Muxtar Babayev: İqlim miqrasiyası və hərbi münaqişələr şəhər planlaşdırmasını çətinləşdirir
Icma.az, Baku.ws portalına istinadən məlumat verir.
İqlim miqrasiyasının, silahlı münaqişələrin artması şəhərlərə təzyiqi artırır və şəhər planlaşdırmasını çətinləşdirir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, sürətli urbanizasiya bir çox hallarda müharibələr, ərzaq böhranları və iqlim dəyişikliyi ilə bağlıdır.
M.Babayev qeyd edib ki, qarşıdakı 20 il ərzində iqlim amillərinə görə təxminən 260 milyon insan öz ölkələri daxilində köçmək məcburiyyətində qalacaq.
O vurğulayıb ki, kütləvi miqrasiya infrastruktura əlavə yük yaradır və şəhərlərin planlı şəkildə inkişaf etməsinə mane olur.
M.Babayev həmçinin qlobal hərbi xərclərin artmasına diqqət çəkib.
Onun sözlərinə görə, 2024-cü ildə müharibələrə və silahlanmaya 2,7 trilyon dollar xərclənib, bu da iqlim, sosial və humanitar proqramların maliyyələşdirilməsini azaldır:
"Bu gün şəhərlərə düşən təzyiqi azaltmaq və eyni zamanda, onların inkişafının düzgün planlaşdırılmasını təmin etmək üçün bütün ölkələrin səylərini birləşdirmək son dərəcə vacibdir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 22 May 2026 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















