Icma.az
close
up
RU
Muxtar Babayev: COP29 nəticələri qlobal maliyyə sistemini insanlar və planet üçün daha ədalətli edəcək

Muxtar Babayev: COP29 nəticələri qlobal maliyyə sistemini insanlar və planet üçün daha ədalətli edəcək

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 8 sentyabr, AZƏRTAC

Biz hamımız iqlim böhranının dünya üçün yaratdığı təhdidi çox yaxşı bilirik. Biz həm də bilirik ki, qlobal emissiyalara ən az qatqısı olmağına baxmayaraq, bu çətinliklərin ön cəbhəsində Afrika ölkələri dayanacaq. Biz hamımız buradayıq, çünki Afrikanın iqlimə davamlı və firavan gələcəyi ilə bağlı ortaq baxışa sahibik. Qitə sıfır emissiyalı keçid prosesində qlobal liderə çevrilmək potensialına malikdir.

AZƏRTAC xəbər verir ki, bunu İkinci Afrika İqlim Sammiti (ACW) çərçivəsində çıxış edən Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Sədri Muxtar Babayev deyib. M.Babayev Afrikanın iqlim böhranı ilə mübarizədə üzləşdiyi çətinliklərə diqqət çəkib.

M.Babayev Efiopiya Hökumətinə və Afrika İttifaqına sammitə ev sahibliyinə görə təşəkkür edib, iqlim böhranının qlobal miqyasda ciddi təhdid olduğunu, bu təhdidlərin ön cəbhəsində isə ən az emissiya payına malik Afrika ölkələrinin dayandığını vurğulayıb.

Muxtar Babayev Afrikanın gənc və iddialı əhalisinin, bərpa olunan enerji üçün böyük imkanlarının, zəngin mineral resurslarının və təbiət sərvətlərinin bu potensialı dəstəklədiyini bildirib. Bununla belə, hazırda bu imkanların tam dəyərləndirilmədiyini qeyd edən COP29 Prezidenti nümunə olaraq vurğulayıb ki, Afrika qlobal günəş enerjisi potensialının 40 faizinə sahib olsa da, quraşdırılmış gücünün yalnız 1 faizi istifadə olunur.

Azərbaycanın yeni tərəfdaşlıqları və investisiya imkanlarını araşdırmaq məqsədilə sammitdə iştirak etdiyini bildirən Muxtar Babayev “Mission 300” təşəbbüsünün əhəmiyyətini xüsusi qeyd edib. O, COP29 Sədrliyinin yanvarda Tanzaniyanın Dar-üs-Salam şəhərində keçirilən “Mission 300” Afrika Enerji Sammitində iştirak etdiyini və təşəbbüsə dəstək verdiyini xatırladıb.

“Bu cür proqramlar yalnız o halda uğur qazanacaq ki, inkişaf etməkdə olan ölkələr üçün real icra mexanizmləri tətbiq edilsin. COP29-da biz bu istiqamətdə tarixi addımlar atdıq. İnkişaf etmiş ölkələr 2035-ci ilə qədər hər il 300 milyon dollar iqlim maliyyəsi ayırmağa söz verdilər. Eyni zamanda, inkişaf etməkdə olan ölkələr üçün illik 1,3 trilyon dollar maliyyənin səfərbər olunması məqsədilə yeni hədəf qəbul etdik”, – deyə M.Babayev bildirib.

Muxtar Babayev əlavə edib ki, Bakıda həmçinin illik 1 trilyon dollar dəyərində ola biləcək yüksək etibarlı karbon bazarlarının qaydaları müəyyənləşdirilib: “İndi əsas məsələ verilən öhdəliklərin yerinə yetirilməsidir. COP29 Sədrliyi hər bir vədin icrasını diqqətdə saxlayacaq, qlobal maliyyə sisteminin insanlar və planet üçün daha yaxşı işləməsi naminə tərəfdaşlarla əməkdaşlığı davam etdirəcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:41
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Sentyabr 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri