Icma.az
close
up
RU
Müxalifət Paşinyanı devirə bilsəydi... (ŞƏRH)

Müxalifət Paşinyanı devirə bilsəydi... (ŞƏRH)

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

"Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq asan olsaydı, Rusiya çoxdan bu addımı atardı".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Abutalıb Səmədov Ermənistan müxalifətinin Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaqla bağlı arzularını şərh edərkən deyib.

Abutalıb Səmədov bildirib ki, Şarmazanovun təmsil etdiyi Respublika və digər müxalifət partiyaları da uzun müddətdir Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağa cəhd göstərir: 

"Onlar bu yöndə bəyanatlar səsləndirir və seçkiləri uduzurlar. Bu məğlubiyyətin səbəbini araşdırmaq əvəzinə, yenə də Paşinyanı tənqid etmək yolunu tuturlar. Paşinyanı hakimiyyətdən uzaqlaşdıracaqları barədə vədlər verirlər".


Həmsöhbətimiz qeyd edib ki, bu qüvvələr 44 günlük müharibədən dərhal sonra Paşinyanı nüfuzdan salmaq və revanş götürmək istəyiblər:

"Onlar Koçaryan, Sarkisyan kimi siyasi cəhətdən müflis olmuş, ancaq maliyyə imkanlarına malik insanların arxasınca getməyə üstünlük verməklə, anlamırlar ki, eyni cür addım atıb fərqli nəticələr gözləmək ağısızlıqdır. Nə qədər ki, erməni müxalifəti bu cür vəziyyətdə olacaq, onların Paşinyanı devirmək imkanı heç zaman baş tutmayacaq. Üstəlik nəzərə alaq ki, Paşinyan xaricdə kifayət qədər dəstəyə malikdir. Qərb dairələri onun hakimiyyətdə qalması üçün əllərindən gələni edir". 

Ekspert deyir ki, Rusiyanın bunu edə bilmədiyi bir zamanda, erməni müxalifətinin Paşinyanı iqtidardan salmaq niyyətləri boş xülyadan başqa bir şey deyil:

"Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq asan olsaydı, Rusiya çoxdan bu addımı atardı. Yaxın vaxtlarda Paşinyanı iqtidardan salmaq mümkünsüzdür. 44 günlük müharibədə və 19- 20 sentyabr antiterror əməliyyatında ağır məğlubiyyətlərə düçar olandan sonra Paşinyan hakimiyyətdə qala bildisə, 2025-ci ildə də qalacaq. Müxalifət isə növbəti ildə də bu cür bəyanatlar verməkdə davam edəcək".

Qeyd edək ki, Ermənistan müxalifəti yenidən baş nazir Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması vacibliyindən danışıb. Ermənistanın Respublika Partiyasının üzvü Eduard Şarmazanov bəyan edib ki, Paşinyanı hakimiyyətdən uzaqlaşdıracaqlar:

"Paşinyan siyasi cəhətdən müflisdir. Onun heç bir dəstəyi yoxdur. Hətta Paşinyanın komandasında da onun Ermənistanı məhvə  apardığını başa düşürlər. Onu kənarlaşdıracağıq. Mən hələlik vaxt açıqlamaq istəmirəm. Amma 2025-ci il Paşinyan hökuməti və Ermənistan üçün çox çətin il olacaq. Paşinyanın dövründə Ermənistan klassik mənada mövcud olmayıb. Paşinyanın istefası məsələsində siyasi və ictimai konsensus var. Bu konsensusun aktorları fikir ayrılıqlarını bir kənara qoyub Ermənistanın Paşinyandan azad edilməsi məsələsində birləşməlidir".

Rüfət Sultan


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 28 Yanvar 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see328

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see307

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see288

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see282

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see253

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see249

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see238

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see232

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see216

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see201

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see200

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see197

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see196

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see192

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see190

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see188

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see187

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see178

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see175

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri