Icma.az
close
up
RU
Muxtar Babayevin yerinə bu şəxs gətirilə bilər

Muxtar Babayevin yerinə bu şəxs gətirilə bilər

Icma.az, Pravda.az saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib. 

Pravda.az-ın məlumatına görə, hazırda bu vəzifəni ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov icra edir.

R.İsmayılov Prezidentin 15 avqust  2024-cü il tarixli 251 nömrəli Sərəncamı ilə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini vəzifəsinə təyin edildikdən sonra qurumda ciddi islahatlara başlayıb. Onun nazir postuna gətiriləcəyi istisna edilmir.

Xatırladaq ki, M.Babayev nazir təyin edildiyi 2018-ci ildən bəri ölkədə ekologiya ilə bağlı narazılıqların sayı xeyli artmışdı. Xüsusilə, nazirin imicini ən çox zədələyən hadisə 2023-cü ildə Gədəbəyin Söyüdlü kəndində yaradılan süni göl səbəbindən kəndlilərin zəhərlənməsi və qaldırılan aksiya idi. Elə həmin vaxt onun nazirliklə vidalaşacağı barədə söyləntilər az deyildi. Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Muxtar Babayev barədə bunları demişdi: "İnsanlar haqlı olaraq öz etiraz səsini ucaldıblar, amma onların səsinə baxan olub? Yox! Bir gün, iki gün, üç gün, beş gün, hara baxırdı Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Bilmirdimi ki, belə problem var? Ya bilirdi gözünü yumurdu, ya da bilmirdi", "Mən hər kəsə deyirəm, burada biz kiminsə nazı ilə oynayası deyilik, necə lazımdır, əgər lazım bilsək, kimi lazımdır, elə cəzalandırarıq ki, peşman olar", "Görünür, ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sövdələşiblər, ya da ki, onu özbaşına ediblər, ona görə ciddi araşdırılmalıdır", "Mən xəbər tutandan sonra zəng edib Baş nazirə dedim ki, mütləq komissiya yarat və göndər hadisə yerinə getsin. Yaxşı, bunu mən deməli idim? Ekologiya naziri özü bilmirdi ki, oraya getməlidir", "Ekologiya və Təbii Sərvətlər Nazirliyi nə üçün bu məsələyə diqqət yetirməyib, biganə qalıb və mən tapşırıq verəndən sonra gediblər, gəliblər, nəticə haqqında heç bir məlumat yoxdur”.

Bundan başqa, sabiq nazirin gətirdiyi yeni “qanunlar” dövlət qulluqçularını xeyli narazı salıbmış. “Dövlət qulluğu haqqında” qanuna əsasən, təqvim ilinin sonunda dövlət qulluqçularının xidməti  fəaliyyəti onların birbaşa rəhbəri tərəfindən qiymətləndirilməlidir, lakin Babayevin dövründə ETSN Aparatının adi mütəxəssislərindən ibarət komissiya tərəfindən dövlət qulluqçuları üçün imtahan təşkil edilib, qiymətləndirmə də bunun əsasında həyata keçirilib. Qiymətlər yalnız 3-4 əmsalı civarında verilib. Bundan başqa, ETSN və tabeli qurumlarda əksər savadlı, potensiallı gənc işçilərin ekologiya üzrə dövlət siyasətinin həyata keçirilməsində iştirakdan kənarlaşdırıldığı, onların təlim, tədbir və digər bu kimi inkişafyönlü işlərə cəlb edilmədikləri də şikayətlər arasındadır. Babayev bu işlərə yalnız qurumdakı tanışlarını - ətrafını cəlb edib. Muxtar Babayevin adı meşələrin istismar edilməsində, son aylar Azərbaycanda ov mövsümü qapalı olduğu halda ərəblərə “Qırmızı kitab”a düşən quşları ovlamaları ilə bağlı icazə verməsində də hallanırdı. Heç şübhəsiz ki, bütün bunlar onun nazir postu ilə vidalaşmasına səbəb olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://pravda.az
archiveBu xəbər 06 Fevral 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see199

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see174

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see161

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see135

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see127

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see125

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see124

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see121

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see120

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see119

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see118

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see118

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see118

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see118

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see118

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see118

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see117

Alkoqol içdiyiniz zaman üzünüz qızarır? Həkim təhlükə barədə xəbərdarlıq etdi

31 May 2025 07:31see115

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see114

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri