Icma.az
close
up
RU
Muxtar Babayev: Azərbaycan üçün su təhlükəsizliyi strateji milli prioritetdir

Muxtar Babayev: Azərbaycan üçün su təhlükəsizliyi strateji milli prioritetdir

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Antalya, 17 noyabr, AZƏRTAC

Azərbaycan 2024-cü ildə Bakıda “İqlim fəaliyyəti naminə su” mövzusunda COP29 Bəyannaməsini irəli sürərkən məqsədimiz aydın idi - beynəlxalq iqlim gündəliyində su resurslarına daha güclü və davamlı yer qazandırmaq. “Bakı Dialoqu”nu “COP-dan COP-a platforması” kimi təsis etdik və öhdəlikləri elmi əməkdaşlıq, milli siyasət və praktiki icra ilə həyata keçirməyə çalışdıq.

AZƏRTAC xəbər verir ki, bu fikri Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) sessiyası çərçivəsində keçirilən “İqlim Fəaliyyəti naminə Su üzrə Bakı Dialoqu” qlobal təşəbbüsünün ikinci yüksəksəviyyəli görüşündə çıxışı zamanı Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un prezidenti Muxtar Babayev deyib.

COP29 sədrliyi və Azərbaycan Xarici İşlər Nazirliyinin birgə təşəbbüsü ilə təşkil olunan “Dialoqdan qlobal fəaliyyətə – COP31 gündəliyinə su prizmasından yanaşma” başlıqlı müzakirə iştirakçılarına səslənən M.Babayev qeyd edib ki, hazırda əsas prioritet əldə olunan irəliləyişi ölkələr və icmalar üçün konkret nəticələrə çevirməkdir.

COP29-un prezidenti suyun iqlimə uyğunlaşma, ərzaq təhlükəsizliyi, enerji, biomüxtəliflik və ictimai sağlamlıq üçün mərkəzi əhəmiyyət daşıdığını vurğulayıb.

Onun sözlərinə görə, "Bakı Dialoqu" su resurslarının Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr və Milli Uyğunlaşma Planlarına inteqrasiyası baxımından praktiki təlimatlar irəli sürür. Beləliklə, bu proses daha güclü monitorinq, elmi əməkdaşlıq və erkən xəbərdarlıq mexanizmləri ilə dəstəklənir.

Regional əməkdaşlığın əhəmiyyətini qeyd edən Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi "UN-Water" (BMT-Su) təşkilatının məlumatına diqqət çəkib: “Hazırda 153 ölkə transsərhəd su ehtiyatlarını bölüşür. Bu ehtiyatlar qlobal şirin su axınlarının təxminən 60 faizini təşkil edir”.

Azərbaycan üçün su təhlükəsizliyinin strateji milli prioritet olduğunu qeyd edən COP29-un prezidenti bildirib ki, respublikamızın yerüstü su ehtiyatlarının 70 faizdən çoxu sərhədlərdən kənarda formalaşır: “Azərbaycan qonşu ölkələrlə ortaq çaylar üzrə ikitərəfli əməkdaşlığı gücləndirməyə davam edir. Bizə beynəlxalq tərəfdaşlar lazımdır. Beynəlxalq təşkilatlar bu kimi əməkdaşlığın asanlaşdırılmasında, ölkələrin qarşılıqlı məqbul razılaşmalar əldə etməsində, elmi bilik mübadiləsi aparmasında və praktiki təcrübə bölüşməsində kömək baxımından daha fəal və əzmkar rol oynamalıdırlar”.

Xəzər dənizində vəziyyəti davamlı regional əməkdaşlığın zəruriliyinin yeni bir nümunəsi adlandıran Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi deyib ki, dəniz suyunun səviyyəsinin aşağı düşməsi artıq sahil ekosistemlərinə, infrastruktura, iqtisadi fəaliyyətlərə və icmalara təsir göstərir.

COP29-un prezidenti əlavə edib: “Xəzər dənizindəki vəziyyət göstərir ki, iqlim dəyişikliyi, çay axınları, su ehtiyatlarının idarə olunması və ekosistemlərin qorunması məsələlərinə ayrı-ayrılıqda yanaşmaq mümkün deyil. Azərbaycan bütün tərəfdaşları ilə birlikdə bu istiqamətdəki işləri irəli aparmağa hazırdır”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Antalya 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:26
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2026 22:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see300

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see292

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see256

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see244

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see242

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see241

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see238

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see229

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see225

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see223

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see219

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see201

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see201

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see199

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see198

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see194

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see192

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see190

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see182

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri