Muxtar Babayev: Türkiyənin COP31 i icraya yönəlmiş COP a çevirmək cəhdlərini dəstəkləyirik
Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.
Ficidə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 31-ci sessiyasına (COP31) hazırlıq məqsədilə keçirilən yüksək səviyyəli toplantı (PreCOP31) çərçivəsində baş tutan müzakirələrdə Azərbaycan tərəfi Türkiyənin liderliyini və əsas diqqəti COP31-i icraya yönəlmiş COP-a çevirmək cədlərini qətiyyətlə dəstəkləyib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb.
"Ficidəki PreCOP31-də plenar müzakirədə çıxış edərək Antalyaya doğru irəliləyərkən əsas prioritetlər barədə Azərbaycanın mövqeyini təqdim etdim. Biz Türkiyənin liderliyini və COP31-i icraya yönəlmiş bir COP-a çevirməyə yönəltməsini qətiyyətlə dəstəkləyirik", - o bildirib.
M. Babayevin sözlərinə görə, güclü fəaliyyət gündəliyi iqlim öhdəliklərini maliyyə, investisiya, texnologiya və tərəfdaşlıqlarla əlaqələndirməyə kömək edərək, yerlərdə icranı sürətləndirəcək:
"Bakı, Belem və Antalyanı əlaqələndirərkən diqqətimiz qərarları fəaliyyətə çevirmək, insanlar və icmalar üçün real nəticələr təmin etmək üzərində qalmalıdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 10 Oktyabr 2026 22:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















