Icma.az
close
up
RU
Müxalifət üçün itirilmiş ŞANS

Müxalifət üçün itirilmiş ŞANS

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkilərində iştirak edəcək siyasi partiyaların və partiya bloklarının qeydiyyatı üçün sənədlərin təqdim olunması prosesi başa çatıb.

Artıq bir sıra partiya və bloklar bu məqsədlə Ermənistan Mərkəzi Seçki Komissiyasına müraciət edib. 

Baş nazir Nikol Paşinyanın liderlik etdiyi hakim "Vətəndaş Müqaviləsi" Partiyası,  rusiyalı milyarder Samvel Karapetyanın “Güclü Ermənistan” bloku, eks-prezident Robert Köçəryanın “Ermənistan” bloku, Qagik Tsarukyanın sədri olduğu "Çiçəklənən Ermənistan" Partiyası, "Melitokratik (ləyaqətli-red.) Ermənistan" Partiyası, sabiq ombudsman Arman Tatoyanın "Qartal Qanadları" Partiyası, həmçinin "Parlaq Ermənistan", Milli Demokratik Düşərgə, “Hamıya Qarşı”, Demokratik Həmrəylik partiyaları da seçkilərdə iştirak üçün MSK-ya müraciət ediblər. Qeydiyyat prosesi mayın 3-də başa çatacaq. 

Qeyd edək ki, “Güclü Ermənistan” blokunun öz sənədlərini MSK-ya təqdim etməsi xüsusi diqqəti cəlb edib və müzakirə mövzusuna çevrilib. Çünki Nikol Paşinyanın  əsas alternativi sayılan  Samvel Karapetyanın seçkilərdə siyasi uğur qazanması  onun namizədliyinin qeydə alınıb-alınmamasından asılı olacaq. 

Hakimiyyət isə onu seçkilərə buraxmamaqda israr edir. Hətta Rusiya Prezidenti Vladimir Putin aprelin 1-də Nikol Paşinyanla görüşündə “həbsdə olan bəzi dostlarının”, dolayısı ilə Samvel Karapetyanın seçkilərdə iştirakına şərait yaratmasını xahiş etsə də, Ermənistanın Baş naziri bunu qəbul etməyib. 

Paşinyan bildirib ki, Samvel Karapetyan başqa dövlətin vətəndaşı olduğuna görə seçkilərdə namizəd kimi iştirak edə bilməz. Ona görə də Karapetyan Rusiya və Kipr vətəndaşlığından imtina edəcəyini bildirdi. Lakin MSK-nın “Güclü Ermənistan” blokunun namizədlər siyahısına liderlik edən Samvel Karapetyanın namizədliyinin qeydə alınacağı inandırıcı görünmür. 

Çünki Ermənistan konstitusiyasının 48.2-ci maddəsinə görə, onun son dörd ildə Ermənistanda daimi yaşayışı olmayıb. Yəni Karapetyan sadələşdirilmiş qaydada Ermənistan vətəndaşlığı alıb. Son dörd ildə onun daimi yaşayış yeri vətəndaşı olduğu Rusiya Federasiyasının Moskva şəhəri olub. 

Konstitusiyanın 48.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə qəsdən ağır cinayətlər törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəza çəkən şəxslərin səs vermək və seçilmək hüququ yoxdur.  Bu baxımdan, Samvel Karapetyanın deputatlığa namizədliyi çox güman ki, qeydə alınmayacaq. 

Qeyd edək ki, Samvel Karapetyanın “Güclü Ermənistan” blokuna “Güclü Ermənistan”,  “Yeni Dövr”, “Birləşmiş Ermənilər” və “Həyat üçün ölkə” partiyaları daxildir. Adları çəkilən son üç partiya ciddi sosial bazaya və nüfuza malik olmadığından Samvel Karapetyana əlavə siyasi divident gətirmək gücündə deyil. 

Əksinə, Ermənistan Seçki Məcəlləsinə görə, sayı 3-dən artıq olan partiya blokları 10 faizlik seçki barajını keçməlidir. Yəni “Güclü Ermənistan” blokunda keyfiyyət deyil, kəmiyyət çoxluğunun yaranması Samvel Karapetyan üçün əlavə problem yaradacaq. 

Sərvəti 4,5 milyard dollara çatmış Karapetyanın ətrafına toplaşan xırda partiyaların sədrləri ona dəstək adı altında pul əldə etməyə çalışır. Çünki "Yeni Dövr" Partiyasının  sədri Harutyun Harutyun, Birləşmiş Ermənilər Partiyasının lideri Nairi Sarkisyan, eləcə də "Həyat Üçün Ölkə" Partiyasının sədri Mane Tandilyan da Samvel Karapetyanın namizədliyinin qeydə alınmayacağını və seçkilərdə qalib gələ bilməyəcəyini yaxşı bilir. 

Onlar sadəcə olaraq Karapetyana dəstək vermək adı altında əslində, ona maliyyə və qazanc mənbəyi kimi yanaşırlar. Üstəlik, “Güclü Ermənistan” blokunda dörd partiya iştirak etdiyindən, 10 faizlik seçki barajı ilə üzləşəcək ki, bu da Karapetyan üçün ciddi maneə hesab edilə bilər. 

Qeyd edilən kontekstdə Karapetyanın əsas rəqibi sayılan Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” seçkilərə heç bir bloka daxil olmadan tək partiya şəklindıə getdiyindən 4 faizlik barajı asanlıqla keçmək imkanı əldə edəcək ki, bu da hazırkı hakim komandanın seçkilərdə qələbəsini asanlaşdıra bilər. 

Müşfiq Abdulla
"Cebheinfo.az"

Açar sözlər: seçki Ermənistan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Aprel 2026 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see317

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see312

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see310

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see306

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see306

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see286

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see285

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see282

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see264

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see256

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see252

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see240

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see239

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see238

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see227

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see219

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see218

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see213

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri