Muxtar Babayev: “Azərbaycan iqlim dayanıqlı şəhərlər üçün əməkdaşlığa sadiqdir”
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan iqlimədavamlı şəhər gələcəyinin formalaşdırılması üçün göstərilən səylərə töhfə verməyə, dialoq və əməkdaşlığı gücləndirməyə sadiq qalır. WUF13 şəhərlərin dayanıqlı inkişafı üçün vacib bir platformadır. İqlim dəyişikliyi dünyanın hər yerində şəhərlərə ciddi təsir göstərir və belə olduqda hadisələr haqqında proqnoz vermək asan olmur”.
Bizim.Media xəbər verir ki, bunu Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Erkən xəbərdarlıq və iqlimə dayanıqlı şəhərlər" mövzusunda keçirilən tədbirdə video müraciətində deyib.
"Son illər ərzində ekstremal isti günlərin sayı artıb. Quraqlıq müddəti 20 faizdən çox yüksəlib. Bu, açıq şəkildə göstərir ki, iqlim dayanıqlılığı əsas prioritetə çevrilməlidir. İqlimə dayanıqlı şəhərlər şəhərsalma planlaşdırılmasının əsas elementi olmalıdır. Bu proses isə birgə yanaşma tələb edir. Heç bir ölkə bunlarla təkbaşına mübarizə apara bilməz. Azərbaycan isə bu istiqamətdə qarşılıqlı müzakirə və beynəlxalq əməkdaşlığa fəal şəkildə töhfə verir" - o qeyd edib.
Günay Şahmar, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 19 May 2026 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















