaman AİB nin tərkibində qalıb, onun Ermənistan üçün yaratdığı platformadan istifadə edə bilməz. Bu şərt isə Paşinyanı dilemma qarşısında qoyur, Paşinyanın geosiyasi seçim etməkdə tərəddud etməsi onu böyük şahmat taxtası arxasında seytnot halına sala bilər.

Cənubi Qafqaz üzrə ükspert Vasili Papava isə deyib ki, iyunun 7-də keçiriləcək seçkilər hazırda gərgin vəziyyətdədir və bu, özlüyündə yeni siyasi dinamika yaradan erkən seçkisiz başa çatdırmaq üçün uzun müddət ərzində ilk cəhddir: “Paşinyan, şübhəsiz ki, asan gediş gözləməməlidir: müxalifət əhəmiyyətli dərəcədə aqressivləşib və xüsusi olaraq ən həssas sahələri – təhlükəsizlik böhranı, ərazi itkisi və xarici siyasət vektorunun qeyri-müəyyənliyini hədəfləyir. Köçəryan, Karapetyan və onlara qoşulmuş AXC və ya “Çiçəklənən Ermənistan” kimi qüvvələr fəal şəkildə tənqidləri artırır, təşəbbüsü ələ keçirməyə çalışırlar, lakin onların strateji zəifliyi bütün etiraz elektoratını vahid lider altında birləşdirməyə qadir olan vahid cəbhənin olmamasıdır.

Mübarizə konkret rəqəmlərə görə çətin olacağını vəd edir: 24-29% bölgədə Mülki Müqavilənin reytinqi və çoxlu sayda qərarsız seçici (təxminən 30%) ilə nəticəni əsas seçicilər deyil, son həftədə səkahiyyətlilər qərar verəcək.

Hökumət praqmatik olaraq “sülh gündəmi”ndən özünün kozır kimi istifadə edir, yeni müharibə qorxusu ilə oynayır. Lakin müxalifət blokları səriştəli ittifaqlar qurmağı və hər iki düşərgədə məyus olanları səfərbər etməyi bacarsa, görünməmiş rəqabət ssenarisi ilə qarşılaşacağıq.

Nəzərə alsaq ki, müxalifət artıq seçkilərdə hakim partiyanı qabaqlamağa başlayıb, intriqa son səsverməyə qədər davam edəcək və Paşinyanın bir raundda inamlı qələbəsi bu dəfə çox sual altındadır”.

Onu da qeyd edək ki, eks-prezident Levon Ter-Petrosyanın lideri olduğu Erməni Milli Konqresinin qurultayı keçirilib. Partiyaya faktiki Levon Zurabyan rəhbərlik edir, qurultay məhz onun baş nazirliyə namizədliyini irəli sürüb.

Politoloq Elxan Şahinoğlu isə bildirib ki, bu partiyanın nəinki qələbə qazanmaq, parlamentdə təmsil olunmaq şansı belə azdır. Buna görə də Erməni Milli Konqresi digər müxalifət partiyalarla ittifaq formalaşdırmağa çalışır. Konqres iş adamı və “Taşir” Şirkətlər Qrupunun sahibi Samvel Karapetyanın partiyası ilə ittifaqa maraq göstərir. Çünki müxalifət partiyalarından məhz Karapetyanın lideri olduğu Güclü Ermənistan Partiyası hakim Mülki Müqavilə Partiyası ilə rəqabət apara biləcək gücdədir. Bu səbəbdən Erməni Milli Konqresi özünü Karapetyanın partiyasına calamaq istəyir. Ancaq Karapetyan bu haqda hələ qərar veriməyib. Böyük ehtimalla Samvel Karapetyan daha geniş müxalifət koalisiyasının yaradılmasının tərəfdarıdır. Bu koalisiyaya Daşnaksütun Partiyasından tutmuş keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın partiyalarının daxil olması mümkündür.

“Ancaq bu qüvvələrin liderləri arasında illərdir fikir ayrılıqları mövcuddur. Əslində müxalifətin bir torbada toplanması Baş nazir Nikol Paşinyanın maraqlarına xidmət edir. O haqlı olaraq bu koalisiyanı “müharibə partiyası” adlandıracaq və müxalifətin hakimiyyətə gələcəyi halda bölgədə yeni müharibənin başlayacağı təbliğatını aparacaq. Bu halda erməni seçiciləri seçim qarşısında qalacaqlar: ya Azərbaycan və Türkiyə ilə sülh və əməkdaşlıq, ya da müharibə və Ermənistanın yeni və daha ağır itkiləri ilə üzləşmək”, - o qeyd edib.

Cavid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 08 Aprel 2026 23:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see442

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see273

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see264

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see255

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see244

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see244

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see241

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see239

AMB nin BOKT larla bağlı yeni tələbləri maliyyə bazarının sağlamlaşdırılmasına xidmət edir

14 Sentyabr 2026 14:04see234

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see232

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see228

Sosiallaşır, nitqi və yuxu rejimi düzəlib, qidalanması normallaşıb İnteqrativ müalicə ilə autizmli uşağın inkişafı

14 Sentyabr 2026 14:42see228

Korporativ sosial məsuliyyət PR strategiyasının güclü alətidir

14 Sentyabr 2026 13:34see225

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see224

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see220

Şəbnəm Tovuzlu 50 minlik qızıllarını nümayiş edirdi (Video)

14 Sentyabr 2026 14:11see216

57 yaşlı Ceylodan cazibədar Fotolar

14 Sentyabr 2026 16:20see195

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

15 Sentyabr 2026 03:39see176

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see174

Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...

14 Sentyabr 2026 21:09see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri