Muxtar respublikanın nəqliyyat daşımalarında artım müşahidə olunur AZƏRTAC
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Naxçıvan, 16 dekabr, AZƏRTAC
Cari ilin yanvar-noyabr aylarında muxtar respublikada nəqliyyat sektorunda 6 milyon 598 min 600 ton yük, 43 milyon 584 min 500 sərnişin daşınıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 0,9 faiz, sərnişin daşınması isə 1,2 faiz artıb.
Həmçinin bu dövrdə informasiya və rabitə xidmətlərinin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,0 faiz artaraq 32 milyon 81 min 700 manat olub. Xidmətlərin 46,7 faizi mobil telefon rabitəsi sahəsində formalaşıb.

Muxtar respublikanın İctimai Səhiyyə Xidməti üçün yeni avadanlıqlar alınıb AZƏRTAC
10 Yanvar 2025 12:20
Naxçıvan Hərbi Kollecində muxtar respublikanın 100 illik yubileyi qeyd olunub AZƏRTAC
26 Noyabr 2024 19:36
Muxtar respublikanın su anbarlarına 146,26 milyon kubmetr su toplanılıb AÇIQLAMA AZƏRTAC
28 Noyabr 2024 18:03
Naxçıvan Nazirlər Kabinetində muxtar respublikanın 2025ci il büdcə layihəsinin müzakirəsi keçirilib AZƏRTAC
21 Noyabr 2024 02:49
Muxtar respublikanın 2025ci il büdcə gəlirlərinin 527 milyon 959 min manat məbləğində təsdiqlənməsi təklif olunur AZƏRTAC
11 Dekabr 2024 18:28
