Icma.az
close
up
RU
Muxtar Babayev: Kritik ekosistemləri qorumaq üçün Xəzər dənizində ilk dəniz mühafizəsi sahəsi təqdim edilib AZƏRTAC

Muxtar Babayev: Kritik ekosistemləri qorumaq üçün Xəzər dənizində ilk dəniz mühafizəsi sahəsi təqdim edilib AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qahirə, 4 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev Səudiyyə Ərəbistanının ər-Riyad şəhərində BMT-nin Səhralaşmaya qarşı mübarizə Konvensiyasının 16-cı Tərəflər Konfransı (COP16) çərçivəsində keçirilən tədbirlərdə iştirak edib.

AZƏRTAC Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadla xəbər verir ki, nazir sessiya və panel iclaslarında çıxış edib. Çıxışlarında Bakıda uğurla keçirilmiş COP29 konfransı və əldə edilmiş nəticələr, eləcə də ölkəmizin üzləşdiyi torpaqların deqradasiyası, səhralaşma və quraqlı, su qıtlığı kimi problemlər və onların həlli üçün həyata keçirdiyi təşəbbüslər barədə məlumat verib.

Nazir qeyd edib ki, planetimizin quru ərazisinin təxminən üçdə birində özünü göstərən və milyardlarla insanın həyat şəraitinə mənfi təsir edən torpaqların deqradasiyası problemi, eləcə də biomüxtəlifliklə və iqlim dəyişikliyi ilə bağlı məsələlər inteqrasiya olunmuş qlobal həllər tələb edir.

Diqqətə çatdırılıb ki, Azərbaycan 2030-cu ilə qədər 270 000 hektar münbitsizləşmiş torpağı bərpa etməyi qarşısına məqsəd qoyaraq Bonn Çağırışına sadiq qalacağını bildirib.

“Proaktiv quraqlığın idarə edilməsi üçün qlobal və milli siyasət alətlərinin təkmilləşdirilməsi” mövzusunda keçirilən birinci nazirlər iclasındakı çıxışında nazir iqlim dəyişikliyinin regionumuzda qorxulu nümunələrindən olan Xəzər dənizinin su səviyyəsinin azalması problemini qeyd edib. Muxtar Babayev bu kimi problemlərin həlli üçün iqlim maliyyələşməsi üzrə əldə edilmiş Bakı razılığının əhəmiyyətini vurğulayıb, Bakıda “İqlim fəaliyyəti üçün su üzrə COP29 Bəyannaməsi”nin imzalanmasının bu sahədə problemlərin həllinə töhfə verəcəyinə inamını ifadə edib.

Bundan başqa, nazir M.Babayev konfrans çərçivəsində keçirilmiş digər panel iclaslarda da çıxış edərək Azərbaycanın COP29 sədrliyinin bərpaolunan enerji sahələrindəki təşəbbüslərindən, eləcə də kritik ekosistemləri qorumaq üçün Xəzər dənizində ilk dəniz mühafizəsi sahəsinin yaradılmasından, Bakı Harmoniya İqlim təşəbbüsünün fəaliyyətə başlamasından danışıb. Nazir qeyd edib ki, sonuncu təşəbbüs kənd icmalarının, qadınların, gənclərin hüquq və imkanlarının genişləndirilməsinə yönəlib.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Dekabr 2024 01:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see250

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see195

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see140

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see137

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see135

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see135

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see131

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see131

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see130

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri